Bazar günü günü, 15 noyabr 2026
     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Image


İnsanın mənəvi tərbiyəsinin özülü uşaqlıqdan qoyulur. Belə demək mümkündürsə, uşaq bir fidandır, onu elə inkişaf etdirmək lazımdır ki, düzgün formada böyüsün. Əgər o fidanı lazımi səviyyədə inkişaf etdirməsək, əyri bitəcək və ondan heç kəs fayda görməyəcək. 

Uşaqların fiziki və mənəvi inkişafında təlim-tərbiyə əsas komponentdir. Xalqımızın əzəmətli oğlu, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin uşaq və gənclərin fiziki tərbiyəsi ilə bağlı söylədiyi fikirlər bu gün də öz siqlətini qoruyur: “İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idmana çox böyük yol açmışıq. Gənclər gərək fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək biliyə, əxlaqa, tərbiyəyə, yüksək elmə malik olsunlar”. Bu dəyərli və qiymətli fikirlər Azərbaycan uşağının, gəncinin yoluna saçılan bir işıqdır. Onlar o işığı tutub daha böyük uğurlara imza atmaqdadırlar.

Ölkəmizdə zaman-zaman uşaq və gənclərin fiziki və mənəvi inkişafı diqqət mərkəzində olub. Müstəqillik əldə edildikdən sonra isə bu sahəyə daha böyük diqqət, qayğı göstərilib. Azərbaycan uşağı, gənci həm fiziki, həm də mənəvi baxımdan inkişaf edir. Bu inkişaf sağlam təməllər üzərində qurulduğu üçün, özünü ən yüksək səviyyədə təsdiqləyə bilir.  

Bu gün uşaq və gənclərimizin fiziki və mənəvi inkişafını şərtləndirən yüzlərlə hadisə, uğurlar var. Uşaqların fiziki tərbiyəsinin inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Orta ümumtəhsil məktəblərində həyata keçirilən hərbi-vətənpərvərlik oyunları, müxtəlif idman yarışları uşaqların fiziki sağlamlığının rəhninə çevrilib. Bu gün orta ümumtəhsil müəssisələrində uşaq və yeniyetmələrin vətənpərvər ruhda, dövlətimizə, xalqımıza məhəbbətlə böyümələri üçün müxtəlif işlərin görüldüyünün şahidiyik. Məlumdur ki, son bir neçə ildə orta ümumtəhsil məktəbləri şagirdləri arasında keçirilən “Şahin” hərbi-vətənpərvərlik oyunları şagirdlərdə mənəvi, fiziki tərbiyənin formalaşmasında önəmli rol oynayır.

Elə bir neçə gün əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hərbi idman bayramı keçirilib.

Onu da vurğulayaq ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən hərbi idman bayramının əsas məqsədi hərbi-fiziki hərəkət və oyunları tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdir.

Sözsüz ki, hər bir şagird gələcəkdə Vətənə layiqli əsgər və yetkin vətəndaş olmalıdır. Belə tədbirlər bugünkü uşaq və gənclərin gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafının yüksək şəkildə həyata keçirilməsi üçün respublikamızda dövlət başçısı tərəfindən hər cür şərait yaradılıb. Bu gün respublikamızın paytaxtı da daxil olmaqla Azərbaycanın hər bir rayonunda, qəsəbəsində uşaq idman məktəbləri, fiziki tərbiyə mərkəzləri, idman klubları fəaliyyət göstərirlər. Bu da uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün böyük əhəmiyyət daşıyır. Uşaq və gənclər bu idman məkanlarında idmanın ən müxtəlif sahələri ilə məşğul olurlar. Onu da vurğulayaq ki, idman klubları arasında keçirilən açıq birinciliklər, eləcə də yoldaşlıq görüşləri uşaq idmançıların həyatında mühüm rol oynayır, onların gələcəkdə peşəkar idmançı olmasına şərait yaradır.  

Qeyd edək ki, Prezident İlham Əliyev uşaq və gənclərimizin fiziki və mənəvi cəhətdən inkiaf etməsinə, onların sağlam ruhlu tərbiyə olunmasına böyük dəstək verir. Prezident İlham Əliyev çıxışlarından birində “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrini söyləməklə ölkədə həyata keçirilən yüksək siyasətin qayəsini hər kəsə bəlli edib. Prezident respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür. Bununla yanaşı, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır.

Onu da bildirək ki, uşaq və gənclərin milli vətənpərvərlik hissinin formalaşdırılması istiqamətində həyata keçirilən işlər sırasında olan, ölkə başçısının tapşırığı ilə reallaşdırılan “Ölkəmizi tanıyaq” tur-aksiyası böyük əhəmiyyədə malikdir. Bu barədə tanınmış təhsil eksperti, tarixçi-alim Kamran Əsədov çox yüksək fikirlər bildirib: “İlk növbədə qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları təşkil edilir. Hesab edirəm ki, bu layihə həqiqətən də respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisədir və məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verir”.

Onu da vurğulayaq ki, uşaqlarda dövrün tələbinə uyğun əxlaqi keyfiyyətlərin inkişafı üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyəti getdikcə güclənir. Müsbət əxlaqi keyfiyyətlərin mahiyyəti, məqsədi, məzmunu və əhəmiyyətini düzgün dərk etmək üçün əxlaqın necə yarandığını bilmək zəruridir.

Azərbaycan Respublikasında uğurlu gənclər siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub və ondan miras qalan siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı son 10 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı bir sıra göstərişlər, sərəncamlar verib və bu da onu deməyə əsas verir ki, gənclər, onların təhsili, tərbiyəsi, mənəvi və fiziki inkişafı, fəaliyyəti daim ölkə başçısının diqqətindədir. Onu da vurğulayaq ki, paytaxtımızın 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2015-ci il Birinci Avropa Oyunları, 2016-cı il şahmat üzrə Dünya çempionatı, 2017-ci il İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərə evsahibliyi etməsi ölkədə bu sahədə aparılan dinamik işin təzahürü və həm də gənclər siyasətinin uğurlu davamıdır.

Onu da qeyd edək ki, bu gün gənclərmiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları bütün dünyaya fəxrlə nümayiş etdirirlər. Bu gün yüzlərlə istedadlı gənc Prezidentin qayğısını öz üzərində hiss edir və qazandıqları uğurları doğma vətənimizə ithaf edirlər. Onu da vurğulayaq ki, ölkə başçısının müvafiq sərəncamı ilə  mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə fəaliyyət göstərən gənclər mükafatlara layiq görülür, təqaüdlər alırlar. Bu da onların yaradıcılığına, fəaliyyətinə güclü təkan verir. Bu da faktdır ki, Azərbaycan gənclərinin dünyanın tanınmış ali məktəblərində dövlət dəstəyi ilə təhsil alması, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora etibarının nəticəsidir. Gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilir.

Onu da qeyd edək ki, gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan biri 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramıdır. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin - 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi” barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu.

Sevindirici haldır ki, bu gün respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir. Bundan başqa, Azərbaycan gəncləri beynəlxalq səviyyəli bilik, intellekt yarışlarında da öz bilik və bacarıqları, istedadları ilə fərqlənirlər.

Bu gün Azərbaycan gənci həm bir vətəndaş, həm də bir vətən əsgəri, zabiti kimi ölkəmizin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün qorunması sahəsində fədakarlıq göstərir. Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinin inkişafına böyük qayğı və diqqət olmasaydı, təbii ki, biz xalq olaraq öz gələcəyimizdən nigaran qalardıq. Ancaq dövlətin həyata keçirdiyi uğurlu uşaq və gənclər siyasəti nəticəsində ölkəmizdə milli düşüncəli, fiziki və mənəvi baxımdan sağlam nəsil formalaşır. Azərbaycan uşaq və gənclərinin sabahımıza daha ümidlə getməyə yolları açıqdır. Uşaq və gənclərimizin yolu hər zaman açıq olsun!

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ