Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan təbiəti üçün SOS - dərman bitkilərinin kökü kəsilməyə başlayıb...

Image


Pərvanə Qaraxani: “Vətəndaşlarımızın xoşagəlməz münasibəti dərman bitkilərinin məhv olmasına gətirib çıxarır”
Sədaqət Əliyeva: “Onlar bitkiləri kökündən qoparır, yaxud toplayarkən ayaqları ilə əzir, zədələyirlər”

 

Təbiət həmişə insanların sağlam yaşamasına, onların dərdinə çarələr bulunmasına yardımçı olub. Xəstələnərkən kimyəvi dərmanlardansa təbiətdə bitən çiçəklərdən, bitkilərdən, otlardan istifadə edərək sağalmağa çalışırıq. Göründüyü kimi, insanların sağlamlığı üçün vacib olan amillərdən biri təbiətdə yetişən dərman bitkiləridir.

Yeri gəlmişkən, Azərbaycanda mövcud olan 21000 bitki növünün 2500-ə yaxın növü müalicəvi əhəmiyyətə malikdir. Mütəxəssislərin bildirdiyinə görə, bu dərman bitkilərindən yalnız 300-ə yaxın növü tam tədbiq olunur, qalanları isə tətbiq edilmir.

Azərbaycan təbiətində mövcud olan dərman bitkilərinin hazırkı durumu ilə bağlı mütəxəssislər həyəcan təbili çalmağa başlayıblar. Məlumatlara görə, dərman bitkilərinin təbiətdə qorunması ciddi təhlükə ilə üzləşib. Onu da vurğulayaq ki, mütəxəssislər dərman bitkilərinin acınacaqlı duruma düşməsində əhalinin məsuliyyət daşıdığını bildirirlər. Belə ki, əhali meşə sahələrindən, çəmənliklərdən və s. bitki ilə zəngin olan yerlərdən mal-qara otarmaq üçün istifadə edir. Bu da o bitkilərin məhv olması ilə nəticələnir.

AMEA-nın nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov da bu məsələyə reaksiya verib. O, “Xezerxeber.az”a bildirib ki, insanlar bitkiləri necə gəldi yığırlar, digər bitkiləri isə əzirlər. Y.Zeynalov vurğulayıb ki, bu hal AMEA-nın Mərkəzi Nəbatat Bağında yetişdirilən dərman bitkiləri ilə bağlı müşahidə edilir. Y.Zeynalovun sözlərinə görə, bəzi şəxslər pul qazanmaq üçün bir çox qiymətli dərman bitkilərini kökündən çıxararaq satırlar. Bununla da onlar təbabətdə geniş istifadə edilən bitkiləri məhv edirlər.

Laboratoriya müdiri, həmçinin, qeyd edir ki, Azərbaycan dərman bitkilərinin zənginliyinə görə dünyada ən yaxşı təbiətə malikdir. Dərman bitkiləri əsasən dağlıq ərazilərdə bitir. Mütəxəssisin sözlərinə görə, dağlıq ərazidə bitən o bitkilərin toxumları yığılaraq Nəbatat Bağında da əkilib becərilir. “Hazırda bağda təzyiq, mədə-bağırsaq, əsəb sistemini sakitləşdirmək, ağciyər və böyrək xəstəliklərinin qarşısını almaq üçün istifadə edilən 150 növ dərman bitkisi var”- deyə vurğulayan şöbə müdiri qeyd edir ki, dərman bitkiləri digər bitkilərlə müqayisədə fəqrli yığılır. Onun sözlərinə görə, təəssüflər olsun ki, insanlar bu cür bitkiləri yığarkən böyük səhvlərə yol verirlər: “Həm dağlarda, həm də bağda onları necə gəldi yığdıqları üçün bitkini zədələyirlər. Buna görə də belə getsə, Azərbaycanda dərman bitkilərinin kökü kəsiləcək. İnsanlar kortəbii yığdıqları dərman bitkisini günəş şüası altında qurudurlar ki, tez satsınlar. Əslində isə bu da kökündən yanlışdır. Dərman bitkiləri mütləq qaydada kölgədə və xüsusi nəzarət altında qurudulmalıdır. Əgər hansısa dərman bitkisi günəş şüası altında qurudulursa, müalicədən çox ağır xəstəliklərə səbəb ola bilər”.

Qeyd edək ki, botanikaçı alimlər də Y.Zeynalovun fikirlərinə şərik çıxırlar. “Bakı-Xəbər” olaraq dəfələrlə bu məsələni gündəmə gətirmişik. Bölgələrdə ekspedisiyada olan botanikaçı alimlər bizə bildiriblər ki, əhali dərman bitkilərini necə gəldi toplayıb satmaq üçün bazarlara aparır.

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Herbarilər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, tanınmış alim Pərvanə Qaraxani bizimlə söhbətində qeyd etdi ki, ümumiyyətlə, dərman bitkilərinə münasibət həssas olmalıdır. Əsrlər boyu əcdadlarımızın köməyinə yetən dərman bitkilərinə bu cür talançı münasibətin düzgün olmadığını deyən P.Qaraxaninin sözlərinə görə, insanlar çox zaman bilməyərəkdən dərman bitkilərinə zərər yetirirlər: “Mən sizinlə dəfələrlə dərman bitkilərinin üzləşdikləri təhlükə haqqında söhbət etmişəm. Vaxtaşırı olaraq bölgələrə elmi eskpedisiyaya gedirik. İşimiz təbiətdəki bitkiləri öyrənmək olduğu üçün, hər bir bitkiyə həssaslıqla yanaşırıq. Bəzən gedib keçən il gördüyümüz bitkini bu il ya azalmış görürük, ya da heç görmürük. İnsanlarımız bitkiləri toplayıb Bakıda və digər yerlərdə satırlar. Toplayıb satmaqlarına bir söz demirəm, ancaq bitkiləri kökündən qoparmasınlar. Ancaq camaat bitkiləri kökündən çıxarır. Belə olmaz. Siz bilirsinizmi onlar təbiətə nə qədər zərər vururlar. Bu gün çox adam dərman bitkilərini heç tanımır da, hansı bitkilərin hansı xəstəliklərə çarə olduğunu bilmir, sadəcə, eşidir ki, tutalım, kəklikotundan müalicə məqsədilə istifadə edilir, onlar da kəklikotunu köklü şəkildə qoparırlar. Azərbaycanda dərman bitkilərinin xeyli hissəsi işğal altında olan torpaqlarımızda bitir. Şuşada, Kəlbəcərdə, Laçında, eləcə də digər rayonlarımızda zəngin dərman bitkiləri bitirdi. Bu gün o bitkilərə görə də narahatlıq keçiririk ki, görəsən ermənilər o bitkiləri məhv edibmi? Yəqin ki, böyük hissəsini məhv edərlər. Bilirsiniz, dərman bitkilərinə həssas münasibət olmalıdır. Bir tərəfdən ekoloji tarazlığın pozulması, ekologiyanın çirkləndirilməsi, digər tərəfdən də vətəndaşlarımızın xoşagəlməz münasibəti dərman bitkilərinin məhv olmasına gətirib çıxarır. Hər yerə nəzarət etmək olmur. Ekspedisiyaya gedəndə görürsən ki, bitki ilə zəngin bir yerdən mal-qaranın otlaq yeri kimi istifadə edilir. Mal-qara da dərman bitkilərini əzib tələf edir”.

P.Qaraxani qeyd edir ki, dərman bitkilərinin təbiətdə mühafizə edilməsi, artırılması üçün müvafiq tədbirlər görülməlidir. O hesab edir ki, bu məsələdə hər şeydən əvvəl ictimai maarifçilik işinə ehtiyac var.

Bioloq Sədaqət Əliyeva da hesab edir ki, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də Mərkəzi Nəbatat bağında əhali dərman bitkilərinə həssas yanaşmalıdır. Dərman bitkilərinin təhlükə ilə üzləşdiyini təəssüflə qeyd edən bioloqun sözlərinə görə, əhali dərman bitkilərini topladıqda ehtiyatsızlığa yol verməməlidir. “Azərbaycan florası dərman əhəmiyyətli, efir yağlı, vitaminli, yemək üçün yararlı, aşı maddələri ilə zəngin, qətranlı, kauçuklu, sodalı, alkoloidli, bəzək üçün əhəmiyyətli, nektarlı, yağ və boya maddələri ilə zəngindir. Respublikamızda mövcud olan 21000 bitki növünün 2500-ə yaxın növü müalicə əhəmiyyətlidir. Bu gün ölkəmizdə bitkilərlə müalicəyə üstünlük verilir, yaşıl apteklər fəaliyyət göstərir, fitoterapevtlər insanları dərman bitkilərindən istifadə edərək sağaltmağa çalışırlar. Azərbaycanda dərman bitkiləri ilə müalicə tam qədimdən mövcuddur və tam olaraq elmi təbabətdə öz əksini tapıb. Son zamanlar dərman bitkiləri ilə bağlı həyəcanlı xəbərlər gəlir. İnsanlar təbiətdə yayılan dərman bitkilərini toplayıb həm bazarda satır, həm də fitoterapevtlərə təhvil verirlər. Bu da nəticədə dərman bitkilərinin tükənməsinə təsir göstərir. Çünki onlar bitkiləri kökündən qoparır, yaxud toplayarkən onu ayaqları ilə əzir, zədələyirlər. Təəssüf ki, insanlar onu yaşadan təbiətə bəzən belə münasibət göstərirlər. Hesab edirəm ki, dərman bitkiləri xüsusi yerlərdə daha çox yetişdirilməli, nəsli davam etdirilməlidir. Əhali də bitkiləri toplayarkən ehtiyatlı olmalıdır ki, bitkiləri zədələməsin. Bu gün biz dərman bitkilərinin azalmasını bəlkə də yaxından hiss etmirik, ancaq qarşıdakı onilliklərdə bizim övladlarımız bunu hiss edəcəklər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ