Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsi saxlanıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.
DGK Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.