Şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünü müdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsinin və ərazi polis orqanlarının əməkdaşları ilə növbəti təlim məşq toplantısı keçirilib.
DİN İdman Cəmiyyətində keçirilən bu toplantıda İdmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev silahsız özünü müdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsiplərini açıqlayıb, hər bir polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Daha sonra həmin fənlərin daha yaxşı mənimsənilməsi məqsədi ilə əməkdaşlarlar öz bacarıqlarını nümayiş etdiriblər.
Zeyni Hüseynov, DİN Mətbuat Xidmətinin əməkdaşı