şənbə günü, 14 noyabr 2026
     

Rusiya ilə yaxınlaşma dövründə rus dilində təhsilin pullu edilməsi çağırışları…

Image


“Rus bölməsini ləğv etmək, yaxud rus bölməsində təhsili pullu etmək Azərbaycan vətəndaşına qarşı ən ağır cinayətdir”   

 

Bu gün Azərbaycanda övladlarının rus dilində təhsil almasını istəyən valideynlərin sayı çoxdur. Orta ümumtəhsil məktəblərinin rus bölmələrinə kütləvi axının olması bir faktdır. Hətta övladlarının rus sektoruna daxil olması üçün valideynlər müxtəlif rus dili kurslarına, eləcə də repetitorlara müraciət edirlər.

Orta ümumtəhsil məktəblərinin rus bölməsinə olan kütləvi axın müxtəlif mübahisəli fikirlər meydana gətirib. Bəzi millət vəkilləri hesab edir ki, azərbaycanlı uşaqların rus bölmələrinə meyl etməsinin qarşısı alınmalıdır. Bunun üçün də təklif edirlər ki, orta ümumtəhsil məktəblərində rus bölmələri ödənişli olsun. Bu təklifə isə ziyalılar, ictimaiyyət nümayəndələri, eləcə də ekspertlər mənfi reaksiya verir. Onların fikrincə, Azərbaycan demokratik dünyəvi dövlətdir və ölkəmizdə ana dili ilə yanaşı xarici dillərdə də tədrisin həyata keçirilməsi vacibdir. Özəl liseylərdə hətta rus, ingilis və digər dillərdə təhsilin mövcud olduğunu deyən ekspetlərin sözlərinə görə, dövlət orta məktəblərində də rus sektorunun olması, özü də ödənişsiz fəaliyyət göstərməsi vacibdir.

Tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzilərinin orta ümumtəhsil məktəblərində rus bölmələrinin pullu olmasını təklif etməsi mənfi haldır. O, qeyd edir ki, Azərbaycan məktəblərində indiyə qədər rus bölmələri ödənişsiz fəaliyyət göstərib, bundan sonra da pulsuz fəaliyyət göstərməlidir. O, bildirir ki, hazırda Azərbaycanda rus dilli əhali çoxdur və orta ümumtəhsil məktəblərində onların övladlarının rus bölmələrində təhsil alması üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Rusiya ilə əlaqələrimizin istiləşməsi dövründə belə çağırışların edilməsinin yolverilməz olduğunu deyən K.Əsədov bildirir ki, “rus bölmələrində təhsil ödənişli olsun” deyən qüvvələr rus dilli əhalinin hüquqlarını tapdamış olur: “Orta ümumtəhsil məktəblərində rus bölmələrinin ödənişli olması təklifləri çox zərərlidir. Bu yolverilməzdir. Bilirsiz ki, Azərbaycanda dövlət orta ümumtəhsil məktəblərində təhsil pulsuzdur. Bu həm Konstitusiyamızda, həm də 2009-cu ildə qəbul edilən “Təhsil Haqqında” Qanunda öz əksini tapıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən 4472 orta ümumtəhsil məktəbinin 353-də rus bölmələri fəaliyyət göstərir. Ümumilikdə 15 məktəb isə tamamilə rus bölməsindən ibarətdir. Bu da Azərbaycan məktəblərinin 8 faizini təşkil edir. Sözsüz ki, kiçik rəqəm deyil. Digər tərəfdən, hazırda ölkəmizdə 1,6 milyon şagird var və onun 450 min nəfəri xarici dil kimi rus dilini öyrənir. Bu da 30 faizdən çox şagird deməkdir. Bu gün orta məktəblərimizin 350, 360 rus bölməsində 90 min nəfər şagird təhsil alır. Bu nə deməkdir? Cəmiyyətdə müxtəlif kateqoriyalara mənsub olan şəxslər var ki, onlar rus dilini öyrənir və rus bölməsində təhsil alır”.

Azərbaycanda rus bölməsinə birdən-birə kütləvi meyl yaranmasının səbəbsiz olmadığını deyən ekspert bildirdi ki, Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi 1-ci sinifə qəbul qaydalarını dəyişərək elektron qaydalar tətbiq etdi. Ekspert bildirir ki, 1-ci sinifə qəbul elektron qaydada həyata keçirildikdən sonra valideynlər övladlarının rus bölməsində təhsil almasının mümkünlüyünü görüb seçimi rus bölmələrinə etməyə başladılar.

“Elektron qəbul qaydalarına qədər valideynlər övladlarının həm də rus bölməsində təhsil alması üçün imkan olduğunu bilmirdilər. Artıq elektron sənəd qəbulu qaydaları onların qarşısında imkanlar açdı. Valideynlər də əvvəllər uşaqlarına rus dili öyrətmək üçün kənarda repetitor tuturdu, bu da onlar üçün artıq xərc idi. Bu xərcin qarşısını almaq üçün övladlarının sənədlərini birbaşa rus sektoruna verməyə başladılar. Bu da istər-istəməz süni sıxlıq yaratmağa başladı. Biz bu süni sıxlığın qarşısını almaqdan ötrü iş görməliyik. Lakin Təhsil Nazirliyi rus bölmələrini ödənişli etməməlidir. Rus bölməsini ləğv etmək, rus bölməsində təhsili pullu etmək Azərbaycan vətəndaşına qarşı ən ağır cinayətdir. Çünki heç də hamının ödənişli təhsil almaq imkanı yoxdur. Bu gün ali məktəblərə ödənişli əsaslarla qəbul olan və təhsil haqqını ödəyə bilməyib ali təhsil almaqdan məhrum olan kifayət qədər insanlar var. “Azərbaycan məktəblərində rus bölmələri ləğv edilsin, yaxud pullu olsun” təklifini irəli sürmək Azərbaycan xalqına qarşı laqeyd olmaq deməkdir. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, bir dil bilmək bir adam olmaq, iki dil bilmək iki adam olmaq deməkdir. Dövlət özü maliyyə resursları ayırır ki, vətəndaşlarımız bir neçə dil bilsinlər. Düzdür, rus dilində təhsil almaq üstünlük deyil, sadəcə o insanlar daha geniş auditoriyaya açıq olurlar, daha çox ədəbiyyat oxuya bilirlər. Əgər biz mövcud süni sıxlığı aradan qaldırmaq istəyiriksə problemdən iki çıxış yolu var. Bu nə rus dilndə təhsili pullu etməkdir, nə də rus sektorlarını bağlamaqdır. Birincisi, Təhsil Nazirliyi müəllimlərin işə qəbulu zamanı vakansiyaların sayını çoxaltmalıdır. İkincisi, orta ümumtəhsil məktəblərinin Azərbaycan bölmələrində təhsilin keyfiyyəti artırılmalıdır.

Valideynlər uşaqlarını niyə rus bölmələrinə qoyurlar? Çünki Azərbaycan bölmələrində təhsilin keyfiyyəti aşağıdır, dərsliklərdə ciddi qüsurlar var, müəllimlərin bilik və bacarıqları, intellektləri zəifdir, onlar dünya ədəbiyyatına, mədəniyyətinə elə də maraq göstərmirlər. Fakt budur ki, hazırda valideynlər uşaqlarını rus bölməsinə qoymaq üçün böyük maraq göstərirlər. Lakin onların əksəriyyəti evdə rus dilində danışmırlar, uşaqları rus dilindən minimum biliyə malikdir. Sinifdə 30 şagird varsa onun 15 nəfəri evdə rus dilində danışır, bu dildə bilik və bacarıqları var, ancaq 15 nəfəri danışmır, onların rus dilində bilikləri, bacarıqları zəifdir. Təbii ki, bu zaman keyfiyyət aşağı düşəcək. Təklif edirəm ki, rus bölmələrinə şagirdlərin qəbulu müsahibə yolu ilə həyata keçirilsin. Bu baxımdan ki, rus dilində heç bir anlayışı olmayan uşaqlar rus bölmələrinə qəbul edilməsinlər. “Bu gün elektron seçim imkan verir uşağımı rus bölməsinə qoyacağam” kimi seçimlərə imkan verilməməlidir. Hazırda rus dilində təhsil verən özəl liseylər var, kim istəyir gedib orada təhsil ala bilər. Ancaq orta ümumtəhsil məktəblərində rus bölməsinin pullu olması təklifini irəli sürmək çox gülüncdür” - deyə K.Əsədov bildirib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ