şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda nəşr olunan kitabların beynəlxalq yarmarkalarda rəqabət perspektivləri ekspert baxışında…

Image


Qəşəm İsabəyli: “Poliqrafiya baxımından kitablarımız rəqabətə dözə bilir, ancaq…”
Aydın Xan Əbilov: “Bu gün Azərbaycan kitabı dünya kitabı ilə rəqabət aparmaq iqtidarındadır”

 

Son illər Azərbaycanda kitab sənayesinin inkişafı diqqətimizi cəlb edir. Ölkəmizdə bu sahədə mövcud olan münbit şərait yeni-yeni nəşriyyat və poliqrafiya mərkəzlərinin yaradılmasına səbəb olur. Azərbaycanda nəşr edilən kitablar, eləcə də çap məhsulları vaxtaşırı olaraq xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak edir.

Son günlər Azərbaycan kitabı Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib. Qeyd edək ki, sərgidə 30-dan çox ölkədən 150-ə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar təmsil olunur.

Son illər davamlı olaraq beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak edən müasir Azərbaycan kitabı, bizim nəşriyyatların ərsəyə gətirdiyi çap məhsulları beynəlxalq kitab bazarında, kitab aləmində başqa ölkələrin çap məhsulları ilə rəqabət apara bilirmi?

“Şirvannəşr”in direktoru, tanınmış şair Qəşəm İsabəyli bizimlə söhbətində bildirdi ki, kitablarımız poliqrafik cəhətdən rəqabətə davamlı olsa da, məzmun və mövzu baxımından başqa ölkələrdə nəşr edilən kitablarla müqayisədə çox zəifdir: “Müasir Azərbaycan kitabı poliqarfik cəhətdən, tərtibat baxımından inkişaf edib. Bu sahədə nəşriyyatlarımızın, mətbəələrimizin böyük uğurları var. Poliqrafiya baxımından kitablarımız rəqabətə dözə bilir, ancaq nəşrlərimizin məzmunu, mövzusu, yazılma texnikası qətiyyən çağdaş dünya kitabları ilə rəqabətə davam gətirə bilmir. Kitablar arasında rəqabət prinsipi kitabların bədii məzmunu ilə yaranır, əsərlərin bədii keyfiyyəti ilə olur. Bu gün hələ də ədəbiyyatımız sovet təsirindən çıxa bilməyib. İndinin özündə də sovet şeiri yazırıq, sovet nəsri yazırıq. Mən “İnostrannaya literatura” alıram, uzun illərdir ona abunəyəm. Baxıb görürəm ki, dünya ədəbiyyatında müasir dedektiv də, macəra ədəbiyyatı da keçmişdəki kimi yazılmır. Amma bizdə hələ də dedektiv də, macəra ədəbiyyatı da keçmiş dövrlərdəki kimi yaradılır. Yəni bu əsərlər dünya ədəbiyyatı nümunələri ilə rəqabətə dözəcək səviyyədə deyil. Qeyd etdiyim kimi, nəşriyyatlarımız var ki, poliqrafiya, kitab nəşri sahəsində böyük nailiyyətləri var, amma bizə kitabın bədii dəyəri də lazımdır. Görək xarici ölkələrdə keçirilən kitab sərgi-yarmarkalarına gedən romanlarımız, povestlərimiz, şeirlərimiz nə səviyyədədir? Düzdür, bu gün kitabların poliqrafik həllinə fikir verilir, ancaq xaricə çıxarılan kitabın məzmunu yüksək səviyyədə olmalıdır ki,  o kitab bazarında kitablarımızı alıb nəşr etmək istəyənlər olsun. Bu bizim əsas nailiyyətimiz olardı”.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kulturoloq Aydın Xan Əbilov isə hesab edir ki, bu gün Azərbaycan nəşriyyatlarında çap olunan kitablar əvvəlki illərdə nəşr edilən kitablarla müqayisəyəgəlməz dərəcədə inkişaf edib. Onun fikrincə, çağdaş Azərbaycan kitabı indiyə qədər iştirak etdiyi bütün sərgi-yarmarkalarda həm öz poliqrafik həllinə, həm də digər məziyyətlərinə görə müsbət mənada seçilib. “Azərbaycan indiyə qədər saysız beynəlxalq kitab satış-yarmarkada iştirak edib. Bu satış yarmarkalarının əhəmiyyəti olduqca böyükdür. Satış-yarmarkaların içində kitab müsabiqələri də keçirilir. Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, İstanbul Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, London Beynəlxalq Kitab Sərgi-Yarmarkasında və digərlərində uğurla iştirak edib. Lakin bizə hərtərəfli yaxın olan, xüsusi mədəni əlaqələrimiz olan Rusiyanın bizim üçün əhəmiyyəti daha böyükdür. Rusiya mədəni mühitinin daxilində keçirilən kitab sərgi-yarmarkaları, kitab işinin təbliği ilə bağlı baş verən hadisələr çox maraqlıdır. Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, demək olar ki, hər il iştirak edir. Bu sərgi-yarmarkanın içində də “İlin ən yaxşı kitabı” müsabiqəsi keçirilir. Belə bir sərgidə iştirak etmək Azərbaycan üçün bir prestijdir. Çünki bu, ən azından, bizim mədəni, sivil bir dövlət olaraq kitab irsinə, eləcə də mətbuat və digər çap məhsulları daşıyıcılarına verdiyimiz önəmi ortaya çıxarır. Bu həm də xalqımızın, dövlətimizin mütaliəyə, elmə, biliyə verdiyi dəyəri bütün beynəlxalq aləmə tanıdır. Bu kitab sərgilərində poliqrafik cəhətdən mükəmməl işlənmiş, bəzən sırf əl işi olan kitabların da müsabiqəsi təşkil edilir. Bütün bunlar da çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu gün Azərbaycan kitabı öz səviyyəsi, məzmunu, poliqrafiyasına görə heç də dünyanın digər ölkələrində nəşr edilən kitablardan zəif deyil. Bu gün Azərbaycan kitabı dünya kitabı ilə rəqabət aparmaq iqtidarındadır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ