Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il avqustun 25-də saat 10:00-da Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti