Bazar günü günü, 15 noyabr 2026
     

“Azərnəşr” - 95 - FOTO

Image


Tarixə baxsaq görərik ki, Şərqdə bir çox ilklər Azərbaycandan başlayıb. İlk opera, ilk teatr, ilk dövri mətbuat və s. Bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, parlamentli respublikadır. Yəni Şərqə Günəş Azərbaycandan doğmuşdur.

İlk dövlət nəşriyyatı da elə ilk olaraq Azərbaycanda yaranıb. Bu, 1923-cü ildən fəaliyyətə başlayan – 95 yaşlı Azərbaycan Dövlət Nəşriyyatı “Azərnəşr”dir. Və fəaliyyətə başladığı gündən cəmiyyətin savadlanmasına, elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın inkişafına xidmət etmiş, dövrün tələbinə uyğun minlərlə müxtəlif profilli kitab və başqa maarifləndirici çap məhsulları nəşr etmişdir. Saysaq saya gəlməz, milyonlarla tirajla 10 minlərlə adda kitab desək azdır. O dövrdə Mərkəzi Univermağın yaxınlığında yerləşən “Azərnəşr”in binasında kitabların çapı ilə “26-lar mətbəəsi” adlı böyük poliqrafiya sahəsi var idi. Dövlət də kitabların çapı üçün nəşriyyatı lazımi qayğı və dəstəklə təmin edirdi.

“Azərnəşr”in fəaliyyətə başlaması XX əsrdə Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamışdır. Ədəbiyyata gələn böyük bir yazıçı, şair nəslinin yaradıcılıq yolu “Azərnəşr”dən keçib, onların roman və povestləri, şeirləri, poemaları böyük tirajlarla burada çap olunurdı. Kitablar səriştəli və bacarıqlı redaktorlar tərəfindən redaktə və korrektura edilirdi. O nəslin nümayəndələrindən bir neçəsi sonralar “Azərnəşr”də çalışmış, hətta rəhbərlərindən biri də olmuşdur. Mən o nəslin ən sonuncularını görənlərdənəm. Ötən əsrin 90-cı illərində Bakı Dövlət Universitetindən təyinatla “Azərnəşr”ə göndərilmişdim. Əziz ruhlarını rəhmətlə və hörmətlə andığım akademik Ziya Bünyadov, böyük şairimiz Bəxtiyar Vahabzadə, Manaf Süleymanov, Xəlil Rza Ulutürk,  İlyas Tapdıq, Əmir Mustafayev, Əlibala Hacızadə, Törə xanım Qədirova və daha neçələri tez-tez “Azərnəşr”ə gələrdilər. Nəşriyyat onların kitablarını əvvəlcədən hazırlanmış tematik plana salır, ilboyu həmin kitablar çap edilərək geniş oxucu kütləsinə çatdırılırdı.   

Sonralar “Azərnəşr”dən başqa nəşriyyatlar törəyib. “Yazıçı”, “İşıq”, “Gənclik” və sair. Öz dövründə bu nəşriyyatlar da Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin və təhsilinin inkişafında böyük xidmətlər göstərmiş, lakin XX yüzilliyin sonlarında SSRİ-də baş verən dağılmalar nəticəsində müxtəlif zamanlarda fəaliyyətlərini dayandırmağa məcbur olmuş və ya başqa bir şəkil alaraq yaşamağa davam etmişlər.

Kitab nəşri sahəsində ölkəmizdə elə zamanlar olmuşdur ki, nəşriyyatlar suyu sovrulmuş dəyirman misalı kimiydilər. Keyfiyyətli kitab çapı az qala unudulur, bir vaxtlar müəlliflərin əlindən qaynayan nəşriyyatların qapısı bir-bir bağlanırdı. Belə, çətin dönəmdə “Azərnəşr” bütün olumsuzluqlara qarşı mətanətlə dayandı. Kollektiv cüzi əməkhaqqına qane olub, səbr və təmkinlə, çətin günün ömrü az olar inancımıza sığınaraq sabahlardan ümidlərini kəsməyiblər.

Ölkədə baş verən hadisələrə, xalqımıza qarşı törədilən haqsıszlığa, torpaq iddialarına seyrçi qala bilməzdi “Azərnəşr”, qalmadı da. Təkcə son illər Qarabağ münaqişəsinin reallıqlarına, xalqımızın ədalətli mübarizəsinə həsr edilmiş Azərbaycan, rus, ingilis, fransız və başqa dillərdə onlarla kitab nəşr etmişdir. Bu kitablar ölkəmizdə yayılmış, kitabxanalara paylanmış, tədris üçün dərs vəsaiti kimi məktəblərə göndərilmiş, beynəlxalq kitab səgilərində nümayiş etdirilmişdir. Qarabağ həqiqətlərini ifadə edən – Qarabağı unutma – plakatı “Azərnəşr”in qatıldığı bütün beynəlxalq sərgilərdə təbliğat vasitəsi kimi istifadə olunub.

Nəşriyyat kolletivinin bu cür mübarizəsindən biri də ermənilərin "Böyük Ermənistan" xülyası olan qondarma “soyqırımı” iddiaları ilə Türkiyəyə qarşı yönəlmiş planların alt-üst edilməinə dair tarixi həqiqətlərin müxtəlif dillərdə nəşrinə nail olmaqdır. Bir neçə il öncə dünya ermənilərinin "Dörd T" planı yaradılmışdı. Tanıtma, Tanınma, Təzminat, Torpaq... Yəni qondarma “soyqrımı” dünyada "Tanıdılacaq", Türkiyə tərəfindən "Tanınacaq"(“etiraf ediləcək”), buna görə Türkiyə`dən "Təzminat" alınacaq və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün "Torpaqlar" Türkiyədən qoparılacaq!..

Gerçəklərin gün işığına çıxarılması üçün Azərbaycan Dövlət Nəşriyyatının rəhbərliyi və kollektivi səfərbər olmuş, bu yalanların sonlandırılması üçün bir yola çıxmışlar. “Azərnəşr”in direktoru Azər Mustafazadə və baş redaktoru Əlövsət Ağalarov nəyin bahasına olursa olsun tarixi mənbələrə, faktlara istinad edən tədqiqatları, arxiv sənədlərini, rapor və o dövrün mətbuatında dərc olunan yazılarını müxtəlif ölkələrin dövlət və hərbi tarixi arxivlərindən əldə etməyə çalışıblar. Həftələrlə, aylarla xarici ölkələrin arxivlərində tədqiqat aparan, ayrı-ayrı insanlarla görüşüb ipucu axtaran tanınmış naşir Əlövsət Ağalarov min bir əziyyətlə də olsa hər səfərindən əlidolu qayıdıb. Həmin axtarışlar “Azərnəşr” tərəfindən   müxtəlif dillərdə 17 adda kitab kimi nəşr edilib yayılması ilə nəticələndi. Hər il keçirilən beynəlxalq kitab yarmarkalarında erməni lobbisinin törətdiyi maneələrə baxmayaraq, sərgidə ən çox tələb olunan bu kitablar olub. Keçən il İstanbul universitetində qatıldığım bir konfransda tarix fakültəsinin professoru Halil Balın iş otağındakı böyük kitabxanasının rəflərində 17 kitabımızın sıralandığını gördüm. Bildirdi ki, bu kitablar dərs vəsaiti kimi istifadə olunur.

Əlövsət Ağalarov, axtarışları zamanı Gürcüstanda başına gələn maraqlı hadisə danışdı: Haqqında danışdığımız 17 kitabı əhatə edən bu layihəyə 1 nəfər də olsa  Azərbaycan və türk müəlliflərin əsərlərini daxil etmədik. Hamısı tanınmış xarici tədqiqatçılardı, Erik Fayql, Haçaznuni və sair. Mənə lazım olan bir sənədi əldə etmək üçün Gürcüstanın arxivində çalışırdım, tapa bilmirdim. Arxiv işçiləri dedilər ki, o sənədləri gürcü soyadı götürmüş ermənilər vaxtilə arxivlərdən çıxarıblar. Amma bir yaşlı gürcü var, bəlkə tapıb görüşəsiniz, onda müəyyən sənədlər var. Çox axtarışdan sonra tapdım o adamı. Əvvəlcə ipə-sapa yatmırdı, sənədi verməyə razı olmurdu. Sonra çox pul və içki hədiyyə etməmi istədi. Başqa əlacım yox idi, sənədləri ondan almalıydım. Üzərimdə olan bütün pulumu-paramı toplayıb gürcünü yola gətirdim. Nə yaxşı ki, yola gətirmişəm, unikal sənədlərdi. Bu, 17 kitabdan biri olan Qoleşvili-Karbinin “Gürcülərin qırmızı kitabı”dır.    

“Azərnəşr” bütün zamanlarda fəaliyyətini dövlət siyasətinin uğurla davam etdirilməsi yönündə qurub. Dünya klassiklərinin ən gözəl əsərlərini, elmin və texnikanın qabaqcıl nailiyyətlərinə aid dünya alimlərinin dəyərli kitablarını da doğma dilimizdə nəşr edib oxucularımıza çatdırıb və çatdırmaqda davam edir. Uzun illər əvvəl “Molla Nəsrəddin” məcmuəsinin 2 cildi ən yüksək tərtibatda və latın əlifbasında “Azərnəşr” tərəfindən çap olunmuşdur. Bu cildlərə ehtiyacı olan oxucularımız “Azərnəşr”ə müraciət edə bilərlər.  

Müstəqillik dövründə klassik və çağdaş ədəbiyyatımızın ən gözəl nümunələri də latın əlifbasında nəşriyyatımız tərəfindən geniş oxucu kütləsinə çatdırılıb. 1990-cı ildə “Qara Yanvar” kitabı operativ şəkildə Azərbaycan və rus dillərində böyük tirajla çap olundu. O vaxtlar “Azərnəşr”in çap etdiyi bu kitab xalqımızın yarasına məlhəm kimi gəlmişdi, təsəlli idi. 1994-cü ildə professor Yusif Yusfovun rəhbərliyi ilə tərtib olunan və akademik Ziya Bünyadovun redaktorluğu ilə obyektiv tariximizi əks etdirən “Azərbaycan tarixi” dərsliyi işıq üzü gördü. Görkəmli Serb yazıçısı Milorad Paviçin məşhur “Xəzər lüğəti” kitabını da nəşriyyatımız Azərbaycan oxucusuna çatdırdı. Kitabsevərlərin diqqətinə onu da çatdıraq ki, Fransada yaşayıb-yaratmış, iki məşhur neft milyonçusu – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi Ümmülbəninin (Banin) fransız dilində yazdığı “Paris günləri” və “Banin” kitabları da ən yüksək poliqrafik tərtibatda nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunub.

Son 10 ildə “Azərnəşr”də oxucular tərəfindən maraqla qarşılanan kitablar kimi ümummilli lider Heydər Əliyevin 46 cildliyi çapdan çıxmışdır. Bu möhtəşəm çoxcildlik də kollektivin gərgin əməyinin bəhrəsidir. 46 cilddə ulu öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər əks olunub.  

Bu gün nəşriyyatımız daha bir mühüm vəzifənin öhdəsindən şərəflə gəlməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf-məqsədimizdir” çoxcildliyinin 70-ci cildi üzərində çalışır. Bu çoxcildliyin hər cildi cəmiyyətimiz, müxtəlif təbəqəli oxucular tərəfindən maraqla qarşılanır.

Nəşriyyatın kollektivinin əksəriyyəti peşəkar, uzun illərin təcrübəli redaktorları, korrektorları və texniki işçiləridir. Onların çoxu 40, bəziləri isə 50 ilə yaxındır ki,  “Azərnəşr”in əməkdaşıdırlar və nəşriyyatın qazandığı uğurlarda onların da xidmətləri danılmazdır.          

Azərbaycanda dövlət siyasətinin həyata keçirilməsində, dövlətçiliyin daha da möhkəmləndirilməsində, müstəqilliyin əldə edilməsində və qorunub saxlanmasında misilsiz rol oynamış 95 yaşlı “Azərnəşr” son illər bu istiqamətdə fəaliyyətini daha da genişləndirmiş və bu şəkildə davam etdirəcəkdir.

Rəsmiyyə Rzalı-Qarayeva,
“Azərnəşr”in redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ