şənbə günü, 14 noyabr 2026
     

Məhərrəmlik mərasimlərini radikal icra meyllərinin qarşısını tam almaq yolları…

Image


İsmayıl Əhməd: “Məhərrəmlik mərasimlərinin radikal formalarda icrasının qarşısının alınması yolunu bu hərəkətlərə yol verən insanların çox böyük məbləğdə cərimələnməsində görürəm”
Hacı Təyyar Hüseynli: “Bu məsələnin qarşısını yalnız sağlam maarifçilik işinin həyata keçirilməsi ilə almaq olar”

 

Məhərrəmlik ayının başlamasına bir neçə gün qalıb. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya görə, Məhərrəmlik ayı sentyabrın 11-də başlayacaq. Tarixən Azərbaycanda Məhərrəmlik ayı İmam Hüseyn təziyəsi kimi qeyd edilib və edilməkdədir. İmam Hüseyn cəsarətinin, qorxmazlığının, onun haqq-ədalət uğrunda mübarizəsinin simvoluna çevrilən Məhərrəmlik mərasimlərinə bəzi dindarlar başqa şəkil vermək istəyir, onun istiqamətini dəyişdirməyə cəhd göstərirlər.

Sirr deyil ki, bəzən Məhərrəmlik pərdəsi altında müəyyən radikal fikirlər də meydana atılır. Əslində isə bu, yolverilməzdir. Zaman-zaman dini kimliyinə sahib olmağı bacaran, islam dininin, haqq-ədalətin bərpası üçün mücadilə verən şəxsiyyətlərin ruhuna, yoluna sayğı göstərən Azərbaycan dövləti və xalqımız anlayır ki, Məhərrəmliyin radikalizmlə heç bir əlaqəsi yoxdur. Sadəcə, bəziləri bu müqəddəs aydan istifadə edərək ətrafına topladıqları insanlar arasında  radikalizm zərrələri yaymağa çalışırlar. Digər tərəfdən də, bəzi qüvvələr, qruplar Məhərrəmlik mərasimlərində zəncir vurur, özlərinə fiziki xəsarətlər yetirir, hətta isterik hərəkətlərə yol verir, dinimizin, Məhərrəmlik ayının təməl prinsiplərinə zidd olan çıxışlar etməyə cəhd edirlər. Bu isə yolverilməzdir. 

Məhərrəmlik mərasimlərinin radikal formalarda icrasının qarşısını hansı yollarla almaq olar?

Tanınmış ilahiyyatçı İsmayıl Əhməd “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Məhərrəmlik məraimlərində istənilən radikal çıxışların, hərəkətlərin qarşısının alınması üçün xüsusi tədbirlər görülməlidir: “Bu çox mühüm mövzudur. Yaxşı ki, Məhərrəmlik öncəsi bu mövzuya toxunmusunuz. Ümumiyyətlə, Məhərrəmlik mərasimlərinin radikal formada keçirilməsi deyəndə mən təkcə zəncir vurmağı və digər xoşagəlməz əməllərin icrasını nəzərdə tutmuram, hətta minbərlərdə din, Məhərrəmlik, İmam Hüseyn faciəsi adı altında insanlara təlqin edilən nağılları, cəfəng fikirləri də bura şamil edirəm. Mən bu məsələlərin qarşısının alınmasına tərəfdaram, çünki buna böyük ehtiyac var. Bunun üçün isə tədbirlər görülməlidir. Azərbaycanda din dövlətdən ayrı olduğu üçün, bu problemin aradan qaldırılması işi birbaşa Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Bu məsələyə sözügedən qurumlar ciddi nəzarət etməlidirlər. Hər şeydən əvvəl Qafqaz Müsəlmanları İdarəsi axundların çıxışlarına, minbərdə edilən moizələrə çox ciddi nəzarət etməlidir. Bundan başqa, axund, eləcə də axundların naibi vəzifələrinə layiqli şəxslər təyin edilməlidir. Onlar dini sahədə akademik təhsili olan şəxslər olmalıdır, nəinki mədrəsəni, hözəni bitirmiş şəxslər. Bu adamlar dinimizi Azərbaycan dövlətçiliyinə, Azərbaycan adət-ənənələrinə, mental dəyərlərinə, milli düşüncəyə uyğun şəkildə təbliğ etməlidirlər. Burada sırf şəriətin tələblərinə uyğun olan mövzular müzakirəyə çıxarılmalıdır. Biz müharibə şəraitində yaşayırıq və məcsidlərdə insanlarda milli vətənpərvərlik hissləri yaradan xütbələr oxunmalıdır. Hansısa ölkələrə, radikal qruplara xidmət etmək əvəzinə, millətimizə, dövlətimizə xidmət etmək istiqamətində işlər görülməlidir. Məhərrəmlik mərasimlərinin radikal formalarda icrasının qarşısının alınması yollarına gəlincə, bu mərasimlərdə çıxış edən axundların, dindarların moizələrinə çox diqqətlə qulaq asılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi vaxtaşırı Məhərrəmlik  mərasimləri keçirilən yerlərə öz nümayəndələrini göndərməlidir. Həmin şəxslər radikal çıxışlar edəcəklərsə, öz çıxışlarına görə qanun qarşısında cavab verməlidirlər. Əgər çıxışlarında neqativ fikirlər olan şəxslər olacaqsa, onlar haqqında ciddi tədbirlər görülməlidir. Ramazan ayında fətva verilmişdi ki, bayramda yas yerlərinə gedən mollalar, axundlar cərimə ediləcəklər, odur ki, onlar məclislərə iftardan sonra gedirdilər. Məhərrəmlik mərasimləri zamanı da mollalar, axundlar üçün  çox böyük cərimələr müəyyən edilməlidir ki, onlar bu məraimlərdə radikalizmə meylli çıxışlar etməsinlər, hər yerindən duran cəmiyyəti, insanları geriliyə, cəhalətə sürükləyən çıxışlar etməsin”.

İ.Əhməd onu da qeyd etdi ki, mollalara, axundlara cərimlər kəsilərsə, onlar çıxışlarına, danışdıqları sözə fikir verər. “Kim hansısa ciddi səhvlərə, nöqsanlara yol versə, tarixi təhrif etməyə cəhd göstərsə, iğtişaşlara, məzhəblərarası ixtilafların meydana gəlməsinə səbəb olan çıxışlar etsə, fikirlər söyləsə, onlar ciddi şəkildə cərimələnsin. Əgər cərimə ödədikdən sonra yenidən öz əməllərini davam etdirsələr, tutduqları vəzifədən azad edilsinlər. Mən Məhərrəmlik mərasimlərinin radikal formalarda icrasının qarşısının alınması yolunu bu hərəkətlərə yol verən insanların çox böyük məbləğdə cərimələnməsində görürəm. Hesab edirəm ki, bununla bu kimi halların qarşısını almaq mümkün olacaq. İnanmıram ki, hansısa bir molla, axund böyük məbləğdə cərimə edildikdən sonra radikalizmə meylli çıxışlar edə bilər”.  

İlahiyyatçı hacı Təyyar Hüseynli də hesab edir ki, Məhərrəmlik məraismlərinin radikal formada icrasının qarşısı birmənalı olaraq alınmalıdır. Radikalizm formasının İmam Hüseynin mübarizə fəlsəfəsinə zidd olduğunu deyən Hacı Təyyar hesab edir ki, bu əməl dini-mənəvi baxımdan bəyənilmir: “Məhərrəmlik mərasimləri mənəvi baxımdan bəşəri bir hüzn mərasimidir. Necə ki, Azərbaycanın da özünün ümumbəşəri hüzn mərasimləri var. Mən bunlara ona görə ümumbəşəri deyirəm ki, bir xalqa edilən haqsızlıq, zülm bütün insanlığa edilən haqsızlıq və zülmdür. Müqəddəs İlahi elçilərdən olan Məhəmməd Peyğəmbərin (s)  ailə üzvlərinə o dövrdə böyük bir faciə yaşadıblar. Əslində, Məhərrəmlik mərasimləri o şəhidlərə, şəxsiyyətlərə insanların məhəbbəti və onların faciəsini hüzn kimi qeyd etməsidir. Bu mənəvi nöqteyi-nəzərdən yaxşıdır. Ancaq o mərasimlərin emosiyalarla, həddindən artıq tipik isterikalarla, radikallıqla, həddini aşma ilə keçirilməsi yolverilməzdir. Burada bəzi sətiraltı şüarların səsləndirilməsi, məzhəbçilik məsələsinə gətirən hərəkətlərə yol verilməsi Allah-Təalaya xoş getməyən haldır. Böyük alimlər, din xadimlərinin fəaliyyətini izləsək, onlar müsəlman dünyasında ziddiyyətlərin yaranmasına qarşı olublar. Biz onların fikirlərində, addımlarında bunu görürük. Böyük şiə alimləri heç zaman Məhərrəmlik mərasimlərində radikalizmə yol verilməsini bəyənməyiblər, belə məsələlərə yol verməyiblər. Fikir versək görərik ki, bu əməllərə yol verənlər sıradan olan insanlardır, kütlələrdir. Məhərrəmlik mərasimlərinin radikal formalarda icrasının qarşısının alınması mütləq vacibdir. Bunun üçün insanların önündə yüksək dini təhsili olan insanlar getməlidirlər ki, onlar insanlara bu mərasimlərin əsl mahiyyətini anlada bilsinlər”.

Hacı Təyyar bildirdi ki, Məhərrəmlik mərasimlərində baş verən neqativliyin qarşısının alınması üçün sağlam maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Məhərrəmlik mərasimləri keçirilərkən bəzi qrupların radikallığa meyl göstərməsinin zərərli maarifçilik işinin bəhrəsi olduğunu deyən ilahiyyatçı hesab edir ki, bu məsələnin qarşısının alınması üçün bütün mümkün tədbirlərdən istifadə edilməlidir: “Məhərrəmlik mərasimlərinin radikal formada icrasının qarşısının alınması üçün sağlam maarifləndirmə işi həyata keçirilməlidir. İnsanlara bu mərasimin əsl mahiyyəti izah edilməlidir. Çünki radikalizmi insanlar zərərli maarifçilik yolu ilə əxz ediblər. Bu məsələnin qarşısını yalnız sağlam maarifçilik işi həyata keçirilməsi ilə almaq olar. Yəni radikallaşmanı, bu mərasimlərdə həddindən artıq emosiyalara qapılmağı insanlara bəzi qüvvələrin zərərli maarifçilik fəaliyyəti aşılayıb. İnsanlarda aşırı emosiyaların yaranmasına, eləcə də onların radikalizmə meyl göstərməsinə maarifçilik işində olan nöqsanlar səbəb olub. Bu nöqsanları aradan qaldırmaq vaxtıdır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ