Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov avqustun 31-də Hacıqabul rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 1) keçiriləcək qəbulda Hacıqabul, Şirvan və Kürdəmir rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (055) 420-75-95, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.