Bazar günü günü, 15 noyabr 2026
     

200 illik böyük yol qət edən Azərbaycan poçt rabitəsi indi hansı mərhələdədir?

Image


Füzuli Məmmədov: “Azərbaycan poçtu 200 ildir yorulmadan insanların xidmətində durur”
Şaiq Muradov: “Azərbaycan poçtunun gördüyü işlər təqdirəlayiqdir”

 

İnsanlar zaman-zaman bir-birilə əlaqə yaratmaq üçün müxtəlif vasitələrdən istifadə ediblər. Poçt rabitəsi yaranana qədər göyərçinlər, çaparlar insanlar arasında əlaqə yaranmasında, məktubların daşınmasında böyük rol oynayıblar.

Azərbaycanda poçt rabitəsinin yaranması XIX əsrin 80-ci illərinə təsadüf edir. Daha dəqiq desək, Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlayır. Bundan sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Poçt və Teleqraf Nazirliyi yaradılmaqla bu sahəyə daha mütəşəkkil yanaşılıb.

2018-ci il iyunun 1-i Azərbaycanda poçt rabitəsinin yaranmasının 200 yaşı tamam oldu. 200 ildir Azərbaycanda poçt rabitəsi mövcuddur və öz fəaliyyətini uğurla davam etdirir.

Ekspertlərin bildirdiyinə görə, Azərbaycan rabitəsi 200 il müddətində böyük inkişaf yolu keçib, saysız mütərəqqi yeniliyə imza atıb. Ekspertlər vurğulayırlar ki, internet əsrində, daha çevik, mobil bir zamanda yaşamağımıza və işlərimizi daha sürətlə görməyə alternativ vasitələrin olmasına baxmayaraq, bu gün bizim də, bütün dünyanın da poçt xidmətinə böyük ehtiyacı var.

Mütəxəssislər bildirirlər ki, Azərbaycan poçtu ən çətin dövrlərdə belə öz fəaliyyətini zəiflətməyib və bütün qüvvəsini səfərbər edərək insanlara xidmət göstərib.

Qeyd edilir ki, Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya Müharibəsi illərinə təsadüf edir. Həmin dövrdə sayı artmış poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması, bütün mənalarda, məsuliyyət və iradə tələb edib, poçt əməkdaşları bu işi uğurla həyata keçiriblər.

Mütəxəssislər bildirirlər ki, 1945-ci ildə Poçt Ekspedisiyası təşkil edilib və bu da beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına və yaxşı nəzarət edilməsinə imkan yaradıb.

200 illik böyük yol qət edən Azərbaycan poçt rabitəsinin fəaliyyətini necə dəyərləndirmək olar?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən bilgiyə görə, Azərbaycanda poçt rabitəsinin inkişafı, daha geniş şəbəkələri, əraziləri əhatə etməsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilənə görə, Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikada 300-dən çox poçt şöbəsi binası tikilib.

Məlumatlara görə, XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb.

Bu gün yüksək keyfiyyətlə poçt və bank-maliyyə xidmətləri göstərən milli poçt operatoru “Azərpoçt” MMC var.

Bu gün Azərbaycan dövləti poçt sisteminin inkişafına böyük təkan verir. Hazırda “Azərpoçt” MMC-nin tərkibinin 70 filialdan, o cümlədən 63 rayon-şəhər filialından, 7 rayon rabitə qovşağı, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” rabitə müəssisəsi, Mərkəzi Xüsusi Rabitə İdarəsi və Texniki Xidmət Mərkəzindən ibarət olduğunu deyən mütəxəssislər bildirirlər ki, poçt filiallarının tabeliyində olan 1497 poçt şöbəsi (o cümlədən 1141 kənd poçt şöbəsi) əhaliyə və hüquqi şəxslərə xidmət göstərir.

Qeyd edilənə görə, sahə üzrə fəaliyyət göstərən bir sıra nüfuzlu təşkilatların üzvü olan “Azərpoçt” Ümumdünya Poçt İttifaqının EMS (sürətli poçt xidmətləri) kooperativi tərəfindən dünyanın 160-dan çox poçt operatorları arasında sürətli poçt xidmətinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 9 dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.

Məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevral ayının 10-dan “Şəbəkə” layihəsinin tətbiqinə başlayıb. Ənənəvi poçt şöbələrində məktubların, teleqramların, banderol, kiçik paket və bağlamaların göndərilməsi və qəbulu, sürətli poçt xidməti, poçt-maliyyə əməliyyatları, pulköçürmələr, kommunal ödənişlərin qəbulu, sığorta ödənişlərinin qəbulu və s. həyata keçirildiyi halda, “Şəbəkə” mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur.

Qeyd edək ki, “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələr, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Hazırda respublika üzrə 7 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, yəni Səbail, Yasamal (2), Binəqədi və Xəzər rayonlarında, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.

Nazirliyin məlumatına görə, “Şəbəkə” xidmətinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin respublikanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır.

İKT üzrə ekspert Füzuli Məmmədov qeyd etdi ki, Azərbaycan rabitəsi 200 ildə çox yüksək nailiyyətlərə sahib olub. Onun sözlərinə görə, bu gün ölkədaxili və ölkəxarici istiqamətdə poçt daşınmaları həyata keçirilir. O bildirdi ki, ölkə üzrə mövcud olan bütün poçt şöbələri, filialları insanlara yorulmadan xidmət göstərirlər. Onun bildirdiyinə görə, respublikanın Poçtdaşıma Mərkəzi bazar ertəsindən başqa, hər gün 6 istiqamətdə - Bakı-Quba-Qusar, Bakı-Balakən-Zaqatala, Bakı-Bərdə-Tərtər , Bakı-Qazax, Bakı-Horadiz şəhəri (Füzuli rayonu), Bakı-Astara marşrutları üzrə poçt daşımalarını həyata keçirir. Naxçıvan Muxtar Respublikası əhalisinə isə hava nəqliyyatı vasitəsilə xidmət göstərən poçt əməkdaşları Neft Daşları və Cilov adasında da yaşayan, işləyən insanları yaddan çıxarmır: “Azərbaycan poçtu 200 ildir yorulmadan insanların xidmətində durur. Deyərdim ki, poçt rabitəsi günü-gündən inkişaf edir, daha üstün texnologiyalara malikdir. Hesab edirəm ki, 200 illik bir müddətdə Azərbaycan poçtu həm lokal, həm də beynəlxalq səviyyədə böyük işlər görüb. Sözsüz ki, poçtun inkişafından danışarkən burada bu sahəyə göstərilən dövlət qayğısını da qeyd etməliyik. Son illər poçt işi daha sürətlə inkişaf edir. Bu gün məktubların, pul vəsaitlərinin və s. daşınmasında heç bir problemlə üzləşilmir. Keçən əsrin 90-cı illərində ölkəmizdə yaşanan qısa böhran dövründə də Azərbaycan poçtu bütün mümkün imkanlardan istifadə edərək insanlara xidmət göstərib. Təbii ki, Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə poçt rabitəsi işində böyük yüksəliş və inkişaf  baş verdi. Bu gün də cənab Prezident İlham Əliyev poçt rabitəsinin inkişafına böyük töhfələr verir. Onun qayğısı sayəsində poçt işi daha da inkişaf edir”.

İKT üzrə ekspert Şaiq Muradovun fikrincə də yarandığı 200 il dövründə Azərbaycan poçtu böyük inkişaf yolu keçib və poçt sistemi günü-gündən dünya standartlarına yaxınlaşıb: “Azərbaycanda poçt sistemi inkişaf edir. Bu illər ərzində bir sıra poçt yenilikləri baş verib. Poçt sistemində yeni texnologiyaların tətbiq edilməsi bu sahənin yeniliyə, müasirliyə inteqrasiya etdiyini göstərir. Bu baxımdan poçtun fəaliyyətinə müsbət yanaşıram. Bu addımlara münasibətim yaxşıdır. Ancaq bununla belə, müəyyən məsələlər var ki, onların poçt sistemində oturuşmasına ehtiyac var. Poçtumuzun dünyada gedən qlobal poçt yeniliklərinə qoşulmasını arzu edirəm. Azərbaycan poçt rabitəsinin kommersiya yönündə inteqrasiya etməsi vacib məsələdir. Beynəlxalq çatdırılmalar Avropada, Amerikada xüsusi poçt xidməti ilə həyata keçirilir. Amerikanın DSBS xidməti dövlət qurumudur, onlar kommersiya həllərinə və sahibkarlara rahat inteqrasiya imkanları, işlərinə dəstək verirlər. Yəni bizim poçt sistemində də bu tip inteqrasiyaları görmək istərdim. Yeni dövrdə yaşayırıq və müasir dünyanın biznes tələbləri ilə ayaqlaşmaq lazımdır. Bu yeni sistemlər poçt sisteminə xeyli vəsait cəlb edə bilər. Düzdür, Azərbaycan poçtunda daşınma işi həyata keçirilir. Ancaq mən müasir inteqrasiyanı nəzərdə tuturam. Azərbaycan poçtunun gördüyü işlər alqışlanmalıdır və təqdirəlayiqdir. Ancaq poçt sistemimizdən gözləntilərim də var”.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ