Bazar günü günü, 15 noyabr 2026
     

Ermənilər Vaşinqton “Folklayf” festivalında dolmamızı, lavaşımızı yenə mənimsəməyə hazırlaşırlar

Image


Ənvər Çingizoğlu: “Azərbaycan nümayəndələri sözügedən festivalda iştirak etsəydilər, onlar erməni saxtakarlığını ifşa edərdilər”

 

Ermənilər Azərbaycana qarşı saxtakar əməllərini şərait olan hər bir yerdə davam etdirirlər. Məlumatlara görə, iyun ayının 27-də Vaşinqtonda “Folklayf” adlı festival keçiriləcək. Ermənistan mətbuatının yazdığına görə, bu il 50 illik yubileyi keçiriləcək festivalda Ermənistan da iştirak edəcək. Özü də bu festivala Azərbaycan mədəniyyətinə, mətbəxinə aid olan nümunələrlə.

Ermənilər yazırlar ki, festival iştirakçıları, seyrçiləri 2 həftə “erməni ruhu”na qonaq olacaq və onlara “erməni mətbəxi”ndən dolma, lavaş, “erməni mədəniyyətinin nümunəsi olan” xalçalar, tikmə sənəti növləri, dulusçuluq nümunələri təqdim ediləcək. Onların yazdığına görə, ermənilər ilk dəfədir “Folklayf” festivalında iştirak edirlər. Qeyd edilənə görə, ermənilər festival çərçivəsində qonaqları əsl “erməni mədəniyyəti” ilə tanış edəcəklər.

Ümumiyyətlə, ermənilərin bütün beynəlxalq festivallara dəvət edilmək üçün dəridən-qabıqdan çıxması hər kəsə məlumdur. Onlar bu festivallara saxta erməni mədəniyyətinin nümunələrini aparır və onları öz adlarından təqdim edirlər.

Sözügedən festivalda Azərbaycanın təmsil edilməsinə gəlincə, Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, ölkəmiz bu festivalda iştirak etmir. 

Qeyd edək ki, Azərbaycan dünya ölkələrində keçirilən beynəlxalq festivallarda hər zaman geniş heyətlə təmsil olunur. Ölkəmizin  “Folklayf” festivalına hansı səbəbdən dəvət edilməməsi hələ də qaranlıq qalır. Bu festivalda Ermənistanın təmsil olunması və Azərbaycana aid mətbəx, xalq sənəti növlərini öz adlarına təqdim etmək iddiası ilə çıxış etməsi isə yolverilməzdir.

Tanınmış etnoqraf-alim Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, Cənubi Qafqazda zəngin mədəniyyəti, çeşidli sənətkarlıq nümunələri, tətbiqi sənət növləri olan ölkə Azərbaycandır. O, ehtimal edir ki, bu festivalda Azərbaycanın iştirak etməməsi erməni lobbisinin, diasporunun əməlləridir. “Folklayf” festivalı elə də nüfuzlu festival deyil. Bu festival konkret olaraq Vaşinqtonda fəaliyyət göstərən Smitsonov İnstitutu tərəfindən keçirilir. Yəni elə də geniş səciyyə daşımır. Ola bilsin ki, bu institutla erməni lobbisi ciddi əlaqələr qurub və bu səbəbdən də ermənilər orada iştirak edəcəklər. Ermənilərin orada Azərbaycan mətbəxinin nümunələrini öz adları ilə təqdim etməsi yolverilməzdir. Dolma milli Azərbaycan xörəyidir və keçən il bizim mətbəxin şah nümunələrindən biri olaraq UNESCO tərəfindən də təsdiqlənib. Bu mənada, ermənilərin bu addımı saxtakarlıqdan başqa bir şey deyil. Azərbaycan xalçası da, dulusçuluq, tikmə sənəti növləri də Azərbaycana məxsusdur. Erməni nə zaman mədəniyyət yaradıb ki? Onlar həmişə bizim və başqa xalqların mədəniyyət nümunələrini öz adlarına çıxıblar. Hesab edirəm ki, bu festivala Azərbaycan da dəvət edilməli idi. Azərbaycan nümayəndələri sözügedən festivalda iştirak etsəydilər, onlar erməni saxtakarlığını ifşa edərdilər. Görünür, bu baxımdan, erməni lobbisinin təzyiqi ilə Azərbaycan o festivala dəvət edilməyib. Bu ancaq onunla bağlı ola bilər. Çünki bizim orada iştirakımız qətiyyən ermənilərə və onların amerikalı havadarlarına sərf etmir” - deyə bildirən Ə.Çingizoğlunun sözlərinə görə, Azərbaycan mədəniyyəti çox unikaldır və ermənilər o mədəniyyət nümunələrini təkrarlaya bilməzlər. 

Etnoqraf-alim hesab edir ki, ermənilər Azərbaycan xalçalarının çeşnilərini oğurlasalar da, onların toxuduğu xalçalar bizim analarımızın, nənələrimizin yaratdığı gözəlliyi əks etdirə bilməz.

Ə.Çingizoğlu bildirdi ki, bu festivalda “erməni mədəniyyəti” adı altında təqdim edilən bütün etnoqrafik materialların arasında mütləq olaraq onların işğal etdikləri torpaqlarımızdan yağmaladıqları sərvətlərimiz də var: “Məni əsas narahat edən bir məsələ var. Bu da ondan ibarətdir ki, ermənilər bu festivalda Qarabağ mədəniyyətinə, etnoqrafiyasına, tikmə, toxuma sənətinə aid olan nümunələr təqdim edə bilərlər. O nümunələri isə onlar işğal zamanı əldə ediblər. Əslində, işğal zamanı əldə edilən mədəni sərvətin sərgiyə çıxarılması, festivalda erməni adı ilə təqdim edilməsi böyük cinayətdir. Əgər onlar Qarabağdan, Kəlbəcərdən, Laçından apardıqları xalçaları, etnoqrafik nümunələri festival çərçivəsində sərgiləyəcəklərsə, mütləq qeyd etməlidirlər ki, bu nümunələr Azərbaycan xalqına, Azərbaycan Respublikasına aiddir, biz onu onların torpaqlarını işğal edərkən əldə etmişik. Bu daha uyğun olardı. Ümumiyyətlə, dünyada belə bir təcrübə var. Böyük müharibələr dövründə işğalçıların əldə etdikləri mədəni sərvətlər sərgilənərkən mütləq onun haradan əldə edildiyi göstərilirdi. Ermənilər, təbii ki, bunu etməyəcəklər. Etsələr, bütün saxtakar əməlləri üzə çıxacaq”.

Ə.Çingizoğlunun sözlərinə görə, bu festival keçirilərkən Vaşinqtondakı Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlılar da orada seyrçi kimi iştirak etsə, çox yaxşı olar. O, hesab edir ki, Azərbaycan tərəfi hər hansı formadasa ermənilərin Azərbaycan mədəniyyətini saxtalaşdırması ilə bağlı münasibət bildirməlidir. “Çox təəssüf ki, ermənilər iki həftə ərzində mədəniyyətimizə, mətbəximizə qarşı saxtakar əməllərini davam etdirəcəklər. Bu məndə təəssüf doğurur”- deyə Ə.Çingizoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ