şənbə günü, 14 noyabr 2026
     

Qadınlarda süni dırnaqların böyük fəsadları…

Image


Sevda Yaqubova: “Şellak, eləcə də digər dırnaq boyalarının qadınların səhhətində mənfi izlər buraxdığını mütəxəssislər dəfələrlə qeyd ediblər”
Roza Yəhyayeva: “Qaynaq olunmuş dırnaqlar kimyəvi vasitədən hazırlandığından, əlin dərisi, barmaqlar və öz dırnaqlarınız üçün də çox təhlükəlidir”

 

Qadınlar gözəllik uğrunda həmişə mübarizə aparıblar. İllərin gətirdiyi yeni yaşlara psixoloji baxımdan çətinliklə adaptasiya olunan qadınlar gözəl qalmaq, illərə “qalib” gəlmək üçün bütün vasitələrdən istifadə etməkdə israrlıdırlar. Qadın gözəlliyini tamamlayan əsas elementlərdən biri gözəl əllər, baxımlı dırnaqlardır desək yəqin ki, bizə irad bildirən olmaz.

Əvvəllər qadınlar dırnaqlarını qaydasında saxlamaq üçün daha çox manikürdən istifadə edirdilərsə, indi başqa vasitələrdən yararlanırlar. Son illər dünyada dəb sisteminin kökündən dəyişməsi, yeni texnologiyaların, maddələrin meydana gəlməsi dırnağını daha gözəl və baxımlı görmək istəyən xanımların qarşısında yeni yollar açıb.

Bu gün ölkəmizdə fəaliyyət göstərən qadın gözəllik salonlarında, studiyalarda müxtəlif üsullarla qadınların əl və ayaq dırnaqlarına qulluq göstərilir. Hazırda dırnaq qaynağından, eləcə də onun digər növlərindən istifadə edən qadınların sayı durmadan artır. Belə demək mümkündürsə, 15 yaşdan 70-80 yaşa qədər qadınlar dırnaq qaynaqlarından, dırnaqlarını uzatmaq üçün şellakdan, biogeldən və s. istifadə edirlər.

Həkimlər, xüsusən də dermotoloji sahə üzrə mütəxəssislər qadınlara məsləhət görürlər ki, bu vasitələrdən istifadə etməsinlər. Dırnağı süni olaraq gözəlləşdirən vasitələr sonradan qadınların səhhətində müxtəlif mənfi hallar yaradırlar. Ekspertlər qeyd edirlər ki, bu, qadınların öz dırnaqlarının tamamilə məhv olmasına gətirib çıxarır. Yəni qadın salonda dırnağını biogel, yaxud şellak edirsə, sonradan öz dırnağını əvvəlki vəziyyətində görə bilmir. Bu gellər vurulursa, qadın dırnağı uzananda mütəxəssis müdaxiləsi olmadan o dırnaqları kəsə bilmir, bu da dırnaqlarda ağrılar yaradır, xüsusən də bir yerə toxunanda əziyyət çəkirlər.

Həkim Sevda Yaqubova bizimlə söhbətində bildirdi ki, bu gün əksər qadınlar kimi o da gel-lak tipli dırnaq boyalarından istifadə edir. O qeyd edir ki, dəblə ayaqlaşmaq üçün hər bir qadın çalışır ki, il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə etsin. Əslində, tibb işçilərinin, pasientlərlə çalışan insanların bu vasitələrdən istifadə etməsinin düzgün olmadığını vurğulayan həkimin sözlərinə görə, bununla belə, hər kəs bundan yararlanmaq istəyir. Onun sözlərinə görə, bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb qalır, vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir. Onun bildirdiyinə görə, boyadan imtina edəndə dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır: “Qadınlar baxımlı əllərə, gözəl dırnaqlara sahib olmaq üçün bu vasitələrdən istifadə edirlər. Dırnaqlarımıza gel boyaları çəkdiririk ki, əllərimiz daha şarmlı görsənsin. Amma bununla belə, deyim ki, gel boyaların mənfi tərəfləri çoxdur. Ümumiyyətlə, qadın gözəlliyinə xidmət edən hər bir texnoloji vasitə, maddələr onun səhhətinə zərər də yetirir. Dırnaqlarımızı mənfi təsirdən qorumağın yolları var. Hesab edirəm ki, bu istiqamətdə mütəxəssislər qadınlardan öz tövsiyələrini əsirgəməməlidirlər. Onu da deyim ki, gel öz-özünə quruya bilən boya deyil, onu mütləq ultrabənövşəyi şüaların altında qurutmaq lazımdır. Qurutma prosesi zamanı boya ilə sədəfin üst qatı bir-birinə qarışır və dırnaq tərkibini itirir. Bu da sözsüz ki, qadınlara ziyan vurur. Bəzən görürsən ki, ətrafımızda kimsə dırnağını geldən təmizlədir və onun dırnağının üzü soyulmuş vəziyyətdə olur, sanki cansız bir plastmas hissəciyinə çevrilir. Bundan ya ümumiyyətlə istifadə etmək lazım deyil, ya da zərərdən qorunmağın yollarını tapmaq tələb olunur. Şellak, eləcə də digər dırnaq boyalarının qadınların səhhətində mənfi izlər buraxdığını mütəxəssislər dəfələrlə qeyd ediblər”.

Dermotoloqların fikrincə, gel-boya və bu tip manikür növləri çox zərərlidir. İki dəfə ardıcıl gel, şellak və s. manikür prosesindən sonra dırnaqlar ən az 3 ay müddətində dincəlməlidir.

Onlar hesab edirlər ki, gel boyaların zərəri tək sədəfin tərkibinin itməsi ilə bitmir. Ekspertlər deyirlər ki, onu qurudan ultrabənövşəyi şüalar da dəriyə olduqca zərərlidir. Bu proses zamanı dərini qorumaq üçün xüsusi əlcəklərdən istifadə edilməlidir. Dermotoloqlar birmənalı olaraq bildirirlər ki, əllərində xal olanlar üçün ultrabənövşəyi şüalar böyük təhlükədir. Onlar qeyd edirlər ki, bu zaman şüalar yanmadan tutmuş, dəri xərçənginədək qorxunc xəstəliklərə səbəb ola bilər.

Həkim-dermatoloq Roza Yəhyayevanın sözlərinə görə, son zamanlar qadınlar müxtəlif nayihələrində baş verən qaşınma halları ilə bağlı müraciət edirlər. Mütəxəssis qeyd edir ki, çox zaman ultrabənövşəyi şüalar dəridə qıcıqlanmalar yaradır. O bildirdi ki, bu boyalar bir neçə qatdan ibarət olur. “Odur ki, dırnaq nəfəs almağa dəlik tapmır və get-gedə öz təravətini və gücünü tam itirir.

Bu boyaları dırnaqdan çıxarmaq üçün xüsusi alət və ya çox güclü tərkibli təmizləyici vasitədən istifadə olunur. Alət dırnaqları zədələyir. Folqa ilə dırnaqlara bərkidilən təmizləyici məhlul isə gel- boya və ya şellakı əridib qoparmaqla qalmır, öz zəhərini dırnağa buraxır. Bundan başqa, ultrabənövşəyi şüalar dəriyə zərər vurur. Əlində xalı olan qadınlar üçün isə bu daha çox təhlükəlidir. Dırnaq qaynağı etmək əksər müasir xanımlar üçün bu gün adi bir hala çevrilib. Gözəl, uzun, baxımlı dırnaqcıqlara sahib olmaq tələbatı nə qədər güclü olsa da, bu sahədə təhlükə də qaçılmazdır. Sağlamlığımızı süni gözəlliyə qurban verməyək” - deyə mütəxəssis bildirdi.

O qeyd etdi ki, bəzən qadınlar “dırnaq qaynağının ziyanı varmı” sualı ilə salonlarda bu işlə məşğul olanlara müraciət etdikdə onlar “yox” cavabı verirlər. “Halbuki, qaynaq olunmuş dırnaqlar kimyəvi vasitədən hazırlandığından, əlin dərisi, barmaqlar və öz dırnaqlarınız üçün də çox təhlükəlidir. Xüsusilə kimyəvi maddədən hazırlanmış, sərt qabıq şəklinə salınmış bu maddənin sizin dırnaqlarınızda qaynaq olunduqdan sonra neçə qün qalması önəmlidir. Adətən xanımlar belə manikürləri etdirən zaman hətta daha çox dayanıqlı olmasını tələb edirlər, bu prosesin sonradan hansı fəsadlar yarada biləcəyini düşünmürlər. Mütəxəssislər bu qaynaqların əleyhinədir. Ümumiyyətlə, uzun dirnaqların özü belə bir sıra hallarda zərərlidir. Dırnaqlarda C (sink), D (dəmir) azalması tez-tez sınma əmələ gəlir. Ən pis halda, dırnaqlarda infeksion göbələk xəstəliyinə səbəb olur” - deyə mütəxəssis bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ