Bazar günü günü, 15 noyabr 2026
     

Dilimizdə 2650 yeni söz – prosesin müsbət və mənfi tərəfləri...

Image


Buludxan Xəlilov: “Təəssüflər olsun ki, bəzən dilin lüğət tərkibinə daxil olan yeni sözlərə münasibətdə az qala bir qayda, inzibati sistem yaratmaq istəyirik”
“Həm elmi ictimaiyyət, həm sadə vətəndaşlar dilimizə gələn yeni sözlərə qısqanclıqla yanaşmasınlar, onu təbii proses kimi qəbul etsinlər”   

 

Azərbaycan dili tarix boyu inkişaf edib və dilimizin lüğət tərkibi zənginləşib. Sözsüz ki, dilimizin lüğət tərkibinin zənginləşməsində alınma sözlər də az rol oynamayıb. Son illər dünyada gedən proseslər, texnologiya, elm, siyasət sahələri ilə bağlı yaranan yeni sözlər, terminlər Azərbaycan dilinə də daxil olmaqdadır.  

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın mətbuata verdiyi məlumata görə, Azərbaycan dilinə yeni daxil olan daha 2650 söz müəyyən edilib. “İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur” - deyə bildirən S.Sadıqovanın sözlərinə görə, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib.

Professor Sadıqova yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də qeyd edib.

Alimin sözlərinə görə, dilçi-alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5150 yeni sözün daxil olduğu müəyyənləşdirilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib.

Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova bildirib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, logistika, iqtisadiyyat sahəsi üzrədir: “Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var”.

Azərbaycan dilinin lüğət tərkibinə daxil edilən yeni sözlərin müsbət və təhlükəli tərəfləri nədən ibarətdir? Yeni sözlər dilimizə nə kimi təsirlər göstərəcək?

Onu da vurğulayaq ki, istər ictimaiyyət nümayəndələri, istərsə də bəzi dilçi-alimlər və ziyalılar dilimizə daxil olan yeni sözləri bir qədər əndişə ilə qarşılayırlar. Bəzi dilçilər hesab edirlər ki, yeni sözlər ana dilimizdə olan alternativ sözlərin “passiv dil fondu”na keçməsi, milli sözlərin işləkliyinin azalması ilə nəticələnə bilər. Onların fikrincə, indiki şəraitdə mümkün qədər milli sözlərimizi “ölmək”, “itib-batmaq” təhlükəsindən qorumaq lazımdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov mövzunu “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, ziyalıların, dilçilərin və ictimaiyyətin narahatlığına əsas yoxdur. O hesab edir ki, yeni sözlər dilimizə zərər vurmayacaq, əksinə, dilimizin rəqabətə dözümlülüyünün artmasına səbəb olacaq. “Ümumiyyətlə, həm elmi ictimaiyyət, həm də geniş mənada ictimaiyyət tərəfindən dilin lüğət tərkibinə yeni sözlərin daxil olmasına birmənalı münasibət yoxdur. Elmi ictimaiyyətin özü dilin lüğət tərkibinə yeni-yeni sözlərin daxil olmasını az qala qısqanclıqla qəbul edir və bu təsirə düşən geniş ictimaiyyət də belə hesab edir ki, bu sözlər dilin lüğət tərkibinə daxil olursa, demək, dildə hansısa xoşagəlməz proses gedir. Ancaq məsələyə bu cür yanaşma düzgün deyil. Azərbaycan cəmiyyəti dünyaya inteqrasiya olunan cəmiyyətdir və bu inteqrasiya həyatın müxtəlif sahələrində gedir. Biz bunu elmdə, iqtisadiyyatda, siyasətdə, mətbuatda, mədəniyyətdə və s. müşahidə edirik. İnteqrasiya prosesi, açıq cəmiyyətin apardığı siyasət və açıq cəmiyyətdə gedən proseslər dilə də təsir göstərir, bu proses dildə də gedir. Dil ictimai hadisədir, dil düşüncə ilə, münasibətlər sistemilə bağlıdır. Təbii ki, bu münasibətlər sistemi, cəmiyyətdə və həyatın müxtəlif sahələrində gedən inteqrasiya prosesi dilə müxtəlif sözlərin gəlməsinə imkan yaradır. Ona görə də belə hesab etmək olmaz ki, dilə yeni sözlərin gəlməsi görəsən dildə nə kimi fəsadlar yaradacaq? Dilimizə yeni gələn sözlər vətəndaşlıq hüququ qazanacaqsa, işləyəcəklər, vətəndaşlıq hüququ qazanmayacaqsa, dilin lüğət tərkibində passiv fonda çevriləcək. Bu səbəbdən də dilə yeni gələn sözləri çox təbii qəbul etmək lazımdır. Bu, dilin özünün təbii rəqabət prosesinə qoşulması deməkdir. Bu rəqabət prosesində Azərbaycan dilinin özü bu prosesi tənzimləyəcək. Təəssüflər olsun ki, bəzən dilin lüğət tərkibinə daxil olan yeni sözlərə münasibətdə az qala bir qayda, inzibati sistem yaratmaq istəyirik. Bu düzgün deyil, dil təbii bir prosesdir” - deyə bildirən B.Xəlilov hesab edir ki, bu yanaşma qətiyyən doğru sayıla bilməz. B.Xəlilovun sözlərinə görə, dilin yeni sözə ehtiyacı varsa, o yeni sözləri alır. O hesab edir ki, bu gün 2650 yeni söz dilimizə gəlibsə, burada hər hansı bir təhlükədən danışmaq lazım deyil, əksinə, bunu normal qarşılamalıyıq: “Əgər bu sayda söz dilimizə gəlibsə, demək, bunu dilimizin özü tələb edib. Sabah, o biri gün o sözlərə tələbat necə olacaq, onu da dilin özü təbii şəkildə tənzimləyəcək. Ona görə də burada heç bir qorxulu məsələ yoxdur. Çox istərdik ki, dilimizə gələn yeni sözlər dilimizdə vətəndaşlıq hüququ qazansın və Azərbaycan dilinin lüğət tərkibini zənginləşdirsin. Arzu edərdim ki, həm elmi ictimaiyyət, həm sadə vətəndaşlar dilimizə gələn yeni sözlərə qısqanclıqla yanaşmasınlar, onu təbii proses kimi qəbul etsinlər. Nəzərə almalıyıq ki, biz XXI əsrdə yaşayırıq və görün dünyada nə qədər dəyişiklik baş verib. Son dövrlər dünya çapında texnoloji, siyasi-ideoloji, mədəni-mənəvi mühitdəki dəyişikliklərin hamısı Azərbaycan dilinin tələbatı ilə dilimizə yeni sözlərin gəlişinə səbəb olur. Bu o deməkdir ki, artıq Azərbaycan dilinin özü bu prosesə rəqabətlidir. Vay o gündən ki, bizim dilimizin lüğət tərkibinə yeni sözlər gəlməyəydi. Bu, dilimizin rəqabət prosesində zəifliyini göstərərdi. Rəqabət varsa, bu rəqabətin qarşılığı, ekvivalenti kimi dünyada gedən bu prosesə Azərbaycan dili də qoşulur. Ona görə də buna çox səbr və təmkinlə yanaşmaq, o sözləri zamanın ixtiyarına buraxmaq lazımdır”.

“Buludxan müəllim, bəzi alimlər, dilçilər deyirlər ki, bir vaxtlar ərəb, fars, rus və digər dillərdən gələn sözlər dilimizdə oturuşdu, vətəndaşlıq hüququ aldı, o sözlərin milli dilimizdə olan qarşılığının işləkliyi təhlükə altına düşdü. Yəni onlar hesab edirlər ki, yeni sözlər ana dilimizdə olan sözləri sıxışdıra bilər. Bu narahatlığa münasibətiniz necədir?” - deyə B.Xəlilovdan soruşduq.

O bildirdi ki, istər ərəb və fars, istər monqol, istər rus, istərsə də Avropa sözlərinin dilin lüğət tərkibində oturuşması təkcə inzibati məsələ deyil, onun elmi mahiyyətinə varmaq lazımdır: “O sözlərin dilimizin lüğət tərkibində oturuşması təbii tələbatla bağlı oldu, onlar elə-belə yaranmadı ki. Çünki bu elə bir məsələdir ki, sədd çəkməklə, qayda-qanun yaratmaqla onları nə dildə oturuşdurmaq, nə də dildən çıxarmaq mümkündür. Bu, dilin özünün yaratdığı şəraitdir və bu yeni gələn sözlər də dilin öz tələbatı ilə oturuşacaqsa, bunu çox təbii qəbul etmək lazımdır. Burada da ikitərəfli münasibət var. Elə dilçilər də, ictimaiyyət də belə başa düşürlər ki, sözün oturuşması hansısa dilçinin, cəmiyyətin, hansısa sistemin tələbatı ilə bağlıdır. Xeyr, bu, dilin öz tələbatından irəli gələn məsələdir. Bunun təbii və fəlsəfi mahiyyəti bundan ibarətdir”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ