Bazar günü günü, 15 noyabr 2026
     

Ədliyyə nazirinin müavini Toğrul Musayev yeni notariuslarla görüşdü

Image


Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradıb. Bu sahədə əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində notariat orqanları mühüm rol oynayır.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, iki yüz ilə yaxın tarixi olan Azərbaycan notariatının fəaliyyətinə bu il yaranmasının 100 illiyi geniş qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə önəm verilib, Ədliyyə Nazirliyi tərəfindən Bakı və Gəncə dairə məhkəmələrinin böyük notariusu kontorlarının və tabeliyindəki özəl notariusların fəaliyyəti yaxşılaşdırılıb, onların sayının artırılması ilə bağlı qərarlar qəbul edilib.  

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən mütərəqqi hüquqi islahatlar aparılmaqla notariat sistemi yeni mərhələyə qədəm qoyub, onun fəaliyyətini tənzimləyən "Notariat haqqında" Qanun qəbul olunub. Dövlət başçısı İlham Əliyevin ədliyyə fəaliyyətinin müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq aparılan islahatlar çərçivəsində notariat təsisatının təkmilləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl işlər həyata keçirilir.

Görülən tədbirlər nəticəsində ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur və onlar bu gün respublika üzrə bütün notariat korpusunun 83%-ni təşkil etməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfələrini verirlər.

Eyni zamanda, "e-hökumət" prinsiplərinə uyğun olaraq əhaliyə geniş elektron xidmətlər göstərilir, nazirliyin "e-xidmətlər" bölməsi vasitəsilə vətəndaşlara notariat hərəkətlərinin aparılması qaydalarına, tələb olunan sənədlərə və rüsumların məbləğlərinə dair məlumatlarla tanış olmaq, müvafiq çıxarışlar əldə etmək, banka getmədən bütün ödənişləri kart vasitəsilə nağdsız həyata keçirmək imkanı yaradılıb. Belə xidmətlərdən yararlanmaq üçün notariat kontorlarında universal elektron xidmət köşkləri də tətbiq olunur. Təkcə cari ilin ötən dövründə nazirliyin elektron xidmətlərindən, o cümlədən notariat fəaliyyəti ilə bağlı 2 milyondan çox insan faydalanıb.

Müasir texnologiyalardan istifadə edilməklə, həmçinin "Elektron notariat" informasiya sistemi qurularaq, onun əsasnaməsi qəbul edilib. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətdə rast gəlinən belə sistem vasitəsilə notariat kontorları vahid şəbəkədə birləşdirilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib, ölkə vətəndaşları barədə məlumatlar rəqəmsallaşdırılmaqla və sistemləşdirilməklə notariuslar istənilən avtomobil, şəxsiyyət vəsiqəsinin nömrəsi, ad, soyad və doğum tarixi əsasında şəxsin ailə vəziyyəti, daşınar və daşınmaz əmlak üzrə bağladığı əqdlər barədə tam məlumat əldə etmək imkanına malikdirlər. Bu sistem fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına xidmət edir. Bu günədək həmin sistemdə 17 milyondan artıq aparılmış notariat hərəkəti barədə məlumat toplanıb.

Bütün bunlar ölkəmizin notariat sahəsindəki nailiyyətlərinə həmçinin beynəlxalq marağı artırır və bir çox dövlətlər Azərbaycanın bu sahədə müsbət təcrübəsindən bəhrələnir. Bu yaxınlarda Rusiya Federasiyasının notariuslardan ibarət mötəbər nümayəndə heyəti ölkəmizə səfər edərək notariat sahəsindəki islahatlar və yeniliklərlə tanış olub, Azərbaycanın nailiyyətlərini nümunəvi qiymətləndirib, o cümlədən elektron notariat sistemini unikallığı ilə fərqləndirib. Səfər zamanı Rusiya nümayəndə heyətinin bir qrup rəhbər üzvlərinin ədliyyə naziri Fikrət Məmmədovla görüşü keçirilərək ölkələrimizin hüquqi sahədə əməkdaşlığının inkişaf perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində, həmçinin notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür, son illər aparılmış seçimlər əsasında hazırlıqlı, müasir texnologiyalara bələd şəxslərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr verilərək, onlar dövlət və ya xüsusi notarius vəzifəsində, o cümlədən Azərbaycan brendi olan "ASAN xidmət" çərçivəsində uğurla fəaliyyət göstərirlər.

Təsadüfi deyil ki, ictimai xidmətlərin müasir modeli olan ASAN mərkəzlərində 200 şəxsin çalışdığı notariat orqanları tərəfindən 2018-ci ilədək üç milyon yarım əməliyyat aparılmaqla vətəndaş məmnunluğuna nail olunub, bu günədək mərkəzlərdə verilən sənədlərin 41%-i məhz notariat orqanlarının payına düşür və bu göstərici ilbəil artır.

Notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanır, bu məqsədlə mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqə bu günlərdə başa çatıb. Aşkarlıq şəraitində, müasir texnologiyalar tətbiq olunmaqla, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqədən, o cümlədən Ədliyyə Akademiyasında icbari təlimdən uğur qazanmış namizədlərin notariat fəaliyyəti ilə məşğul olmaları üçün şəhadətnamələrin verilməsi qərara alınıb. Eyni zamanda, fəaliyyəti qiymətləndirilməklə bəzi notariusların şəhadətnamələrinin müddəti uzadılıb.

Yeni təyinatlarla əlaqədar Ədliyyə Nazirliyində notariuslarla nazir müavini Toğrul Musayevin görüşü keçirilib.

Görüşdə dövlət başçısının andiçmə mərasimində proqram xarakterli nitqindən irəli gələn vəzifələr və verdiyi tapşırıqlar diqqətə çatdırılaraq, işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb.

Ötən dövrdə bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi,  fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi qeyd olunaraq yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub.

Sonda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr təqdim edilib.

Notariuslar nazirlikdə Heydər Əliyev muzeyi və Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ