şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda kütləvi kitabxanaların sayının azalması hansı amillərlə bağlıdır?

Image


Aydın Xan Əbilov: “Başqa ölkələrlə müqayisədə bizdə...”

 

Vaxtilə Azərbaycanda kitabxana sahəsinin formalaşdırılması üçün böyük işlər görülüb. Kitabxana keçmiş dövrlərin insanlarının etibarlı qiraət məkanı kimi özünə böyük şöhrət qazanmışdı. Sirr deyil ki, vaxtilə profilindən asılı olmayaraq, bütün kitabxanalara kütləvi oxucu marağı vardı.

Hətta kitabxanaya getməyən adamlara cəmiyyətdə elə də yaxşı baxmırdılar. Şagirdlər, tələbələr, ziyalılar kitabxanalardan istifadə edirdilər. Ancaq təəssüf ki, bu gün bizim cəmiyyətdə kitabxanalara elə də böyük maraq qalmayıb. Bir neçə il əvvəl, ümumiyyətlə, kitabxanaların əksəriyyətinə oxucu ayağı belə dəymirdi. Ancaq bu sahədə görülən müəyyən təbliğat işi, kitabxanalarda ədəbiyyat siyahısının təzələnməsi və s. müəyyən insanları kitabxanaya qaytardı. Ancaq bu yetərli deyil. Gizlin deyil ki, həm bölgələrdə, həm də paytaxtda kitabxanaya gedənlərin sayı elə də çox deyil. Bu da sözügedən sahədə müəyyən problemlər yaradır.

“Trendin”in məlumatına görə, Azərbaycanda kütləvi kitabxanaların sayı azalıb. Qeyd edilənə görə, kitabxanaların sayı 2014-cü ildə 3320, 2015-ci ildə 3291, 2016-cı ildə 3242, 2017-ci ildə 3088, 2018-ci ildə isə 2978 olub. Demək, ötən illərlə müqayisədə kütləvi kitabxanalar öz əzəli funksiyasını itirməyə doğru gedir.

Məlumatlara görə, ölkədəki kitabxanaların çoxu kənd yerlərinin payına düşür. 2014-cü ildə kitabxanaların 495-i şəhər, 2825-i kənd, 2018-ci ildə 436-sı şəhər, 2542-si kənd yerlərinin payına düşüb.

Ötən illər ərzində kitabxana fondu da azalıb. 2014-cü ildə kitabxanaların fondu 33,5 milyon nüsxə olduğu halda, 2018-ci ildə bu göstərici 32,2 milyon olub.

Sözsüz ki, ölkəmizdə kütləvi kitabxanaların sayının azalması müsbət hal ola bilməz. Bu problemin meydana çıxmasında oxucu diqqətsizliyi də az rol oynamır. Kitabxanalara oxucu getmirsə, bu onun fəaliyyətinə ciddi zərbə vurur.

Ekspertlər qeyd edirlər ki, ölkədə kütləvi kitabxanaların sayının azalmasının bir neçə səbəbi var. Onların qənaətinə görə, respublikada yeni kitabxana sisteminin qurulması, eləcə də kitabxanaların mərkəzləşdirilmiş fəaliyyətə keçməsi kütləvi kitabxanaların sırasının seyrəlməsinə səbəb olub.

Mütəxəssislər hesab edirlər ki, kitabxana sistemində şərait oxucuların maraqlarına uyğun formada qurulmalıdır ki, onlar bu məkanlardan üz çevirməsinlər.

Bu gün kitabxana sistemində həyata keçirilən elektronlaşdırmanın da bu sahəyə təsir etdiyini qeyd edən mütəxəssislər bildirirlər ki, kütləvi kitabxanalarda olan ədəbiyyatın, KİV nümunələrinin hamısı elektronlaşdırılmasa da, oxucular kütləvi olaraq kitabxanaya getmirlər.

Kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində qeyd etdi ki, ölkədə kütləvi kitabxanaların sayının azalması oxucuların virtual oxuya daha çox üstünlük verməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu gün oxucu vaxt itirib kitabxanaya getmək istəmir, o istəyir ki, kitablar elektronlaşsın və onları oxumaq daha əlçatan olsun. A.X.Əbilovun dediyinə görə, kütləvi kitabxanaların azalması cəmiyyətdə intellektli insanların bu sahəyə maraq göstərməməsi ilə də əlaqadardır.

Müsahibimizin dediyinə görə, bu gün kitabxanaların bir qismi elektronlaşmaya keçib və onların elektron bazası yaradılıb. Bölgələrdə kitabxanaların daha çox əhaliyə xidmət etməli olduğunu deyən A.X.Əbilov hesab edir ki, biz kütləvi kitabxanaların sayının azalmasında maraqlı olmamalıyıq, əksinə, onların sayının artımına və ora kütləvi oxucu cəlb etməyə çalışmalıyıq: “Ümumiyyətlə, çoxlarımız gənc vaxtı ən çox vaxt sərf etdiyimiz kitabxanalar idi. Kitabxanaya o qədər insan gəlirdi ki, bəzən adam istədiyi kitabı əldə etmək üçün günlərlə gözləyirdi. Sonra məlum məsələlər baş verdi və insanların kitabxanalara marağı azalmağa başladı. Bu gün də kitaba, kitabxanaya maraq elə də  çox deyil. Başqa ölkələrlə müqayisədə bizdə kitaba, kitabxanaya, oxuya maraq azdır. Metrolarda, parklarda kitab oxuyan adamlarımız, demək olar ki, barmaqla sayılacaq qədərdir. Kitaba maraq yoxdursa, kitabxanalar necə normal fəaliyyət göstərə bilər? Ölkəmizdə kütləvi kitabxanaların azalması səbəblərindən biri oxucuların kitabxanalara marağının azalmasıdır”.

O qeyd etdi ki, kütləvi kitabxanaların ötən illərlə müqayisədə sayının azalmasının bir tərəfi də kitabxanaların oxucuların marağına uyğun qurulmaması ilə bağlıdır. Hələ də bizim bəzi kitabxanalarda oxuculara yüksək xidmət göstərilmir. Ekspert hesab edir ki, bu sahədə xidmət məsələsinin də müasir standartlara uyğun qurulmasına ehtiyac var. Bölgələrdə əsasən qeyri-ixtisas sahiblərinin kitabxanalarda çalışdığını deyən A.X.Əbilovun sözlərinə görə, kitabxana sistemində işləyən insanlar oxucularda, xüsusən də gənc nəsildə kitaba böyük maraq yaratmalıdırlar. O bildirdi ki, bəzən oxucu gəlib hansısa bir kitabı soruşur, kitabxanaçı özünə əziyyət verməmək üçün “o ədəbiyyat bizdə yoxdur” deyir. Kütləvi kitabxanaların azalmasına tərəfdar olmadığını deyən mütəxəssis bildirdi ki, bunun üçün konkret işlər görülməlidir.

Bir vaxtlar kitabxana binalarının və kitab mağazalarının bəzi işbazlar tərəfindən hədəfə alındığını, hətta onların səyi nəticəsində kitabxana və kitab mağazalarının sıradan çıxdığını deyən A.X.Əbilov hesab edir ki, öz şəxsi maraqlarımız naminə xalqın kütləvi maariflənməsində başlıca rol oynayan kitabxanlara toxunmaq olmaz. “Kitabxana böyük bir maarifçilik ünvanıdır” - deyə bildirən A.X.Əbilov hesab edir ki, bu sahədə nə qədər elektronlaşdırma olsa da, texniki tərəqqi öz sözünü desə də, çap məhsullarına hər zaman ehtiyac var.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ