Bakı şəhəri, Yasamal rayon Şəfayət Mehdiyev küçəsinin sakinləri rayonun İcra Hakimiyyəti başçısı Əziz Əzizova qəzetimiz vasitəsilə təşəkkür edir.
Sakinlər adından tarix elmləri doktoru, professor İsmayıl Məmmədov bildirir ki, məhəllədə yol qırağındakı piyada keçidinin genişləndirilməsi və asfaltlanması üçün İcra başçısına şəxsən etdiyi müraciətinə çox həssas reaksiya görüb və qısa zaman içində başçı Əziz Əziozov şəxsən ərazidə olub, problemin həlli üçün konkret tapşırıq verərək həllinə nail olub. Sakinlər adından başçıya təşəkkür edən professor İsmayıl Məmmədov onu da bildirdi ki, müraciət olunan bütün instansiyalarda vətəndaşların müraciətinə belə həssas yanaşılsa, ölkədə vətəndaş-məmur münasibətləri daha da rəvan ola bilər.