Bazar günü günü, 15 noyabr 2026
     

“ASAN xidmət”in əcnəbi könüllüləri “Bakı-Xəbər”ə danışdılar... - FOTO

Image


Ana Rabrenoviç: “Mən əvvəlcədən də inanırdım və gəlib gördüm ki, Azərbaycan inkişaf etmiş ölkədir, Bakı müasir, modern bir şəhərdir”
Nina Tregenza: “ASAN xidmət”in bu təcrübəsi haqqında eşitmişdim və öz təşəbbüsümlə “Yaşıl ASAN”a qoşuldum”

 

Dünyada artıq bir Azərbaycan brendinə çevrilən “ASAN xidmət” təsisatı əhaliyə geniş formatda xidmət göstərməklə yanaşı, həm də müxtəlif beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində birbaşa iştirak edir.

Məlum olduğu kimi, Serbiya, Niderland, Pakistan, Böyük Britaniya, Çin və Hindistan kimi ölkələrdən ölkəmizə gələn bir qrup gənc könüllü 19 iyul - 3 avqust tarixlərində “ASAN xidmət” mərkəzlərində dövlət xidmətləri göstərilməsi üzrə könüllü fəaliyyətinə qoşularaq, ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak etməkdədirlər.

Qeyd edək ki, əcnəbi könüllülər 1, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərməyə başlayıblar. Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir.

“ASAN xidmət”in “Yaşıl ASAN” təşəbbüsünün rəhbəri, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin Könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi Səkinə Həsənovanın təşəbbüsü ilə 1 saylı “ASAN xidmət” Mərkəzində təcrübə keçən iki əcnəbi könüllü ilə söhbətləşə bildik. Sözüz ki, 1 saylı “ASAN xidmət” Mərkəzinin beynəlxalq şöbəsinin əməkdaşı Dilşad Səmədovanın bələdçiliyi ilə.

Əcnəbi könüllülərlə söhbəti təqdim etməmişdən əvvəl “Yaşıl ASAN”nın məqsədi haqqında qeyd etmək istəyirik. “Yaşıl ASAN” təşəbbüsü 1 may 2015-ci il tarixində irəli sürülüb və onun 3 məqsədi var: ekoloji maarifləndirmə, sağlam həyat tərzinin aşılanması, ətraf mühitin mühafizəsi.

1 saylı “ASAN xidmət” Mərkəzində, həmişə olduğu kimi, yenə də qaynar iş gedirdi. Burada hər bir əməkdaş da, könüllü də vətəndaşlara dəstək olur, onların sənədlərinin operativ şəkildə hazırlanmasına çalışırdılar. Könüllülər onlara ayrılmış masada əyləşib vətəndaşlara blankları doldurması üçün istiqamət verir, kömək göstərirdilər. Əcnəbi könüllülər də bacardıqları qədər onlara müraciət edən vətəndaşlarımıza dəstək göstərirdilər. Biz orada iki əcbəbi könüllü ilə görüşüb həmsöhbət olduq. Onlardan biri Serbiyadan gələn 21 yaşlı Ana Rabrenoviç, o biri isə Böyük Britaniyanı təmsil edən 17 yaşlı Nina Tregenza idi.

Bizə ayrılmış masada əyləşərək əvvəlcə serbiyalı A.Rabrenoviçlə söhbət etdik. Üzündən təbəssüm əskik olmayan sarışın Ana bizimlə söhbətində könüllü kimi Azərbaycana gəlib burada təcrübə keçməkdən məmnun olduğunu bildirdi. Serbiyada ali məktəb tələbəsi olan Ana menecmentlik ixtisası üzrə təhsil alır. Onu da deyək ki, Ana bizi Azərbaycan dilində salamladı.

- Mən Belqradda yaşayıram, tələbəyəm, yerli ali məktəblərdən birində menecmentlik ixtisası üzrə təhsil alıram. Bura AİSEC-in xətti ilə gəlmişəm. Təhsil aldığım universitetdə AİSEC nümayəndəliyinin dəstəyi ilə “Yaşıl ASAN” layihəsinə cəlb olunan 8 tələbədən biri kimi hazırda buradayam.

- Ana, “ASAN xidmət”də yenisiniz. Bir könüllü kimi buradakı iş üsulu sizin xoşunuza gəlirmi?

- Mən bura gələnə qədər də “ASAN xidmət” haqqında çox düşünmüşəm. Bu təsisat həqiqətən də mənim xoşuma gəlir. Burada bir günə görülən sənədləşmə işi Serbiyada ən azı bir həftəyə həyata keçirilir. İstər pasportların, istərsə də digər sənədlərin hazırlanması prosesi 1 həftə çəkir. “ASAN xidmət” Mərkəzi mənim çox xoşuma gəlir. Bura gənc könüllülər cəlb edilib. Bu həm onların iş vərdişlərinə yiyələnmələri, həm də asudə vaxtlarını səmərəli keçirmələri baxımından çox yaxşıdır. “ASAN xidmət”də gənclər nələrsə öyrənirlər. Burada sənədləşmə işinin çox tez həll edilməsi həqiqətən də təqdirəlayiqdir. Mən “Yaşıl ASAN” layihəsi çərçivəsində burada iştirak edirəm.

- “Yaşıl ASAN” layihəsi sizə nə üçün belə maraqlı göründü?

- “Yaşıl ASAN”ın perspektivi, gələcəyi daha parlaqdır və inanıram ki, bu sahədə görüləcək işlər daha səmərəli olacaq. Bura gəldiyim iki gündür. Mən qoşulduğum layihəyə böyük maraq göstərirəm. Gərək hər birimiz təbiəti qoruyaq. Təbiəti qorumaq məsuliyyəti isə ilk növbədə biz insanların üzərinə düşür. Təbiəti qorumaq üçün hər birimiz təkrar emal prosesini dəstəkləməliyik. Ona görə də bu layihə mənim daha çox marağıma səbəb oldu.   

- Ana, istərdinizmi sizin ölkənizdə də “ASAN xidmət” kimi bir təsisat fəaliyyət göstərsin?

- Çox istərdim. Bu, ən azından. vaxt itkisini önləyir.

- Artıq bir neçə gündür “ASAN xidmət”dəsiniz. Digər könüllülərlə münasibətləriniz necədir? Onlar sizə dəstək olurlarmı?

- Buradakı iş prosesi çox xoşuma gəlir. Yerli könüllülər bizə çox kömək göstərirlər. Biz yeni başlayanda onlar mənə sənəd verməyə tərəddüd edirdilər ki, birdən bacarmaram. Ancaq sonra gördülər ki, mənim də marağım və bacarığım var. Onlarla ünsiyyət mənim çox xoşuma gəlir. Artıq Azərbaycan ad və soyadlarını seçə bilirəm. Serbiyada AİDİ kartlarında, şəxsiyyət vəsiqələrində boy, gözün rəngi, qan qrupu və s. haqqında məlumat qeyd edilmir. Çox maraqlıdır ki, bu sizdə göstərilir. Ayrıca bu yenilik və fərqlilik də, könüllülərin münasibəti də, onların gənc olması da çox xoşuma gəldi. Onlar pozitiv və köməkçildirlər. Çox arzu edərdim ki, nə vaxtsa belə bir xidmət sahəsində mən də çalışım.

- Bakı xoşunuza gəldimi?

- Beş gündür Bakıdayam və qısa vaxt ərzində Bakının bəzi məkanlarını gəzib görmək şansım olub. İçərişəhərdə olmuşam, Qız qalasını, “Alov Qüllələri”ni görmüşəm. Bunlar çox gözəldir və mənim çox xoşuma gəlir. Artıq buradakı dostlardan məsləhət alıram ki, daha hara gedə bilərəm, hansı məkanlar mənim üçün maraqlı ola bilər.

- Ana, maraqlıdır, bura gəlməmişdən əvvəl sizin ümumiyyətlə Azərbaycan, Bakı haqqında məlumatınız vardımı?

- Bəli, Azərbaycan haqqında əvvəldən də məlumatım olub. Atam bir müddət Rusiyada yaşayıb və mən Azərbaycan haqqında, eləcə də 20 Yanvar hadisəsi barədə atamdan eşitmişəm. O bu barədə mənə danışıb. Azərbaycan “Avroviziya” mahnı yarışmasının qalibi olanda mən bu yarışı izləmişəm. Serbiyada Azərbaycanla bağlı videoçarxlar hazırlanıb və televiziyada nümayiş olunub. Azərbaycana mənim çox böyük marağım olub və bura gəlməyimin səbəblərindən biri də ölkənizə bəslədiyim xoş münasibətdir.

- Onda sizin Azərbaycana sevginiz var...

- Bəzən səhv olaraq düşünürlər ki, Azərbaycan geridə qalmış ölkədir, yəni buranı başqa ölkələrlə səhv salırlar. Mən əvvəlcədən də inanırdım və gəlib gördüm ki, Azərbaycan inkişaf etmiş ölkədir, Bakı müasir, modern bir şəhərdir. Bura gəlməyimə qətiyyən peşman deyiləm. Azərbaycana sevgim də, xoş münasibətim də “Avroviziya” yarışması zamanı hazırlanan videoçarxlara baxdıqdan sonra daha da artdı. Mən bura gələndə öyrəndim ki, “ASAN xidmət” təsisatının yaranması Azərbaycan Prezidenti İlham Əliyevin ideyasıdır. Bu layihəyə görə ölkənizin Prezidentinə təşəkkür edirəm. O bu layihə ilə insanları uzun sənədləşmə prosesindən azad edib.

Mən “Yaşıl ASAN”a qoşulmuşam və burada da müəyyən təcrübə toplayacağıma ümid edirəm.

Ana ilə söhbətimiz doğrudan da maraqlı oldu. Ananın ardınca Nina Tregenza ilə söhbət etdik. Nina Böyük Britaniyanı təmsil edir və “Yaşıl ASAN” layihəsinə könüllü qoşulub.

- Nina, bu layihədə sizi nə cəlb etdi?

- Mən “Yaşıl ASAN” layihəsinə könüllü qoşulmuşam. Tələbəyəm, Böyük Britaniya ali məktəblərindən birində onlayn təhsil alıram. Böyük Britaniyalı olsam da, 4 ilə yaxındır ailəmlə  Bakıda yaşayıram.

- Siz də layihəyə AİSEC-in xətti ilə qoşulmusunuz?

- Xeyr, mən “EkoBaku”nun xətti ilə “Yaşıl ASAN”da iştirak edirəm. Mən “ASAN xidmət”in bu təcrübəsi haqqında eşitmişdim və öz təşəbbüsümlə “Yaşıl ASAN”a qoşuldum.

- “Asan xidmət” haqqında nə deyə bilərsiniz?

- Bu xidmət çox xoşuma gəlir. Böyük Britaniyada burada cəmləşən xidmət növlərinin hər biri ayrı-ayrı binalarda fəaliyyət göstərir. Burada isə hər şey mərkəzləşdirilmiş qaydadadır. Bu isə insanların işini asanlaşdırır, vaxta qənaət edir. “ASAN xidmət” çox uğurlu bir təsisatdır.

- 4 ilə yaxındır Bakıda yaşayırsınız, burada ən çox nə xoşunuza gəlir?

- Mən atamın işi ilə əlaqədar çox ölkələrdə yaşamışam. Burada insanlar istiqanlı, dostcanlıdırlar, onlar dəstək verməyi xoşlayırlar. Bu da mənim çox xoşuma gəlir.

- “ASAN xidmət”də necə, könüllülərdən dəstək ala bildinizmi?

- Bəli, onlar mənə kömək edirlər. Çox qısa vaxt ərzində blankların doldurulması kimi iş prosesini mənimsəmişəm. Mənə azərbaycanlı könüllülər çox dəstək olurlar. Ümid edirəm ki, qarşıdakı günlərdə də daha çox iş təcrübəsi qazanacağam.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ