şənbə günü, 14 noyabr 2026
     

Tarixə dönənlər, tarixdə qalanlar... - FOTO

Image


“Aprel şəhidləri”. Bu gün bütün Azərbaycan xalqı onları belə tanıyır, belə yadda saxlayır. Axı ilin hər ayında, təqvimin hər günündə bir şəhid vermişik, toyu çalınmayan, xonçası qırmızı qalan bir oğul itirmişik. Nə etmək olar, bu sənin, mənim, bizim yox, torpağımızın alın yazısıdır.

Onlarla igid oğulun düşmən həmləsini dəf edərək əks-hücuma keçməsi ilə o gün Azərbaycan kiçik qələbənin böyük tarixini yazdı. O gün düşmənin “keçilməyən səddini” bir göz qırpımında keçib Vətənimizin bir parçası olan indiki Ermənistanı da almaq gücünü görən düşmənin havadarları əl-ayağa, daha doğrusu, qorxuya düşüb əllərindən gələni etdilər ki, bu el gücünün, xalqın daşmış səbrinin qarşısını kəssinlər. Onlar kəsə bilmədilər, amma biz sülhə, əmin-amanlığa xatir o ildırım sürətli yürüşü dayandırdıq…

Onlarla şəhid verdik. Sanki bir möcüzə oldu. Azad etdiyimiz torpaqlar  şəhidlərin ağrısını çəkmək üçün bizə təsəlli oldu. (Mən azad olunmuş torpağın sevinicini Lələtəpəni ziyarətə gedərkən gözlərimlə gördüm)…

Bu həqiqət imiş, gəlişigözəl söz kimi deyilməyibmiş: “Torpaq, uğrunda ölən varsa Vətəndir!”…

“Aprel şəhidləri”. Onların doğulduqları, boya-başa çatdıqları evi, ocağı tapmaq elə də çətin deyil. Adlarını çəkən kimi sanki bir işıq seli yol yoldaşın olub səni ora - onların doğulduğu ocağa aparır.

Hərəsi bir kənddə, bir şəhərdə doğulsa da, bu gün onların bir ünvanı var: Azərbaycan!

Telefonuma gələn zəngdən sonra mənə elə gəldi ki, günlərlə beynimdə gəzdirdiyim fikri hamı bilir. Xəttin o başından Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Bakı Dövlət Universitetinin doktorantı Aynur Səfərlinin “Vaxt elə, bir-iki günə Binəqədidə yaşayan Aprel şəhidlərimiz Emin Bağırovun və  Fəxrəddin Qurbanlının ailələrini ziyarət edək” deməsinə matım-qutum qurudu. Ürəkdən-ürəyə, qəlbdən-qəlbə yol varmış, İlahi…

“Sənə xəbər edərəm” dedikdən sonra Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılovla əlaqə saxlayıb, fikrimi ona deyəndə: “Sən nə vaxt gedəcəyini de, biz hazırıq” deməsi və özümdən ixtiyarsız gözlərimin dolub, qəhərin məni boğması sözümü tamamlamağa  imkan vermədi. Hiss etdim ki, o da tutuldu.

Handan-hana dilləndim: “Oldu, mütləq deyəcəyəm”…

Mənə elə gəlir ki, məhz aprel hadisələrindən sonra bu gün böyükdən-kiçiyə hər birimizin bir andı var: Vətən haqqı, topraq haqqı, yurd haqqı. Bu birmənalı belədir: Vətən əldən getsə, dilin də, imanın da, sahib olduğun hər şeyin əldən gedəcək. Kölgənin düşmədiyi torpaq, yer yoxdusa, demək sən də yoxsan...

Şəhidlərimizin ailələri ilə görüşə oğlum Turanı da aparacığımı eşidəndə valideynlərim: “Ora uşaq yeri deyil”,-deyib etiraz etdilər. “Bəs, nə üçün düşmənlərimiz olmayan faciəni körpələrin beyninə, yaddaşına qazıyırlar” cavabımdan sonra razılaşdılar.

İdarə rəisi ziyarət üçün hazırlıq görməyi 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyevə həvalə etmişdi. Bələdçimiz isə rəis müavini, polis mayoru Yalçın Yaqubov və təhqiqatçı, polis kapitanı Emil Abbaszadə idi.

Şəhid Fəxrəddin Qurbanlının doğulduğu evin qarşısında bizi ilk salamlayan Azərbaycan bayrağı oldu və Turanın sayğı duruşu ilə bayrağa hərbi salam verməsi hamımızı heyrətləndirdi. Uşaq olsa da o hara gəldiyini anlamışdı. 

Mənə elə gəldi ki, ayaqlarımdan dəyirman daşı asılıb, dizlərimin “kəndiri kəsilib”. Şəhid ocağına üz tutanlar bu hissi yaxşı bilir…

Qapını üzümüzə açan kişinin baxışları “Şəhid Fəxrəddinin atası mənəm, ocağıma xoş gəlmisiniz”,- deyirdi. Bütün şəhid atalarının, analarının baxışları, gözləri bir-birinə çox bənzəyir. Onların gözləntilərinin bir adı var: Nə vaxtsa gələcəklər!

Şəhidimizin atası da bu ümidlə qapını açmışdı: “Deyəsən, gələn Odur!”

Bu gün bütün şəhid qapılarını döymək, onlarla həmdərd olmaq, onlara təsəlli vermək hər birimizin borcudur. Sayğısızlıq göstərsək, başımızın üstündən göy, ayağımızın altından yer qaçar.

“Nə zəhmət çəkmisiniz”,- deyib şəhidimizin atası Seyfəddin kişi, anası Həzimə xanım boynumuzu qucaqladılar. “Elə torpaqlarımızın ilk qoruqçuları, müdafiəçiləri, ilk şəhidlərimiz də polislər olub, bu gün də onlar ölkəmizdə əmin-amanlığı qorumaq üçün səfərbərdirlər”,-dedi ata. Məlum oldu ki, Fəxrəddinin əmisi Nizami Mustafayev də polisdir. Fəxrəddinlə birgə nəslin daha bir igid oğlu Mahir Mirzəyev də aprel döyüşləri qəhrəmanıdır.

“1988-ci ildə ata-baba yurdumuzdan zorla qovulduqdan sonra elə bilirdim ki, sığınmağa heç kimim, heç nəyim yoxdur. Atadan-anadan yox, torpaqdan yetim qalmışdıq. Hər gün yuxuda əzizlərinin uyuduğu torpağın iniltisini eşitmək adamı lap dəli eləyirdi. İllər keçdi, yaramız az da olsa qaysaq tutdu, ancaq həsrətimiz azalmadı ki, azalmadı. Qayğılara başımız elə qarışdı ki, uşaqların böyüməsindən xəbərimiz olmadı. Bir də gördük bizimlə bir boyda-buxundadırlar. Amma Fəxrəddini itirəndən sonra elə bildim ki, doğulduğum torpağı yenidən itirdim.”…

Dərdli ananı ovutmağa söz tapmırıq. Sadəcə, gözümüzü albomdakı şəkillərə zilləyib onun son döyüşünü xəyalımızda canlandırırıq.

Və qısa xatirlatma…

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 13 yanvar 1994-cü ildə Bakı şəhərində doğulub. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Universitetinə daxil olub. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Məzarı Pirşağı qəbirstanlığındadır...

Vaxtı, zamanı unutmuşuq. Nə su yadımıza düşür, nə də çörək. Elə bil bütün dünyanı “yemişik”.

Daha bir aprel şəhidimizin evini, ailəsini ziyarət etmək üçün tələsirik.

Ağ saçlarına dərd çökmüş kişini uzaqdan tanıyırıq. Emin Bağırovun atası İmran dayıdır. Elə onun da ilk sözü bu olur: “Nə zəhmət çəkmisiniz?”...

Eminli xatirələrin sükutu çökür şəhid ocağına. Məktəbə getdiyi gündən şəhid olduğu günə kimi onu xatırlayırlar. Yenə gözlər yola dikilir, yenə də “Ana, mən gəldim” sözünə tamarzı qalır qulaqlar. Şəhidimizin bəlkə də özü boyda olan böyüdülmüş şəklinə baxanda mənə elə gəlir ki, Emin şəkil çəkdirməkdən həmişə qaçıb. Bəlkə də heç valideynləri ilə birlikdə üst-üstə 3-5 şəkli yoxdur. Elə onun həmən şəklinin yanında xatirə şəkli çəkdirəndə İmran kişinin gözlərinin dərinliklərindəki hüznlü fikri sezə bildim: “Oğlum, mən axı şəkildə sənsiz yaxşı düşmürəm”...

“Hərbi xidmətə yola düşən günü- 2014-cü il oktyabrın 8-i sevincinin həddi-hüdudu yox idi. Əvvəlcə Beyləqanda hərbi xidmət keçdi. Vətənpərvərliyi, cəsarəti, verilən tapşırıqları heç bir çətinlik olmadan yerinə yetirməsi hissə komandirinin də diqqətindən yayınmayıb. Orduda nümunəvi xidmətinə görə iki dəfə məzuniyyətə buraxıldı. Bir gün mənə xəbər göndərdi ki, Xüsusi Təyinatlı Qüvvələr bölüyünə yazılmaq istəyir. Sonuncu dəfə martın axırında evə gələndə çox dəyişmişdi. Elə bil ki, boyu uzanmışdı, daha cüssəli olmuşdu. 

Aprelin 1-i cəbhədəki gərginliyin eşidəndə narahat olduq. Ayın 2-də ondan gələn zəngdən sonra yerə-göyə sığmadım. Eləcə yorulmadan deyirdi: “Ata, biz qalib gələcəyik, düşmən qaçır. Onunla danışdıqdan sonra bir az təsəlli tapdım”...

Komandiri əməliyyata gedən dəstəyə  Emini salmayıbmış. Bunu eşidəndə Emin pərt olub və komandirinə: “Mənim evdə iki qardaşım da var”,- deyib. Yəqin sonrasını siz də, xalqımız da yaxşı bilir”...

Və kiçik bir xatirlatma:  Şəhid Emin Bağırov 1996-cı il 15 iyulda Bakıda anadan olub. 2016-cı ilin aprel ayında şəhidlik zirvəsinə ucalıb. O, da ölümündən sonra  "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Aylar, illər keçsə də bu görüşlərin, bu ziyarətlərin sonu olmayacaq. Əksinə,  şəhid ailələrini, onların doğulduqları ocaqları, ata yurdlarını ziyarət edənlərin sayı gündən-günə çoxalacaq. Və biz bilirik ki, bu torpağı, bu xalqı uca yaradan Vətən sevdalı, bir az da obrazlı desək, baxanda dibi görünən saf insanlarının xatirinə birliyinə və bütövlüyünə qovuşduracaq. Daha doğrusu, biz o torpaqları azad edib ona qovuşacağıq.

Hafiz TƏMİROV
polis mayoru 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ