Bazar günü günü, 15 noyabr 2026
     

Ramil Usubov polis orqanlarının keçdiyi tarixi yolun geniş təhlilini verdi...

Image


İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, builki peşə bayramı günü – 2 iyul Azərbaycan Polisi həm də yaranmasının 100 illik yubileyini qeyd edir. Bu münasibətlə keçirilən təntənəli tədbirdən öncə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in təmsilçiləri Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüb. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunub.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin, suverenliyimiz və ərazi  bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevin əlamətdar yubiley münasibətilə polis orqanlarının şəxsi heyətinə təbrikini çatdırıb. 

Sonra nazir, general-polkovnik Ramil Usubov ötən 100 ildə Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövründə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, həmçinin möhtərəm Prezidentimizin başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, şəxsi heyətə ali diqqət və qayğısı barədə geniş məruzə ilə çıxış edib.

Nazir asayiş keşikçilərinin öz şanlı yubileylərini böyük qürur hissi və xidmətdə qazandığı uğurlarla qeyd etdiklərini, bu münasibətlə ünvanladığı təbrikdə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Polisinin 100 illik əzmkar missiyasına dolğun, keçdiyi şərəfli yola yüksək qiymət verməsinin bütün şəxsi heyətin hədsiz sevincinə, ruh yüksəkliyinə səbəb olduğunu, bu günlərdə ölkə başçımızın imzaladığı sərəncamlarla 49 əməkdaşımızın dövlət mükafatlarına, 2 rəhbər vəzifəli şəxsin isə ali xüsusi rütbəyə layiq görüldüyünü vurğulayıb.

Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlılığını nəzərə alan, tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 il öncə, 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-nin “Azərbaycan Polisi Günü” elan edildiyini deyən daxili işlər naziri bu müdrik qərarın polisin ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, torpaqlarımızın müdafiəsində və xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümü olduğunu diqqətə çatdırıb.

Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu illər ərzində daxili işlər orqanlarının inkişaf etdiyi, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığı, Azərbaycan milisinin İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərdiyi, ulu öndərin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illərin Daxili İşlər Nazirliyinin tarixində mühüm mərhələ olduğu qeyd edilib.

Bildirilib ki, məhz həmin dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı ciddi qərarlar qəbul edib. Şəxsi heyətin milli dövlətçilik ideyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildən başlayaraq, Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə döyüşən yeganə silahlı qüvvə məhz polis, sonralar isə Daxili Qoşun hissələri idi.  Həmin döyüşlərdə  DİN-in  1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Müstəqillik illərində xidməti vəzifələri yerinə yetirərkən isə 99 əməkdaş həyatını itirib, 2640 nəfər xəsarət alıb. Göstərdikləri fədakarlığa görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif olunub.

Daha sonra cənab Ramil Usubov müstəqilliyin ilk illərində respublikamızda yaşanan ictimai-siyasi böhran, hərc-mərclik, özbaşınalıq, insan hüquqlarının kütləvi şəkildə pozulması, torpaqlarımızın işğalı və separatizmin Azərbaycanın bir dövlət kimi mövcudluğunu təhlükə altına alması, onu dağılmaq həddinə gətirməsi, çoxsaylı qanunsuz silahlı dəstələrin əhalidə vahimə və qorxu yaratması, cinayətlərin sayının kəskin artması, kriminogen durumun nəzarətdən çıxması, belə ağır və mürəkkəb vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qurtuluş missiyasını həyata keçirərək qısa müddətdə respublikada möhkəm və dönməz sabitlik yaratmağa nail olması, dövlət çevrilişi və vətəndaş müharibəsinin qarşısının alınması, anarxiyaya son qoyulması, qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, kriminogen durumun nəzarətə götürülməsi barədə ətraflı danışıb.

Ən yeni tariximizə nəzər salan nazir 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu, lakin həmin illərin də asan olmadığını, yenidən dövlətimizi xaos və anarxiyaya sürükləməyə cəhdlərin göstərildiyini, bu antimilli əməllərin qarşısının Ali Baş Komandanımızın qətiyyəti, möhkəm iradəsi, hüquq-mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin təşkili sayəsində alındığını, məhz ictimai asayişin etibarlı qorunmasının nəticəsi olaraq onun rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün çox mühüm olan qlobal layihələrin reallaşdığnı məmnunluqla xatırladıb.

Cinayətkarlığa qarşı mübarizədə digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birgə qazanılan uğurların mötəbər beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirildiyi nəzərə çatdırılıb. Məlumat verilib ki, Dünya İqtisadi Forumunun   hesabatına əsasən, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycan Respublikası 2017-ci ildə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü, “Təhlükəsizlik” indikatoru üzrə 40-cı, “Mütəşəkkil cinayətkarlıq” indikatoru üzrə 43-cü mövqedə qərarlaşıb.

Bildirilib ki, müasir dövrün çağırış və təhdidləri nəzərə alınmaqla şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına da böyük önəm verilir. Belə ki, son 15 ildə beynəlxalq qurumların təşkil etdiyi forum, müşavirə və treninqlərdə 6 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarla gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir.  Müstəqilliyin ilk illərində hüquqşünas ixtisası tələb olunan zabit heyəti vəzifələrinin yalnız 16 faizini müvafiq təhsilli əməkdaşlar təşkil edirdisə, hazırda bu göstərici 100 faizə çatıb, kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların isə təxminən 20 faizi ali təhsillidir. 

Nazir R.Usubov xidməti vəzifələrin icrasında yaxından  köməkliklərinə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin,  Milli Məclisin, hüquq-mühafizə, xüsusi xidmət və digər dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə təşəkkürünü bildirib, həmçinin gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən veteranlara təşəkkür edərək ən xoş arzularını çatdırıb.

Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov əmin edib ki, Azərbaycan Polisi inkişafın və rifahın rəhni olan sabitliyin qorunub saxlanılması, qanunçuluğun, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, andına sadiq qalaraq Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, möhtərəm Prezidentin inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaqdır.

Təntənəli mərasim Nazirliyin ayrı-ayrı struktur qurumlarının şəxsi heyətinin, həmçinin xidməti nəqliyyat vasitələrinin və süvarilərin tribuna önündən keçidi ilə başa çatıb.  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ