Bazar günü günü, 15 noyabr 2026
     

Qeyri-məqbul adlara meyllənən valideynlər hələ də var – ad maarifçiliyi sahəsində iş gücləndirilməlidir

Image


Qiymət Məhərrəmli: “Bizim cəmiyyətdə ad maarifçiliyinin aparılmasına böyük ehtiyac var”
Şəlalə Murtuzlu: “Hesab edirəm ki, qeyri-hökumət təşkilatları, etnoqraflar, alimlər, yazıçılar, KİV nümayəndələri ad maarifçiliyinin həyata keçirilməsinə dəstək olmalıdırlar”

 

Ad insanın bəzəyi olmasa da, insan adın bəzəyi olmalıdır. Ancaq elə adlar var ki, insan nə qədər çalışsa da, o ada bəzək ola bilmir. Söhbət mənşəyi məlum olmayan, heç bir məna ifadə etməyən, bəzi valideynlərin “ad yaradıcılığı”nın məhsulu olan adlardan gedir. Bizim cəmiyyət uzun illərdir yeni doğulan körpələrə qoyulan adlarla bağlı müəyyən problemlər yaşayır.

Gizlin deyil ki, kifayət qədər məzmunlu, ifadəli şəxs adları mövcud olsa da, bəzi hallarda valideynin övlada qeyri-ciddi, qeyri-məntiqi adlar qoymasının şahidi oluruq. Elə valideynlər tapılır ki, uşağına doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat idarəsinə gedir və orada əcaib-qəraib adlar təklif edir. Sözsüz ki, o adlar rəsmiləşdirilmir. Bu adlar rəsmiləşdirilməsə də, növbəti dəfə başqa bir valideyn eyni adları uşaqlarına qoymaq istəyir. Bu da onu göstərir ki, ölkəmizdə hələ də ad maarifçiliyi geniş vüsət almayıb. Sözün həqiqi mənasında, bu gün cəmiyyətdə ad maarifçiliyi ilə bağlı işlər görülməlidir ki, bəlkə bəzi valideynlər birdəfəlik əcayib-qəraib adların yaxasını buraxsınlar.

Ad maarifçiliyinin zəif olması məsələsini gündəmə gətirməyimiz təsadüfi deyil. Bunun səbəbi var.   

Bu günlərdə yayılan məlumata görə, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, bu sahədə xeyli maarifləndirici iş görülməsinə baxmayaraq, bəzi valideynlər yenə də uşaqlarına bu cür adlar vermək istəyirlər. Onun bildirdiyinə görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilsə də, komissiya bu adların tarixi köklərini araşdırdıqdan sonra onların verilməsinə icazə verib: “Bizə iki qıza Şeyla, Asenat, 1 oğlan uşağına isə Jiyan adının qoyulması üçün müraciət edildi. Bu adların tarixi kökünü axtardıq və məlum oldu ki, həmin adlar türk mənşəlidir və yazılı tarixi abidələrdə var. Buna görə də bu adların qoyulmasına icazə verildi”.

S.Sadıqova bildirib ki, son dövrlərdə uşaqlara müəyyən adların qoyulması üçün imtina cavabının verildiyi hallar da çox olub. Onun sözlərinə görə, son dövrlərdə Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adların qoyulmasına icazə verilməyib: "Bu adları qoymaq istəyənlər onların qədim dini adlar olduğunu əsas gətirirdilər. Bu adları Bakı və Bakıətrafı ərazilərdə yaşayanlar qız uşaqlarına qoymaq istəyiblər. Bundan başqa, komissiyaya müraciət edən Sevda adlı 18 yaşlı bir qız adını bəyənmədiyini bildirərək onu "Sevana" ilə əvəzləmək istədiyini açıqlayıb. Ona "Sevana" adının erməni adı olduğunu açıqlayandan sonra özü geri çəkildi. Bu yaxınlarda bir nəfər uşağına "Mio" adı qoymaq istəyirdi. Deyir ki, bu ad Amerika müğənnisinin adıdır. Ancaq bu ad bizdə necə səslənə bilər?! Ona görə də imtina cavabı verdik”.

Komissiyaya hər ay 50-60 müraciətin daxil olduğunu açıqlayan S.Sadıqova bildirib ki, uşaqlarına gülüş doğuran, heç bir məna kəsb etməyən ad qoymaq istəyənlər bəzən bunun üçün sona qədər mübarizə aparacaqlarını da deyirlər: “Amma onlar da məhkəmə və komissiya tərəfindən "yox" cavabını aldıqdan sonra geri çəkilirlər. Məsələn, uşağına "Keykül" adını qoymaq istəyən qadına başa salınsa da, 3 dəfə buna görə bizə müraciət edib və bu adı qoymaqda israrlı olduğunu söyləyib”.

Komissiyanın sədr müavini onu da qeyd edib ki, təhsilli, ziyalı insanlar uşaqlarına ad qoymamışdan əvvəl çox düşünür, onun mənasına, yazılışının qısalığına baxırlar: “Ancaq müəyyən insanlar var ki, bunu düşünmürlər. Necə ad gəldi, qoymaq istəyirlər. Bizə deyirlər ki, mən bu adı yuxumda gördüm, yaxud qonşum mənə bu adı məsləhət bildi. Ancaq maarifləndirmə işlərinin nəticəsi də özünü göstərir. Artıq insanlar uşaqlarına “Ansambl” kimi adlar qoymurlar".

S.Sadıqova qeyd edib ki, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir .

S.Sadıqova bildirib ki, bəzi şəxslər uşaqlarına yaxşı səslənməyən nənə-baba adlarının da qoyulması üçün müraciət edirlər: "Fırtına, Fəryad kimi nənə-baba adlarının qoyulmasının qarşısını almırıq. Amma biz belə adların qoyulması üçün müraciət edənlərə başa saldıqdan sonra onlar özləri bu adların qoyulmasından imtina edirlər”.

Cəmiyyətimizdə ad mədəniyyəti formalaşsa da, hələ də bu mədəniyyətin tələblərinə cavab verməyən adların meydanda olması yaxşı hal deyil. Bu gün Azərbaycanda, sözün həqiqi mənasında, ad maarifçiliyinin aparılmasına ciddi ehtiyac var. Çünki maarifçilik işinin həyata keçirilməsi valideynləri qondarma adlara aludəçilikdən qopara bilər.

Filologiya elmləri üzrə fəlsəfə doktoru, şairə-publisist Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, insanlar bəzən dəbə uyub uşaqlarına gülməli, mənşəyi bilinməyən, heç bir məna ifadə etməyən adlar qoyurlar. O qeyd etdi ki, bu gün cəmiyyətimizin ad maarifçiliyinə böyük ehtiyacı var. “İllərdir Nazirlər Kabineti yanında Terminologiya Komissiyası uşaqlara mənşəyi bilinməyən, gülüş doğuran adların verilməməsini təbliğ edir, belə adların qadağan olunduğunu deyir, lakin bəzi valideynlər bunu nəzərə almaq istəmirlər. Mənşəyi bilinməyən ad nə uşağa başucalığı gətirir, nə də onun valideyninə. Ümumiyyətlə, bizim cəmiyyətdə ad maarifçiliyinin aparılmasına böyük ehtiyac var. Bu maarifçilik işini alimlər, sosioloqlar, mədəniyyət xadimləri aparmalıdırlar. Hətta bura psixoloqun da müdaxiləsi tələb olunur. Bu qədər gözəl, mənalı adlar bir tərəfdə qalır, valideynlər qeydiyyat idarəsinə gedib uşaqlarının adlarını öz ürəkləri istəyən kimi yazdırmaq istəyirlər. Gülüş doğuran ad uşağın gələcəkdə mənəvi əzabla üzləşməsinə səbəb olur. Vaxtilə valideyn fərqinə varmadan uşağına mənşəyi bilinməyən ad qoyub, o uşaqlar böyüyəndən sonra o adlardan imtina ediblər. Ad xalqın simasıdır. Adlara öz ailəmizin gözü ilə yox, cəmiyyətin gözü ilə baxmaq lazımdır. Bu gün bəzi valideynlər mənşəyi bilinməyən adlarla qeydiyyat idarələrinə müraciət edirlər. Təbii, o adlar nəzərə alınmır. Bu gün gənc ailələr, valideynlər ad məsələsində düzgün seçim etsinlər ki, nə özləri problemlə üzləşsinlər, nə də övladlarını gələcəkdə suallar qarşısında qoysunlar. Bu mənada ki, bu qədər gözəl ad dura-dura niyə valideynim mənə “Keykül” adını qoyub?”- deyə Q.Məhərrəmli bildirdi.

Alimin sözlərinə görə, ölkədə ad maarifçiliyi işinə yazıçılar, şairlər, film müəllifləri də töhfə verməlidirlər. O bildirdi ki, vaxtilə yazıçılar, şairlər, dramaturqlar, kinodramaturqlar çox gözəl adlar yaradıb o adları öz qəhrəmanlarının timsalında cəmiyyətə təqdim edirdilər. Bu gün isə yazıçı və şairlər də, kinodramaturqlar da ad yaradıcılığına əhəmiyyət vermir, hətta bəzi yazarların əsərlərində də qondarma adlara rast gəlinir: “Ad yaradıcılığına hər bir fikir adamı, yazıçı, şair, dramaturq töhfə verməlidir. Bu gün seriallarda, filmlərdə, kitablarda elə qondarma adlara rast gəlinir ki, adam təəccüblənir. Əslində isə onlar ad maarifçiliyinin, ad yaradıcılığının içində olmalıdırlar. Bu gün  valideynlər baxdıqları yerli və xarici seriallardan təsirlənərək də uşaqlarına ad vermək istəyirlər. Heç o adların mənasına belə varmadan uşaqlarına o adları qoyurlar. Buna da yol vermək olmaz. Adlar kifayət qədər milli olmalıdır ki, bizim ad mədəniyyətimizi tam olaraq ifadə edə bilsin”.

Etnoqraf Şəlalə Murtuzlu da hesab edir ki, Azərbaycan cəmiyyətində ad maarifçiliyinin aparılmasına ehtiyac var. Onun sözlərinə görə, ümumiyyətlə, indiyə qədər qeydiyyat idarəsinə, oradan da Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına təqdim edilən mənşəyi bilinməyən, gülüş doğuran adların siyahısı tam olaraq qeydiyyat idarələrində olsun. “Hansı adların qoyulmasını ki, müvafiq qurumlar qadağan edir, o adların siyahısı çıxarılaraq bütün qeydiyyat idarələrinə təqdim edilsin. Valideynlərə qadağan olunmuş adlarla bağlı məlumatlar verilsin. Bu halda onları övladlarına bu cür xoşagəlməz adlar qoymaqdan çəkindirmək olar. Həqiqətən də bəzi valideynlər uşaqlarına qondarma adlar vermək istəyir. O adlar ki, nə mənası, nə də bir gözəlliyi var. Hətta elələri tapılır ki, təqdim etdiyi ad rəsmləşməyəndə məhkəməyə müraciət edir. Ancaq cəmiyyətdə adlarla bağlı geniş maarifləndirmə işləri həyata keçirilərsə bu halın qarşısı müəyyən qədər alınar. Ad məişət hadisəsi, etnoqrafik hadisə olduğu qədər də cəmiyyətə, xalqa, dövlətə aidiyyatı olan bir məsələdir.  Bunu hər bir valideyn nəzərə almalıdır. Uşaqlarınıza travma qazandırmayın əziz valideynlər, uşaqlarınıza onların gələcəyinə işıq saçan adlar qoyun.  Hesab edirəm ki, qeyri-hökumət təşkilatları, etnoqraflar, alimlər, yazıçılar, KİV nümayəndələri ad maarifçiliyinin həyata keçirilməsinə dəstək olmalıdır. Cəmiyyətdə ad maarifçiliyi işinə başlamaq lazımdır, çünki mətbuatda yer alan faktlar bizdən bunu tələb edir”-deyə Ş.Murtuzlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ