şənbə günü, 14 noyabr 2026
     

Tibb Universitetində tələbələr müəllimlərə qiymət verəcək - MÜSAHİBƏ

Image


Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin Trend-ə müsahibəsi

- Gəray müəllim, son illər ərzində ATU-da hansı islahatlar həyata keçirilib?

- Əvvəlcə onu qeyd edim ki, bizim əsas məqsədimiz Azərbaycan Tibb Universitetində təhsil sistemini təkmilləşdirmək, proqramı beynəlxalq standartlara uyğunlaşdırmaq, tələbələrimizin xarici ölkələrdə daha çox təcrübə keçməsinə imkan yaratmaq, onların daha çox faydalı bilik, o cümlədən praktiki bacarıq əldə etməsinə yardım etməkdir. Bu və nəzərdə tutduğumuz digər islahatları reallaşdırmaq üçün əvvəlcə bir sıra sənədlər qəbul etdik. Məsələn, ATU-nun Nizamnaməsi qəbul edildi və Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndi. Azərbaycan Tibb Universitetinin Klinikaları haqqında əsasnamələr qəbul olundu.

Digər sənədlər arasında Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə, ATU-nun müxtəlif kafedralarında fəaliyyət göstərən laboratoriyaların əsasnamələrinin qəbulunu göstərmək olar. ATU-da professor-müəllim heyətinin fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün də komissiya və bal-reytinq şkalası yaradılıb.

Əsasnamə layihəsinə əsasən, pilot kafedralar seçiləcək və burada müəyyən meyarlar əsasında qiymətləndirmə aparılacaq.

Bu tədris ilindən etibarən bütün müəllimlər bal-reytinq şkalasından keçdikdən sonra müsabiqəyə buraxılacaqlar.

Xüsusilə qeyd etmək istərdim ki, ilk dəfə olaraq biz işimizin daha düzgün qiymətləndiriməsi, fəaliyyətimizdə şəffaflığın artırılması üçün Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verdik. Ötən ilin mayında bu şuranın Əsasnaməsi qəbul edildi. Hazırda həmin təşkilatın üzvləri arasında millət vəkilləri, ölkənin tanınmış KİV rəhbərləri, QHT sədrləri var. Onlar mütəmadi olaraq ATU-da olur, imtahanların gedişini, qəbul prosesini izləyirlər, iradlarını, məsləhətlərini səsləndirirlər. Artıq onların təklifləri əsasında islahatlar da aparılıb.

Bundan əlavə, Azərbaycan Tibb Universitetinin yeni atributları - gerbi və loqosu qəbul edildi. Bu rəmzlərin seçilməsi üçün tələbələr arasında elektron sorğu da keçirildi. Daha sonra ATU-nun himni qəbul edildi. Bunlar tələbələrimizin daha da həmrəy olmasına və ATU-nun daha yaxşı təqdimatına yardım etdi.

- Yeni qəbul edilən sənədlər sayəsində hansı sahədə dəyişiklik oldu? Yeniliklər müəllim və tələbələrin işinə, təhsilinə necə təsir göstərdi?

- Ciddi islahatlardan biri buraxılış imtahanları ilə bağlı idi. Keçən ildən etibarən ATU-da Buraxılış Dövlət İmtahanları yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) bacarıq imtahanı formasında aparılır. Biz bunu ən əsas dəyişiklik adlandıra bilərik. Çünki indiyədək tələbələrin əsasən nəzəri bilikləri qiymətləndirilirdi. İndi isə tələbələrin gələcəkdə bacarıqlı həkim kimi yetişməsinin göstərici olan praktiki bacarıqlarına da qiymət verilir. Tələbələrə bir neçə dəqiqə ərzində konkret tapşırıqları yerinə yetirmək təklif olunur, məsələn, xəstəyə süni nəfəs vermək, ürəyi masaj etmək, venaya iynə vurmaq və s.

Digər tərəfdən, imtahan sessiyalarında 1-ci kurs tələbələrinin qış imtahan sessiyasında yeni imtahan sistemi tətbiq etdik.

İmtahanlarla bağlı mühüm dəyişikliklərdən biri də Elektron Universitetin yaradılması ilə bağlıdır. Belə ki, əvvəllər imtahanların nəticələri adi qaydada təqdim olunurdu. İndi isə ATU-da yeni yaradılmış İnformasiya texnologiyaları şöbəsinin vasitəsilə imtahan nəticələri statistik formada hazırlanır və dekan müavinlərinə təqdim olunur. Burada qiymətlərin statistikası, ümumi imtahanın statistikası açıqlanır.

Elektron Universitetin tətbiqi bu prosesdə insan faktorunu demək olar ki, heçə endirib. Əvvəllər 2 günə görülən işlər indi 10 dəqiqəyə icra olunur. Hazırda ATU-da yaradılan sistem beynəlxalq standartlara uyğundur. İmtahan sistemindəki dəyişikliklərlə bağlı Türkiyənin Hacettepe Universitetinin mütəxəssisləri yardım göstəriblər.

- ATU həm də xarici tələbələrin ən çox üz tutduğu yerli ali məktəblərdən biridir. Əcnəbi tələbələrin ATU-ya qəbulu, təhsili ilə bağlı hansısa yenilik nəzərdə tutulubmu?

- Yeni tədris ili üçün Azərbaycan Tibb Universitetinin hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparıldı. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələ namizədlərlə Skype bağlantısı vasitəsilə müsahibə aparılır. Müsahibə 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir. “Skype”la müsahibə 8-10 dəqiqə davam edir.

- Yeri gəlmişkən, gələn həftədən yeni tədris ilinə start verilir. ATU tələbələri bu il hansı yeniliklərlə üzləşəcəklər?

- Maraqlı yeniliklərdən biri elektron jurnalın tətbiqi ilə bağlıdır. Bu ildən ATU-ya qəbul olan tələbələr üçün yalnız elektron jurnal aparılacaq. Bu, proseslərin dəqiq əks olunmasına kömək edəcək. Bu jurnalda tələbənin nömrəsi kodlaşdırılıb və onun haqqında olan bütün məlumatlar buraya daxil edilib. Tələbənin nömrəsinə baxmaqla, onun hansı ildə məktəbə qəbul olduğu, tədrisi hansı dildə keçdiyi, hansı sırada qeydiyyatda olduğunu bilmək mümkündür. Bu sistem tam şəffaflığa təminat verir, çünki hansısa məlumatı sonradan dəyişmək mümkün deyil. Tələbə kodunu daxil edib sistemə girəndə öz qiymələrini, onun üçün dekanlıq və ya universitet tərəfindən yerləşdirilən elanları da görəcək. Biz çalışırıq ki, tələbələr rəhbərliyə yaxın olsun. Biz onları narahat edən məsələlərdən daim xəbərdar olaq, yaraanmış problemlərin həllinə nail olaq. Odur ki, tələbələrin idarəetməyə cəlb olunması sahəsində də mühüm dəyişikliklər etmişik. Hər fakültədə tələbələrin dekanları seçilib. Onlar fakültə və universitetin Elmi Şuralarına, rektoryanı şuraya tələbələrin arzu və istəklərini, şikayətlərini çatdırırlar.

Tələbələrimiz elektron jurnal vasitəsilə də müəllimlərin fəaliyyətini, davranışını qiymətləndirə biləcəklər. Jurnalda bu məqsədlə xüsusi pəncərə var. Bura daxil olarkən tələbələr imtahan prosesinin gedişi, həmçinin müəllimlər barədə sualları cavablandıra bilərlər.

Həmçinin tələbələr üçün cədvəlləri, dərsləri beynəlxalq səviyyəyə çatdırmaq üçün bu ildən kurasiyalar ləğv olundu. Həmçinin yay istehsalat təcrübəsinin yay ayılarında keçirilməsi ləğv olunur, onlar semestr dərsləri ərzində aparılacaq. Türkiyədə və digər dünya ölkələrində də təcrübələrin keçirilməsi semestr daxilində olur.

Biz bu il imkansız tələbələrlə bağlı ATU olaraq bir yeniliyə imza atdıq. Rəhbərlik tərəfindən universitetimizdə valideyn himayəsindən məhrum olan tələbələr üçün Təqaüd Fondu yaradıldı. Fond vasitəsilə bu cür tələbələrin təhsil haqqı ödənilir. Bu qərar onlarla tələbəmizi əhatə edir. Müəllimlərin rifah halının yüksəldilməsi naminə nəzəri kafedralarda çalışan professor-müəllim heyətinin əlavə əmək haqları artırılıb. Həmçinin Səhiyyə Nazirinin qarşısında vəsatət qaldırılıb ki, bizim tələbələrimizə orta tibb işçisi kimi işləməyə icazə verilsin. Cənab nazir buna müsbət rəy bildirərək, əmr verdi. Artıq Tibb Universitetinin 6 illik bazasını bitirən tələbə orta tibb işçisi kimi işləyə bilər.

Ümid edirik ki, sadaladığımz və adını çəkmədiyim digər islahatların köməyilə Azərbaycan Tibb Universiteti kimi qocaman ali təhsil ocağında təhsilin keyfiyyətinin daha da yüksəlməsinə nail olacağıq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ