şənbə günü, 14 noyabr 2026
     

Orta məktəblərdə şagird gündəliyi məsələsində qalmaqal...

Image


Kamran Əsədov: “Dövlət tərəfindən qəbul edilən normalar ondan ibarətdir ki, milli-mənəvi dəyərlərimizin, dövlət atributlarımızın əks olunduğu istənilən məktəbli kitabçası şagirdlər tərəfindən istifadə oluna bilər”
“Bir çox halda orta ümumtəhsil məktəblərinin rus bölmələrində təhsil alan şagirdlər Rusiyada istehsal olunan məktəbli gündəliklərindən istifadə edirlər”

 

Məktəbli kitabçası (gündəliyi) şagirdin əsas vəsaitlərindən biridir. Vaxtilə məktəbli kitabçaları eyni formatda, eyni formada, eyni rəngdə və cilddə olardı. Çünki məktəbli gündəyi respublikalar üzrə vahid mərkəzdə hazırlanar və satışa buraxılardı. Son zamanlar isə məktəbli kitabçalarının çapı məsələsində, bir növ, xaos hökm sürür. Belə ki, ölkədə fəaliyyət göstərən və dərslik çapı ilə məşğul olan nəşriyyatların, poliqrafiya mərkəzlərinin, demək olar ki, bir çoxu məktəbli kitabçası da çap edir, onu satışa buraxır.

Məktəb ləvazimatlarının topdan və pərakəndə satış yerlərində müxtəlif formalarda, müxtəlif dizayn və məzmunda olan məktəbli kitabçaları satılır. Bu da valideyndə, sözün həqiqi mənasında, çaşqınlıq yaradır. O fikirləşir ki, hansı nəşriyyatın buraxdığı məktəbli kitabçası standartlara uyğundur, hansını alsam məktəblə aramızda hər hansı bir xoşagəlməzlik yaşanmaz.  Sözün açığı, orta ümumtəhsil məktəblərində məktəbli kitabçası hazırda ən çox müzakirə edilən məsələdir. Yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb və sinif rəhbərləri valideynlərdən gündəliyi məktəbə gətirməsini tələb edirlər. Təbii ki, bütün valideynlər eyni məktəbli kitabçasını almadığı üçün, bu, böyük söz-söhbət yaradır. Müəllim deyir ki, bizim məktəbdə filan nəşriyyatın buraxdığı gündəlikdən istifadə edilmir, bu da valideyni məcbur edir ki, müəllimin dediyi standartlara uyğun məktəbli kitabçası alsın. Bu da sözsüz ki, həm vaxt itkisi, həm də artıq xərc deməkdir.

Çeşidli məktəbli kitabçalarının satışa çıxarılması doğrudan da böyük problem yaradır. Bu da Azərbaycanda vahid məktəbli kitabçası çap edilməsi zərurətini meydana çıxarır.

Tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, bu gün yerli bazarda çeşidli məktəbli kitabçasının satışa çıxarılması, sözün həqiqi mənasında, böyük problemlər, anlaşılmazlıqlar yaradır. Ekspert hesab edir ki, bu gün Azərbaycanda bir çox nəşriyyat və poliqrafiya mərkəzləri məktəbli kitabçası çap edib satışa buraxsa da, onlardan yalnız üç çeşid dövlət standartlarına uyğun gəlir, qalanlar isə standartlardan kənardır. “Əvvəlcə onu qeyd edim ki, 2011-ci ildə qəbul edilən orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsinə görə, məktəb daxilində istifadə edilən ləvazimatların dövlətin müəyyən etdiyi standartlara uyğun olması əsas şərtlərdən biridir. Ancaq Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə dövlət tərəfindən təsdiq edilmiş dərsliklər pulsuz olaraq verilir. Yəni bu gün əsas meyar ondan ibarətdir ki, bizim şagirdlərimizin istifadə etdiyi dərsliklərin hamısı eyni olsun. Ancaq burada bir məsələ var. Məktəbin pedaqoji şurası məktəbli geyimləri ilə bağlı qərar qəbul edə bilər, həmin məktəbin daxilində məktəb tərəfindən təsdiq olunmuş forma istifadə edilə bilər. Məktəbdə üçüncü istifadə ediləcək mexanizm isə məktəbli kitabçaları ilə bağlıdır.  Məktəbli kitabçası ilə bağlı hər hansı bir məktəb heç bir məhdudiyyət tətbiq edə bilməz. Çünki dövlət tərəfindən qəbul edilən normalar ondan ibarətdir ki, milli-mənəvi dəyərlərimizin, dövlət atributlarımızın əks olunduğu istənilən məktəbli kitabçası şagirdlər tərəfindən istifadə oluna bilər. Əgər istənilən məktəbli kitabçası dövlətin müəyyən etdiyi standartlara, şagirdlərin bilik xüsusiyyətlərinə, keçdikləri dərslərin sayına, qiymətləndirmə meyarlarına uyğun gəlirsə, birmənalı şəkildə şagirdlər o məktəbli kitabçasından istifadə edə bilərlər. Lakin burada bir neçə əsas nəzərə alınmalı meyar var. Birinci, məktəbli kitabçalarında dərs saatlarının miqdarı və qiymətləndirmə üçün ayrılmış yerlər Təhsil Nazirliyi tərəfindən təsdiqlənən dərslərin sayına və qiymətləndirmə meyarına uyğun olmalıdır. İkinci, həmin məktəbli kitabçalarında dərs həftələrinin sayı ümumi Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiqlənən dərs həftələrinin sayına uyğun olmalıdır. Yəni tədris ili başa çatmamış məktəbli kitabçaları dolmamalıdır, yaxud orada dərs saatları 5-6 saat qeyd olunmamalıdır. Bilirsiniz ki, 2008-ci ildən etibarən orta ümumtəhsil məktəbləri kurikuluma keçib. Burada qiymətləndirmə əvvəlki qaydada deyil” - deyə bildirən K.Əsədov qeyd etdi ki, bu gün satış bazarında çoxçeşidli məktəbli kitabçalarının olmasını monitorinq zamanı daha yaxından müşahidə edə bilib.

“Bu gün satış bazarında müxtəlif çeşidli məktəbli kitabçaları var. Apardığımız monitorinqlər yalnız üç nəşriyyatın çap etdiyi məktəbli kitabçalarının standartlara cavab verdiyini göstərir. Çox təəssüf ki, bir sıra nəşriyyatların çap etdiyi məktəbli kitabçaları dövlətin tətbiq etdiyi standartlara cavab vermir. Məktəbli kitabçalarının öz standartları var. Orada vərəqin işıqlılığı parlaq, hərflərin ölçüsü 11, 12 və 14 civarında olmalıdır. Bu isə cəmi iki nəşriyyatın çap etdiyi məktəbli kitabçasında görsənir. Kitabçalarda qeyri-iş günləri, dövlət əhəmiyyətli tarixi günlər, bayram və hüzn günləri ayrıca qrafada qeyd olunur və şagirdlər əlavə olaraq o günləri kitabçalarına yazmırlar. Qeyd etdiyimiz bu göstəricilər çox az sayda məktəbli kitabçalarında gözlənib. Çox təəssüf ki, bəzi nəşriyyatlar məktəbli kitabçası çapını monopoliyaya aldıqları üçün, onlar qeyri-rəsmi şəkildə Təhsil Nazirliyinə və məktəblərə müdaxilə etmək gücünə malik olduqlarına görə məktəblərə qeyri-rəsmi şəkildə göstəriş verilib ki, şagirdlərinizə filan nəşriyyatların çap etdiyi məktəbli kitabçalarından başqa kitabça almasına icazə verməyin” - deyə bildirən K.Əsədovun sözlərinə görə, məktəbli kitabçalarının vəziyyəti orta ümumtəhsil məktəblərinin rus bölməsində daha acınacaqlı durumdadır. Mütəxəssisin qeyd etdiyinə görə, bəzi məktəblərin rus bölmələrində Rusiya dövlətinə aid məktəbli gündəliyindən istifadə edilir. Bunun isə bizim tədrisə uyğun olmadığını bildirən K.Əsədov hesab edir ki, bu sahədə ciddi işlər görülməlidir: “Bəli, xarici ölkələrdə, əsasən də Rusiya və Türkiyədə çap olunan və onların tarixi, mühüm günləri ilə bağlı olan məlumatların əks olunduğu məktəbli kitabçalarından istifadə etmək olmaz. Bu hallara biz daha çox orta ümumtəhsil məktəblərinin rus bölmələrində rast gəlirik. Bilirik ki, orta ümumtəhsil məktəblərimizin rus bölməsi üçün resurslarımız azdır. Bir çox halda orta ümumtəhsil məktəblərinin rus bölmələrində təhsil alan şagirdlər Rusiyada istehsal olunan məktəbli gündəliklərindən istifadə edirlər. Bu isə yolverilməzdir. Bu məktəbli gündəlikləri isə bir neçə məqamda bizimlə üst-üstə düşmür”.

Azərbaycan dövlətinin müəyyən etdiyi standartlara uyğun orta ümumtəhsil məktəblərinin rus bölmələri üçün məktəbli kitabçalarının çap edilməsi məsələsinə gəlincə, K.Əsədov bildirdi ki, rus bölmələri üçün mövcud olan məktəbli kitabçaları Azərbaycan bölmələri üçün olan məktəbli kitabçasının tərcümə variantıdır: “Nəşriyyatlar tərəfindən rus bölmələri üçün məktəbli kitabçaları buraxılır. Ancaq bilirsiniz bizdə mexanizm necədir? Rus bölməsi üçün çap olunan gündəliklər Azərbaycan bnölməsi üçün olan məktəbli kitabçalarının tərcüməsidir. Ancaq bu yanlış yanaşmadır. Rus bölməsinə daha həssas yanaşmalıyıq. Çünki burada oxuyanlarda bir qədər milli hisslər zəif olur. Biz bu hissləri onlarda formalaşdırmaq üçün sırf rus bölmələri üçün ayrıca məktəbli kitabçaları çap etməliyik. Həmin məktəbli kitabçalarında Azərbaycan xalqının milli-mənəvi dəyərləri, dövlətçilik atributları, bayramlarımız, qan yaddaşımızla bağlı daha ətraflı məlumatlar verməliyik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ