Nəsimi rayon İcra Hakimiyyəti 1Iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibətilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə parkında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan uşaqlar üçün nahar süfrəsi açılıb və hədiyyələr paylanıb. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənib.
Tədbirdə “Günay” uşaq teatrının kollektivi də uşaqlar qarşısında rəqslər ifa edərək onlarla birlikdə əylənib.
Baki-xeber.com