Bir neçə saytda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nəzarət-təftiş şöbəsinin yaradılması və Namiq İbrahimovun həmin şöbənin müdiri təyin edilməsi ilə bağlı məlumat yayılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Dövlət Komitəsində belə bir şöbə təsis edilməyib.
Komitədən o da bildirilib ki, belə bir şöbə təsis edilərsə, bununla bağlı kütləvi informasiya vasitələrinə məlumat veriləcək.