şənbə günü, 14 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Ömər Xəyyam

Image


Ömər Xəyyam 1048-ci il mayın 18-də Xorasan əyalətinin Nişapur adlanan mahalında bir çadırçı ailəsində anadan olub. Xəyyam təxəllüsü ilə bütün dünyada şöhrət qazanan hikmətli rübai ustadının atası İbrahim bəy, anası Fatimə xanımdır.

Ömər Xəyyam ibtidai təhsilini Nişapurda adlı-sanlı alim və ruhani Nəsirəddin Şeyx Məhəmməd Mənsurun yanında alıb. Ömər təlim prosesində əvvəlcə riyaziyyat, astronomiya, coğrafiya, daha sonra musiqi və riyazi nisbətlər haqqında təlimi öyrənir, fəlsəfəyə və dövrünün əsas elm sahələrinə yiyələnirdi. Müəllim məşğələlərdə tez-tez Platonun “İnsanın firafanlığı idrakın qanunlarına əsaslanarsa, çox yaxşı olar” ifadəsini səsləndirərdi.

Ömər Xəyyam, xüsusilə hikmət, nücum, riyaziyyat, kimya və tibb elmləri üzrə çalışaraq, bu elmlər sahəsində kəşflər belə edib. Buna görə də Xəyyamın məşhur münəccim və riyaziyyatçı kimi də adı çəkilməkdədir. Əslində o, poeziyaya meyl edib, misli görünməyən dərin mənalı rübailər yazıb. Xəyyamın yazdığı rübailər sonralar ona böyük şöhrət qazandırıb və onu dünya şairləri çərçivəsinə daxil edib. Bu rübailər Xəyyamın yaradıcılığında miqdarca çox cüzi bir yer tutsa da, məzmun etibarilə olduqca mühüm fəlsəfi fikirlər ifadə etdiyindən daim diqqət mərkəzində olub.

1066-cı ildə Ömərin atası dünyasını dəyişir. Adi şəraitdə Ömər Nişapurda qalıb işləyə bilərdi, ancaq irəli sürdüyü bəzi fəlsəfi fikirlərinə görə dindarlar tərəfindən təqib olunurdu. Bu yaşında gözəl təhsil görmüş Xəyyam təqiblərdən azad olmaq və doğma şəhərinin Səlçuqluların aramsız hücumlarına məruz qalması səbəbindən Nişapurdan qaçmağa məcbur olduğunu gizlətmir. Yəni gənc yaşlarında doğma şəhərini tərk edərək Səmərqəndə köçdüyünü bildirir.

Ömər Xəyyam Səmərqənddə olduğu zaman vaxtının çoxunu elm ocaqlarında keçirir. 1066-cı ildə Buxaraya yollanır. Buxaraya gəldikdən bir neçə gün sonra “Doğruluq külliyyatı”nın müəllifi əl-Buxarinin məzarına baş çəkir. Məzara yaxınlaşdıqca Ömərə ilham gəlir. O, on iki gün gecə və gündüz səhrada gəzib-dolaşır, dilinə rübaidən başqa heç nə gəlmir. Məhz dördlüyün bu növü fars ədəbiyyatında fəlsəfi poeziyanın geniş yayılmış janrı kimi şöhrət qazanır.

1074-cü ildə İsfahandakı rəsədxanaya rəhbərlik edən Ömər Xəyyam eyni zamanda istedadlı riyaziyyatçı kimi də tanınır. “Riyazi problemlərin nümayişinə dair” traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr verir. İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olur, İbn Sinanın fəlsəfi elmini diqqətlə öyrənir və bir neçə əsərini fars dilinə tərcümə edir. 1080-ci ildə “Varlıq və zərurilik haqqında traktat” adlı fəlsəfi əsərini ərsəyə gətirir. Yazılarında yığcamlığı üstün tutan Xəyyam az sözlə tutarlı fikirlər söyləyir, əsərlərini lakonik, bəzən bir neçə səhifəyə sıxışdıraraq yazır.

Ömər Xəyyam Məlikşah Səlçuqinin vəziri dərəcəsinə yüksələn, məşhur “Siyasətnamə” əsərinin müəllifi Nizamülmülklə, sonralar İsmaililər firqəsinin başçısı olub Səlçuq hökmdarlarını qorxu altında saxlayan Həsən Sabbahla məktəb yoldaşı olub. Fəqət Xəyyam heç bir şöhrət və mənsəb sahibi olmağa çalışmayıb, bütün ömrünü elmə, fəlsəfəyə və poeziyaya sərf edib. O, Yaxın Şərqin bir çox şəhərlərini gəzib və dövrünün adlı-sanlı alimləri ilə tanış olaraq, yeri gəldikcə onlarla elmi, ədəbi mübahisələr edib. Xəyyam orta əsr feodalizmi şəraitində çox dəb olan saray şairləri cərgəsinə daxil olmaq istəməyib. Əksinə, o, azadlığı, mərdliyi hər şeydən üstün tutaraq yaşayıb, ancaq Məlik şahın rəsmi xahişi ilə özünün məşhur “Cəlali təqvimi”ni yaradıb. Bu təqvim bir çox cəhətdən hələ bu gün də öz elmi əhəmiyyətini itirməyib.

Konkret elmlər sahəsində bir neçə kəşflər edən Ömər Xəyyam necə olub ki, ancaq kiçik rübailəri ilə dünya şöhrəti qazanıb? Bu suala cavab verən Şərq və Qərb tədqiqatçıları çox haqlı olaraq qeyd ediblər ki, Xəyyamı klassik dünya şairləri zirvəsinə qaldıran rübailəri misilsiz dərəcədə sənətkaranə yazılan və dörd sətir içərisində cildlərlə kitaba yerləşən dərin, fəlsəfi fikirlər ifadə edib.

Ömər Xəyyamın bütün rübailəri dərin fəlsəfi fikirlərlə doludur. O, hər şeyin mahiyyətini bilməyə çalışan, həqiqəti axtaran, onu tapmadıqda məyus olan bir filosof-şair idi. Xəyyamın hər rübaisi insanı fikrə daldırır, onu ayıldır.

Ömər Xəyyam Bağdad xəlifələrinin fitva verdikləri tarixi şəraitdə yaşayıb-yaradırdı. Bu zaman hər adam azad fikir söyləmək qüdrətinə malik ola bilməzdi. Xəyyam hər kəs üçün ömrün mənalı və şadlıqla keçməsini təbliğ edirdi. O, səadəti insanın zəhmət və iradəsində görürdü, fəlakətlərin insandan gücsüz olduğunu öyrədirdi. Ömər Xəyyam öz dövrünün bütün qanunsuzluq və ədalətsizliklərinə qarşı bir ittihamçı kimi səsini yüksəldərək deyirdi:

Əlimdə olsaydı əgər iqtidar
Bu köhnə fələyi kökündən yıxar,

Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.

Şübhəsiz ki, belə fikirlər Xəyyamın fəlsəfi görüşlərindən doğurdu. O, insan şüurundan asılı olmayaraq mövcud olan obyektiv varlığı qəbul edir, real varlığın sirlərini açan insan idrakını yüksək qiymətləndirirdi. Bir çox rübailərində Xəyyam özü verdiyi suallar qarşısında aciz qaldığını bildirir, bu “əvvəli və sonu olmayan, dairəvi dövr edən dünyada heç kəsin bizim haradan gəlib haraya getdiyimizi” bilmədiyini irəli sürərək, bir aqnostik kimi varlığın əsl mahiyyətini bilməyən, hətta mümkün olmayan qənaətinə gəlirdi. Şair bu dünyada vaxtı nəşə ilə keçirməməyi məqsədəmüvafiq bilirdi. Xəyyamın əsərlərində tez-tez təsadüf edilən nəşə, şərab, meyxana, cəng, saqi, çəmən, saz, nəğmə və s. kimi sözlər onun məhz bu fikri ilə bağlıdır. Təəssüf ki, bəzi tədqiqatçılar Xəyyamın çox şərab içməkdən və gözəllərlə vaxt keçirməkdən bəhs etməsinə əsaslanaraq, haqsızcasına onu əyyaş və sərsəri adlandırıblar. Bu fikir kökündən səhvdir! Xəyyam özü bir rübayisində şərab içməkdə nə məqsədi olduğunu belə izah edib: 

Mey iç sən, möhkəm ol, ağıldan qaçma,
Cahillik eləyib söyləmə saçma.
İstəyirsən sənə mey halal olsun,
Kimsəni incitmə, vurma, əl açma.

Buradan aydın olur ki, Xəyyam bütün həyati zövqləri unudaraq, şərab içib özündən gedən sərxoş və pozğun bir əyyaş deyil, həkimanə və gözüaçıq bir surətdə ayıq yaşamağı, başqalarına əziyyət verməməyi, xeyirxah olmağı təbliğ edib. Ona görə də xalq arasında “Xəyyamanə mey içməyi hər adam bacarmaz” deyə bir məsəl də vardır. Ömər Xəyyam  əvvəlcədən hiss edirdi ki, onu bir çoxları düzgün anlamayacaq, buna görə də bir rübaisində hər tayfanın onu öz qabiliyyəti daxilində dərk edib qiymətləndirəcəyini xəbər verirdi.

Xəyyamın rübailəri ilk dəfə XIX əsrdə Fitscerald tərəfindən ingilis dilinə tərcümə edildikdən sonra böyük sürətlə Avropada şöhrət qazanıb və bir-birinin ardınca müxtəlif dillərə gah nəsrlə, gah nəzmlə tərcümə edilib. Xəyyamı dünyanın məşhur filosofları olan Göte, Heyne, Volterlə müqayisə ediblər. Təsadüfi deyil ki, Xəyyam Şərq mənbələrində “həkim” adlandırılıb. Bu ləqəbi almaq tarixdə hər şairə nəsib olmayıb. Ömər Xəyyam öz dövründə cahil adamların onu əhatə etdiyindən şikayətlənərək, hələ bir çox mənaları deməyib qəlbində basdırdığını acı-acı qeyd edib.

Fəqət Xəyyamın demiş olduğu fikirləri də onu böyük bir şair kimi qiymətləndirməyə haqq verir. Onun rübailər kitabçası gözəl bir bayram hədiyyəsi kimi əldən-ələ gəzir, məclislərdə təmtəraqla oxunur. Onun həyatı sevməyi, azad sevgini və mənalı yaşamağı təbliğ edən rübailəri ölməz bir qüvvəyə malikdir. Xəyyamın rübailərini Nizami, Xaqani, Füzuli və bir çox Azərbaycan klassikləri sevə-sevə oxuyub, xalqın dilində əzbər  olub.

Ömər Xəyyam müsəlman Şərqinin dünyada ən çox tanınan, oxunan, nəsr və tərcümə edilən klassikləri arasındadır. Onun ümumbəşəri mövzulardakı rübailəri xalqları yaxınlaşdıran, ortaq insani dəyərləri tərənnüm edən mühüm bir mənəviyyat körpüsü olaraq Xəyyamı dünya şairi məqamına yüksəldib. Xəyyam Azərbaycanda həmişə sevilib, rübailəri şairlərimiz tərəfindən dilimizə tərcümə edilib, yaradıcılığı haqqında tədqiqat əsərləri yazılıb. Mütəfəkkir haqqında ilk səhnə əsəri 1935-ci ildə böyük Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən yaradılıb.

Ömər Xəyyamın əsərləri əsasən fəlsəfə,  cəbr, həndəsə, astronomiya elmlərini əhatə edir. Alimin musiqi və minerologiya sahəsində də kitabları var. Onun cəbr və həndəsə sahəsindəki nailiyyətləri müasir alimlər tərəfindən də yüksək dəyərləndirilir. Həndəsənin cəbr ilə əlaqələri haqqında məsələnin ilk dəfə ortaya qoyuluşu məhz Xəyyamın xidmətidir. O, cəbr tənliklərinin həndəsi həlli nəzəriyyəsini əsaslandırıb. Onun “Hesab çətinlikləri” adlı bir riyazi əsəri tam ədədlərdən istənilən dərəcəli kök alınması metoduna həsr olunub. Bu dahi şəxsiyyət musiqinin riyazi nəzəriyyəsini də işləyib hazırlamışdı. O, paralel xətlər nəzəriyyəsinə dair bir sıra maraqlı mülahizələr söyləyib. Bu fikirlər həndəsənin sonrakı inkişafına müsbət təsir göstərib.

Ömər Xəyyam öz yaradıcılığı, zəngin mənalı rübailəri, riyazi, astronomik fəaliyyəti ilə dünya elminin ən dəyərli zəka sahiblərindən biri idi. O, zülmkarın düşməni, məzlumun dostu olub.

Ömər Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən ruhanilərin təqiblərindən həmişə qorxu içində yaşayıb. Ömər Xəyyam 1123-cü il dekabr ayının 4-də vətəni Nişapurda vəfat edib. Yazılanlara görə o, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş. Bütün günü heç nə yeməyib, axşam namazında səcdə edərək: “Allahım, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Mənim idrakım Sənin qarşında xidmətimdir”– deyib, bununla da canını tapşırıb.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU,
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ