Bazar günü günü, 15 noyabr 2026
     

Vətən səcdəgahı, onun uğrunda döyüşmək alın yazısı idi... - FOTO

Image


Müharibə hər bir xalq üçün öz mövcudiyyətini, yaşadığı ərazini qoruya bilmək və düşmənin təcavüzünü dəf etmək sınağı ilə üz-üzə qalması deməkdir. Bu sınağın əsas ağırlığı Vətənin müdafiəçisi olan hərbi qulluqçuların üzərinə düşür. Qarabağ müharibəsində Vətən torpağını müqəddəs səcdəgahı bilib, qeyrətlə, cəsarətlə, ölüm xofu qarşısında büdrəmədən düşmənlə vuruşan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yüzlərlə hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb. Onlardan biri - igid hərbi qulluqçu gizir Maşıyev Nemət Mütəllim oğlunun döyüş yolu hərbi hünər və ləyaqət nümunəsidir.

N.Maşıyev 26 sentyabr 1972-ci ildə Vətənimizin dilbər guşəsi olan Lerik rayonunun Şinəband kəndində dünyaya göz açıb. Mütəllim Maşıyev və Balabəyim Musayevanın qurduğu xoşbəxt ailədə 8 oğul və 1 qız övladı doğulub. Bu övladlar öz halal zəhməti, xeyirxahlığı ilə el-oba arasında hörmət qazanmış valideynlərindən əxz etdikləri müsbət keyfiyyətlərlə vətənpərvər ruhda böyüyərək formalaşıblar. Ailədə hər bir övladın öz xarakteri olduğu kimi, Nemət də özünəməxsus fərdi cəhətləri ilə fərqlənib. O, yeniyetməlik çağlarından cəsarətli və qətiyyətli olub. İdmana maraq göstərib, fiziki hazırlığına ciddi diqqət yetirib, həmişə öz gücünə güvənib. Yoldaşlıq etməyi bacaran və yoldaşlarına dəyər verən gənc kimi tanınıb.

Nemət 8 il Bakının Mərdəkan qəsəbəsindəki 3 saylı internat məktəbində, 2 il isə Lerik rayonunun Nuravud kəndindəki orta məktəbdə təhsil alıb. Müəllim peşəsinə rəğbətlə yanaşan Nemət təəssüf ki, ali təhsil almaq arzusuna qovuşa bilməyib.

Onu da qeyd etməyi vacib bilirəm ki, Nemətin babası, atasının əmisi, anasının əmiləri II Dünya Müharibəsində faşistlərə qarşı vuruşublar, onlar ön cəbhədən geri qayıtmayıblar. Ailədə o müharibədən geri dönməyənlər həmişə ehtiramla anılıb. Bu amil də Nemətin mənəvi tərbiyəsinə təsirsiz qalmayıb.

1990-cı ilin oktyabr ayında N.Maşıyev Lerik Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsi) tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. SSRİ Silahlı Qüvvələrinin Ukrayna Respublikasının tərkibindəki Krımın Aluşta şəhərində yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Bu hərbi hissədən Simferopoldakı çavuşlar məktəbinə göndərilib. Oranı bitirdikdən sonra ona “mladşiy serjant” (kiçik çavuş) hərbi rütbəsi verilib. O, Ukraynada hərbi xidmətinin sonunadək “serjant” (çavuş) hərbi rütbəsinədək yüksəlib. Hərbi inşaat təyinatlı həmin hərbi hissədə fərdi keyfiyyətləri nəzərə alınaraq, Nemətə bölüyün starşinası (bölüyün başçavuşu) vəzifəsini icra etmək də həvalə olunub. Bu vəzifənin öhdəsindən bacarıqla gəlib.

Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində başlayan Qarabağ müharibəsi 1990-cı illərin əvvəllərində daha da qaynar mərhələyə qədəm qoymuşdu. Həmvətənlərimizin doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrimizin işğala məruz qalması gerçəkliyində Nemət xalqımızın fədakar oğlu kimi respublikamızdan uzaqda rahat qala bilməzdi. 1992-ci ilin fevral ayının 26-da baş vermiş Xocalı soyqırımı onu da dərindən sarsıtmışdı. Beləliklə, 1992-ci ilin mart ayında birdəfəlik Azərbaycana qayıtmağı, torpaqlarımızın müdafiəsində iştirak etməyi qəti qərarlaşdırıb. Həmin ay respublikamıza qayıtmış Nemət burada vəziyyətin nə qədər gərgin olduğunun, hərbi kadrlara ehtiyac yarandığının şahidi olur. O, hərbi xidmətə çağırılması üçün hərbi komissarlığa yazılı müraciət edir. Bir müddət gözləməli olur. Çünki o vaxt respublikada qarışıqlıq idi, hərbi qurumlar yeni formalaşırdı. Ailəsinin və döyüşçü yoldaşlarının verdikləri məlumata görə, 1992-ci ilin may ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarına qəbul olunub. Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin tərkibində hərbi xidmətini davam etdirməsi onun həyatında yeni bir səhifə açdı. Belə ki, Nemət öz respublikamızda, üçrəngli bayrağımız altında, müstəqil dövlətimizə sadiq olacağına and içərək hərbi xidmət keçməsinə böyük qürur hissi ilə yanaşırdı.

“N” saylı hərbi hissənin tərkibində Zəngilan rayonu ərazisində erməni işğalçılarına qarşı döyüşlərə atılan Nemət ön cəbhəyə qədəm basdığı ilk gündən çətin sınaqlara mənən hazır idi. Bu, onun möhkəm iradəsindən, şəxsi ləyaqət hissindən irəli gəlirdi. Nemət Zəngilanın müdafiəsi uğrunda döyüşlərdə şücaət nümunələri göstərib. Onun döyüş yolu Zəngilanın Günqışlaq, Ağkənd, Seyidlər, Dərəli, Canbar, Nəcəflər, Bürünlü, Qazançı, Şayıflı, Qaragöl və digər kəndlərindən, habelə bir sıra yüksəkliklərdən (Ayı daşı, Nəbi daşı, Şişqaya) keçib. Həmin döyüşlərdə o, igidlik göstərərək ön cəbhənin təmas xəttində düşmənin onlarla hərbçisini, müdafiə postları və atəş nöqtələrini məhv edib. Döyüşçü yoldaşlarını döyüşlərin gedişində çətin vəziyyətlərdən çıxarmağı da bacarıb.

Nemətlə birgə döyüş yolu keçmiş Daxili Qoşunların veteranı, ehtiyatda olan zabit Əhməd Novruzov mənimlə söhbətində onu ehtiramla xatırladı: “Daxili Qoşunların Zəngilanda erməni işğalçılarına qarşı vuruşmuş hərbi qulluqçularının hər biri, sözün əsl mənasında, cəngavər idi. O vaxt Zəngilanda yerləşmiş hərbi hissəmizin şəxsi heyəti düşmənə sarsıdıcı zərbələr vurub.

N.Maşıyev çətin döyüş sınaqlarından keçmiş, ölümdən qorxmayan, öz cəsurluğu ilə döyüşçü yoldaşlarına örnək olan, onlara gərgin anlarda ürək-dirək verən, qeyrətli bir hərbi qulluqçu idi. Hərbi hissənin şəxsi heyətindən döyüşlərə cəlb olunan müvafiq qruplardan birinə N.Maşıyev rəhbərlik edib. O, həmişə qətiyyətlə vuruşub, əraziyə yaxşı bələd olması, ağır vəziyyətdə belə özünü itirməməsi, döyüş ruhu sayəsində qarşıya qoyulmuş məqsədi reallaşdırmağı bacarıb. Nemət həmişə döyüşçü yoldaşlarını qorumağı, mümkün olduğu dərəcədə şəxsi heyət arasında itkiyə yol verilməməsini düşünüb. Təbii ki, müharibə itkisiz olmur və Nemət döyüşçü yoldaşlarının həlak olmasından çox sarsılırdı. O, fədakar hərbi qulluqçu kimi son nəfəsinədək vuruşdu və biz onu həmişə belə xatırlayacağıq”.

1993-cü ilin yanvar ayından Daxili Qoşunların Zəngilan rayonunda ayrıca hərbi hissəsi (1993-cü ilin oktyabr ayında Zəngilan rayonunun işğalından sonra fəaliyyəti dayandırılıb, şəxsi heyəti digər hərbi hissələrin tərkibində hərbi xidmətini davam etdirib) formalaşdırılıb. Biləcəridəki “N” saylı hərbi hissənin buraya göndərilərək döyüşlərdə iştirak edən şəxsi heyəti yeni hərbi hissənin tərkibinə daxil olub. Fədakar zabit Əkbər Hüsüyevin o vaxt komandir olduğu bu hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarını mətinliklə yerinə yetirib.

Daxili Qoşunlar Komandanının 1993-cü il 1 mart tarixli, 171 nömrəli əmri ilə N.Maşıyevə “gizir” hərbi rütbəsi verilib. O, “N” saylı hərbi hissədə məsul vəzifəni yerinə yetirməklə yanaşı, həmişə döyüş tapşırıqlarının yerinə yetirilməsinə can atıb.

Daxili Qoşunların veteranı, ehtiyatda olan gizir Seymur Qurbanov döyüşçü yoldaşı olmuş N.Maşıyev haqqında xatirələrində maraqlı məqamlara toxunub: “Zəngilan xatirimdə dərin iz buraxıb. Bu gün qismətimə yazılmış xoşbəxt bir ailəmin təməli də məhz bu müqəddəs Vətən torpağında qoyulub.

Bir əhvalatı qeyd etmək istəyirəm. Qoy indiki gənclər əsl dostluğun necə olduğunu bilsinlər. Döyüşçü yoldaşım N.Maşıyev o vaxt mənimlə birgə Biləsuvara gəlib, burada mənə sevdiyim qızı qaçırtmaqda kömək etdikdən və Zəngilana yola saldıqdan sonra doğma rayonu Lerikə gedəcəkdi. Zəngilanda olanda işlərimizi belə planlaşdırmışdıq. Lakin qızı qaçırtdıqdan sonra mənim üçün yolda hər hansı bir problem yarana biləcəyindən ehtiyat edib, Lerikə getməkdən imtina etdi və “... Seymur, qoy gedək Zəngilana, sənin məsələni problemsiz həll edək, mən sonra, başqa bir zamanda Lerikə gedərəm...” - dedi. Mən razılaşmayıb, nə qədər çalışdımsa da, onu inadından döndərə bilmədim. Biz birlikdə Zəngilana gəldik. Lakin təəssüflər olsun ki, Lerikə qayıtmaq Nemətə qismət olmadı... Mənim toy mərasimimdən bir müddət sonra lənətə gəlmiş ermənilərin Qaragöl kəndinə hücumu zamanı Nemət qəhrəmancasına şəhid oldu. Nemət əsl dost idi”.

İgid hərbi qulluqçunun xatirəsini qəlblərində yaşadan digər döyüşçü yoldaşları: ehtiyatda olan baş gizir Elçin Cəfərov və ehtiyatda olan gizir Sərvər Cəfərov da onun vətənsevərliyini, döyüşkənliyini, hərbçi dəyanətini xüsusi vurğuladılar. Belə oğulların döyüş yolunun bugünkü gənclərə dəyərli nümunə olduğunu qeyd etdilər.

Nemətin son döyüşü 15 may 1993-cü ildə Zəngilanın Qaragöl kəndi ərazisində olub. Həmin gün erməni işğalçıları tərəfindən hərbi hissənin şəxsi heyəti, avtomobil texnikası, yerləşdiyi şəhərcik artilleriya və zirehli texnikalardan şiddətli atəşə məruz qalıb. Hərbi hissəyə məxsus yanacaq daşıyan avtomobilin alışıb yandığını görən Nemət bir neçə hərbi qulluqçu ilə cəld onu söndürməyə atılıb. Həmin avtomobilin dayandığı yerin yaxınlığında silah anbarı yerləşirdi. O, yanğını söndürməklə böyük təhlükənin qarşısını alıb, lakin əraziyə aramsız atılan mərmilərdən birinin qəlpələrinə tuş gələrək bədəninin müxtəlif nahiyələrindən ağır yaralanıb və yerindəcə həlak olub. Həmin anda daha bir döyüşçümüz şəhid olub, hərbi hissə komandiri Ə.Hüsüyev isə yaralanıb.

21 may 1993-cü ildə tərtib edilmiş IV-JQ 365194 nömrəli ölüm haqqında şəhadətnamədə də gizir N.Maşıyevin 15.05.1993-cü il tarixdə Zəngilan rayonunun Qaragöl kəndi ərazisində tank mərmisinin partlayışından bədənin çoxsaylı qəlpə yaraları, aşağı ətrafların magistral qan damarlarının zədələnməsi, vətərlərin qırılması nəticəsində həlak olduğu barədə qeydlər öz əksini tapıb. 

Gizir N.Maşıyev doğma yurdu Şinəband kəndində dəfn olunub. Kənd orta məktəbinə şəhidin adı verilib. Dövlətimiz tərəfindən şəhidin ailəsinə müavinət təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2008-ci il tarixli, 2727 nömrəli Sərəncamı ilə gizir N.Maşıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Bu medal Daxili Qoşunların Baş İdarəsində keçirilən mərasimdə şəhidin qardaşı Əhməd Maşıyevə təqdim edilib. Ə.Maşıyev veterandır, Əfqanıstan müharibəsinin iştirakçısıdır. 

Şəhid hərbi qulluqçumuz haqqında bu günədək ayrı-ayrı kitab (A.Kərimli, “Zəngilan şəhidləri”, 1994-cü il, İ.Şükürlü, “Ölsəm inanma”, 1996-cı il) və qəzetlərdə (“Cümhuriyyət” qəzeti, №24, 11.06.1993-cü il, “Lerik” qəzeti, №26, 17.07.1993-cü il, “Səhər” qəzeti, №60, 26.05.1994-cü il və s.) məqalələr dərc edilib.

Nemətin atası Mütəllim Maşıyev ömrünün son gününədək həm onun, həm də Bakı Metrosunda 1995-ci ildə baş vermiş faciəvi hadisə zamanı həlak olmuş oğlu Mahirin itkisinin ağrı-acısı ilə yaşayıb.

Nemət ailə üzvlərinin, döyüşçü yoldaşlarının, bütün onu tanıyanların xatirəsində yaşayacaq və ehtiramla anılacaq. İgid oğullar heç vaxt unudulmur.

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ