İzmir Katib Çələbi Dövlət Universitetinin Ağız-Diş Sağlığı və Çənə-üz Cərrahiyəsi kafedrasının rezidenti Eynar Bərdəli İtaliyanın Roma şəhərində keçirilən 23-cü Diş Həkimliyi Beynəlxalq konfransının açılışında və bölmə iclasında moderatorluq etmişdir.
Dünyanın Amerika, Avropa, Uzaq və Yaxın Şərqin onlarca ölkəsindən gəlmiş stomotoloq alimlərin və cərrahların iştirak etdiyi beynəlxalq konfrans gənc araşdırmaçı alimin də yaddaşında xoş xatirələrlə qalmışdır. O, müxbirimizlə söhbətində bildirmişdir ki, beynəlxalq konfranslarda iştirak, araşdırmalarını dünya elminə təqdim etmək hər bir alimin və elm adamının müqqəddəs arzusudur. Mənim elmi işimin və 20 dəqiqəlik məruzəmin yüksək səviyyədə qəbulu və konfrans təşkilatçıları tərəfindən dəyərincə qiymətləndirilməsi özüm üçün də bir sürpriz odu. Elmi mühazirəmə yüksək dəyər verən təşkilatçılar mənə həm də beynəlxalq statuslu tədbirin açılışında moreratorluğu, olduqca ciddi bir bölümün təqdimat və aparıcılığını təklif edirdi. Şübhəsiz ki, bu şərəfli bir iş olduğu qədər də çox həyacanlı və məsuliyyətli bir təklif idi. Düzü, bu təklif məndə elmi fəaliyyətimə inamımı daha da artırsa da, hələ praktiki vərdişlərimin və təçürbəmin azlığı böyük bir həyacan yaradırdı. Eyni zamanda kifayət qədər elmi potensialı və təcürbəsi olan insanlar önündə nəinki cıxış etmək, hətta onlara beynəlxalq tədbirdə rəhbərlik etmək gənc bir tədqiqatçıya hansı hissləri yaşatdığını söyləmək belə çətindir. Elmi rəhbərim və həmkarlarımla məsləhətləşmələrdən sonra təklifi qəbul etdim. Sevinirəm ki, hər şey uğurlu alındı, hətta gözlədiyimdən də uğurlu alındı. Stomotologiya sahəsində elmi yenilikləri ilə tanınan amerikalı Ben Vernar, Jozef Grenberq, fransız Pierr Veiss ve isveçli Guocai Chai kimi məşhur professorların oturumuna moderatorluq etdim. Onların ünvanıma söylədiyi dəyərli fikirlər və təbriklər təkcə mənim yox, təmsil etdiyim universitetin elmi fəaliyyətinə verilən dəyər kimi də qiymətlidir. Düzü bu məni daha çox sevindirir.
Qeyd edək ki, İzmir Katib Çələbi Dövlət Universitetinin Ağız-Diş Sağlığı və Çənə-üz Cərrahiyəsi kafedrasının rezidenti olan Eynar Bərdəli uzun illərdir Türkiyədə çalışan və dünya genetka elminə “Bərdəli geni”ni tanıdan azərbaycanlı professor Afiq Bərdəlinin oğludur. Türkiyənin məşhur təhsil müəsisələrindən olan Egey Universitetinin məzunudur. Hələ tələbəlik illərində apardığı kök hüceyrə və inflamazom xəstəliklərin tədqiqatları ilə fərqlənmiş, bir sıra elmi tədbirlərdə çıxışları ilə maraq döğurmuşdur. Bir müddət Amerikanın məşhur Harvard Universitetində praktiki təcürbədə olmuşdur.
Təbii ki, gənc alimin tibb elminə verəcəyi töhfələr, özünün də dediyi kimi təkcə çalışdığı universiteti yox, həm də bizi də sevindirir, ona yeni yaradıçılıq uğurları arzulayırıq.