şənbə günü, 14 noyabr 2026
     

Hamiləliyi pozan dərmanların sağlamlığa gətirdiyi fəlakətlərdən xəbərsizlik hökm sürür...

Image


 

Sevinc Əmirova:”Hamiləliyi sonlandıran dərmanlar qadınlarda müxtəlif xəstəliklər yaradır”

 

“Hamiləliyi pozmaq üçün istifadə edilən dərmanlar əslində başqa xəstəliklər üçün nəzərdə tutulur, sadəcə, onların tərkibindəki maddələr hamiləyi də pozur”

 

Arzuolunmaz hamiləlik qadına çox böyük stress, əsəb gərginliyi yaşadır. İllər əvvəl qadınlar bu hala qarşı mübarizədə aciz olsalar da, sonrakı dövrlərdə hamiləliyi pozmaq üçün vasitələr meydana çıxdı. Qadın sağlamlığına böyük zərbə vuran bu amillərdən biri də hamiləliyi pozmaq üçün istifadə edilən müxtəlif adda, çeşiddə olan dərmanlardır.

Ümumiyyətlə, bəzi qadınlarımız nədənsə öz sağlamlıqları haqqında elə də dərindən düşünmək istəmir, hamilə olduqları vaxt həkimə müraciət etmək əvəzinə apteklərə üz tuturlar. Apteklərdən alınan dərmanlar isə əksər hallarda qadınlara müxtəlif faciələr yaşadır.

Araşdırmalar göstərir ki, son illər qadınlar arasında hamiləliyi dərmanla pozmaq bir növ ənənəyə çevirilib. Burada “həkim” rolunu əsasən qonşular, yaxın qohumlar oynayır. Yəni hamiləliyi pozdurmaq üçün həkimə böyük məbləğdə pul vermək əvəzinə daha ucuz başa gələn hamiləliyi sonlandıran dərmanlar almağı qadınlara məsləhət görür.

Ekspertlər qeyd edir ki, hamiləliyi pozan dərmanlar bəzi qadınlarda fəsadlar yaratmasa da, böyük əksəriyyət qadınların daxili orqanlarına, eləcə də əsəb dayaq sisteminə ciddi zərər vurur. Bu da faktdır ki, qadınlar hamiləlikdən dərmanla can qurtarmağın asan yolunu tapdıqlarını düşündükləri halda, bu onların həyatını ciddi təhlükəyə atır. Biz dəfələrlə qadınların hamiləliyi pozan dərman qəbul etdikdən sonra üzləşdikləri faciələrin şahidi olmuşuq. Hətta bu dərmanları qəbul etdikdən sonra həyatını itirən qadınlar da az deyil. Xüsusən də bölgələrdə yaşayan qadınlar hamiləliyi pozan dərmanlardan geniş istifadə edirlər. Ekspertlər hesab edir ki, hazırda bizim cəmiyyətdə bu sahədə maarifləndirməyə ciddi ehtiyac var. Bölgələrdəki ginekoloqlar, qadın məsələhətxanalarında çalışan həkimlər, mütəxəssislər vaxtaşırı olaraq qadınları bununla bağlı təlimatlandırmalıdır ki, bu kimi neqativ halların qarşısı alınsın.

Onu da yadınıza salaq ki, bir müddət əvvəl Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Günay İbrahimova evində hamiləlikdən qurtulmaq  üçün dərman qəbul edib, bu da 20 yaşılı gənc qadının ölümü ilə nəticələnib. O, bətnindəki körpəsini məhv etmək üçün dərmana əl atıb, nəticədə isə özü də həyatını itirib. Bu cür faktlar kifayət qədərdir. Qəbul etdiyi dərman 20 yaşlı qadına və bətinindəki körpəyə pis təsir edib. Bu problemlə əlaqədar xəstəxanaya üz tutduqlarında isə artıq gec olub və nəticədə qadın bətnindəki körpə ilə birlikdə vəfat edib.

Əvvəlcə qeyd edək ki, hamiləiyi sonlandırmaq üçün xarici ölkərlərdə müxtəlif iynə-dərmanlar olsa da, bu hələ Azərbaycanda mövcud deyil. Azərbaycanda qadınlar arasında kortəbii şəkildə istifadə edilən dərman isə mədədə olan spazmı aradan qaldıran dərmandır. Bu da öz növbəsində müxtəlif fəsadlarla nəticələnir.

Ev şəraitində, həkim məsləhəti və nəzarəti olmadan hamiləliyi dərmanla sonlandırmaq nə dərəcədə düzgündür? Qadınlara bu dərmanları kim məsləhət görür?

Mətbuata açıqlamasında ginekoloq Rəna Həsənəliyeva bildirib ki, hamiləlikdən qurtulmağın ən təhlükəsiz yolu həkim müdaxiləsi ilə gigiyenik şəraitdə abort edilməkdir. O qeyd edib ki, ancaq bəzən qadınlar abortdan qorxduqları üçün hamiləliklərini ev şəraitində müxtəlif dərmanlarla sonlandırmağa çalışırlar.

R.Həsənəliyevanın sözlərinə görə, Azərbaycanda qadınlar əsasən "Cytotec" dərmanından istifadə edir. Dərmanın instruksiyasına görə, mədədə yara yaranmasının, mədənin turşu ifrazının qarşısını alır və bikarbonatı artırır. Cytotec-in əks göstəriciləri isə birbaşa hamiləliklə bağlıdır. Hətta dərmanın instruksiyasında xüsusilə “hamiləsinizsə və hamilə qalmağı düşünüsünüzsə bu dərmandan istifadə etməyin”-deyə qeyd edilib.

“Azərbaycanlı qadınlar isə bu dərmandan hamiləliyin qarşısının alınması üçün istifadə edirlər. Və bu da çox zaman qanaxma ilə nəticələnir. Hamiləliyin hər hansı bir formada sonlandırılması həkim nəzarətində, həkim tərəfindən həyata keçirilməlidir. Qadınlar çox zaman həkimə müraciət etmədən apteklərə üz tutur və aptek satıcılarının məsləhəti ilə belə dərmanlardan istifadə edirlər. Ultrasəs müayinəsi olmadan, hamiləliyin uşaqlıq daxilinə düşməsinə əmin olmadan belə dərmanlardan istifadə etmək qəti qadağandır. Hamiləlik uşaqlığın daxilində görünməmiş belə dərmanlardan istifadə etmək boru hamiləliyinə səbəb ola bilər. Bu zaman da daxili qanaxmadan, boru qanaxmasından qadın ölə bilər. Çox təhlükəli bir vəziyyət yaranır. Boru hamiləliyi zamanı boru partlayır və ölümə səbəb olur”-deyən həkim həmçinin bildirib ki, astma xəstəliyindən əziyyət çəkən qadınlar bu dərmanlardan qətiyyən istifadə etməməlidir:”Təbii ki, mənə də belə dərmanlardan istifadə edib, fəsadları ilə qarşılaşan qadınlar müraciət edir. Hər bir qadın bilməlidir ki, dərmandan istifadə zamanı içəridə qalıq qala bilər. İçəridə qalığın qalması sepsis, uşaqlıq yolunun infeksiaysına səbəb ola bilər. Qadın belə dərmanların qəbulundan sonra yenidən hamilə qalma problemi yaşaya bilər. Ağır fəsadlar, septik vəziyyət yarana bilər. Belə dərmanların qəbul edilməsini məsləhət görmürəm".

Lənkəranda 20 yaşlı qadının hamiləliyini sonlandırmaq istəyən zaman qəbul etdiyi dərman səbəbindən dünyasını dəyişməsi abort təhlükəsini bir daha gündəmə gətirdi. Müxtəlif vasitələrlə ev şəraitində hamiləliyin sonlandırılmasının təhlükəsilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin hələ də, xüsusilə bölgələrdə, planlaşdırılmamış hamiləlik zamanı həkim məsləhəti olmadan ev şəraitində dərman müdaxiləsilə bu cəhdlər olur. Qadınların bir çoxu dölün ev şəraitində xaric edilməsini həkimdən xahiş edir və bunu abortdan qorxma və bu prosesin çox xərc tələb etməsilə izah edirlər”.

9 saylı Qadın Məsələhətxanasının şöbə müdiri Sevinc Əmirova da “Bakı-Xəbər”ə açıqlamasında qadınlara hamiləliyi sonlandıran dərmanlar qəbul etməməyi tövsiyə edir. S.Əmirovanın sözlərinə görə, qadınlar arzuedilməz hamiləliyini abort yolu ilə sonlandıra bilər. O hesab edir ki, ümumiyyətlə abort özü də qadınların səhhətinə ciddi zərər vurur, ancaq bununla belə, dərmandan istifadə etməkdənsə abort etmək daha uyğundur:”Çox təəssüf ki, bu gün cəmiyyətimizdə qadınların hamiləlik pozan dərmanlardan istifadə etməsi halları geniş yayılıb. Biz bir mütəxəssis kimi birmənalı olaraq hamiləliyi sonlandıran dərmanların əleyhinəyik. Öz xəstələrimizə də hər zaman məsləhət görürük ki, bu dərmanlardan uzaq dursunlar. Düzdür, abort da arzuedilən hal deyil, amma dərmandansa abort daha uyğundur. Onu da deyim ki, hamiləliyi pozmaq üçün istifadə edilən dərmanlar əslində başqa xəstəliklər üçün nəzərdə tutulur, sadəcə, onların tərkibindəki maddələr hamiləyi də pozur. Bu üzdən qadınlar o dərmanlara üstünlük verir. Bu dərmanlardan istifadə etməkdənsə həkim müayinəsindən keçib spiral qoydura bilərlər. Bu daha təhlükəsizdir. Hamiləliyi sonlandıran dərmanlar qadınlarda müxtəlif xəstəliklər yaradır. Bu, xüsusən də palet xəstəliyinin meydana çıxmasına səbəb olur. Çünki dərmanın istifadəsindən sonra qadının hamiləliyi pozulsa da, içərisində qırıqlar qalır, bu da bir sıra qadın xəstəliklərinin meydana çıxmasına səbəb olur. Bu dərmanlar həm də qadınların əsəb-dayaq sisteminə ciddi zərbə vurur. Biz də, digər həkimlər də bu dərmanların əleyhinə işlər aparmalı, xəstələri təlimatlandırmalıyıq ki, qadınlarımız o dərmanlardan istifadə etməsin”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ