Bazar günü günü, 15 noyabr 2026
     

Nərgiz Paşayeva Nizami Gəncəvi... Elm Mərkəzinə Oksford Universitetində daimi təşkilat statusu təmin etdi

Image


Şahin Bağırov: “Bu, Azərbaycan mədəniyyətinin, humanitar sahəsinin, əsasən isə elminin dünyaya daha sürətlə inteqrasiya etməsinə təkan verən bir kontraktdır”
Qiymət Məhərrəmli: “Belə bir mühüm sənədin, müqavilənin imzalanmasını Azərbaycan mədəniyyətinə, elminə, humanitar irsinə dəyərli töhfə hesab edirəm”
Zülfiyyə Eldarqızı: “Fikrimcə, bu, Azərbaycan və İngiltərə arasında mədəni, humanitar, elmi əlaqələrin daha da möhkəmlənməsi sahəsində atılan mühüm addımlardan biridir”

 

Son dövrlər Azərbaycanla xarici ölkələr arasında elmi, mədəni və humanitar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Sözsüz ki, qarşılıqlı əlaqələr nəticəsində əldə edilən uğurlar elmin, humanitar sahənin, mədəniyyətin inkişafına böyük təkan verir. Bunun nəticəsidir ki, Azərbaycanın mədəni irsi, zəngin elmi potensialı beynəlxalq aləmdə tanınır.  

Məlum olduğu kimi, may ayının 23-də İngiltərə və Azərbaycan arasında elmi, mədəni və humanitar sahədə əməkdaşlıqla bağlı uğurlu bir addım atılıb.

Mətbuatın yazdığına görə, 2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin universitetin tərkibində daimi movcudluğu haqqında kontrakt imzalanıb. 

Onu da vurğulayaq ki, imzalanma mərasimi universitetin protokoluna əsasən, XV əsrdə yaradılmış Klarendon Kollecində keçirilib. Kontraktı Oksford Universiteti tərəfindən universitetin vitse-kansleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin üzvü professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva imzalayıb. İmzalanmış müqaviləyə əsasən, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik mərkəz olaraq, universitetin ayrılmaz bir hissəsi kimi, daimi fəaliyyət göstərəcək.

Bildirilənə görə, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Oksford Universitetində yüksək statuslu elmi-akademik mərkəz olaraq, universitetin ayrılmaz bir hissəsi kimi, bu qədim və dünyada tanınmış təhsil ocağında daimi fəaliyyət göstərməsinin rəsmiləşdirilməsi mərkəzin akademik uğurundan irəli gəlir. Nəticə olaraq, bu proses 2013-cü ildən həyata keçirilməyə başlanan, Azərbaycanın və Qafqazın dil, mədəniyyət və tarixini öyrənmək üçün nəzərdə tutulan beşillik elmi-tədris və tədqiqat proqramına əsaslanır. Artıq mərkəz Oksford Universitetinin daimi bir hissəsi kimi beynəlxalq elmi çevrələr, müəssisələr və intellektual informasiya daşıyıcıları tərəfindən şərtsiz qəbul olunur.

Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin universitetin tərkibində daimi movcudluğu haqqında kontraktın imzalanmasını Azərbaycan elminin, mədəniyyətinin böyük uğuru sayan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi, dossent Şahin Bağırov hesab edir ki, bu, Azərbaycan elminin, mədəniyyətinin, humanitar siyasətinin dünyaya inteqrasiyasını daha da sürətləndirəcək. Alimin fikrincə, bu gün Azərbaycan dilinin, mədəniyyətinin, mühitinin dünya çapında daha çox təbliğinə ehtiyac var. O qeyd etdi ki, bu sahədə uzun illərdir dövlət səviyyəsində məqsədyönlü işlər görülür və professor Nərgiz Paşayevanın da imzaladığı kontrakt bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsidir. Onun sözlərinə görə, bu kontraktda yer alan mühüm məsələlərdən biri Oksford Universitetinin Türk Dilləri bölümündə Azərbaycanın rəsmi dili olan Azərbaycan dili ilə tanış olmaq və dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin yaradılmasına veriləcək imkanlardır.

O hesab edir ki, bu kontrakt, həmçinin, İngiltərədə Azərbaycanşünaslığın, Qafqazşünaslığın daha ətraflı öyrənilməsinə, bu sahədə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsinə, görülən işlərin təbliğ edilməsinə böyük şərait yaradır: “Mən belə bir kontraktın imzalanmasını olduqca mühüm hadisə hesab edirəm. Fikrimcə, bu, Azərbaycan mədəniyyətinin, humanitar sahəsinin, əsasən isə elminin dünyaya daha sürətlə inteqrasiya etməsinə təkan verən bir kontraktdır. Bu, elm sahəsində mübadilənin daha geniş səviyyədə həyata keçirilməsinə vasitə olacaq bir hadisədir. Avropanın elmi təcrübəsinin Azərbaycanda reabilitasiya olunmasında bu kontraktın rolu danılmazdır. Bu olduqca mühüm bir addımdır. Bilirsiniz ki, bu eyni zamanda mədəni, humanitar, elmi sahədə gənc mütəxəssislərin yetişməsinə böyük şərait yaradacaq. Avropa üçün Qafqazı öyrənmək, Azərbaycana bələd olmaq, buradakı mədəni, elmi mühiti araşdırmaq hər zaman maraqlı olub. Nərgiz xanım son illər Azərbaycan elminin təbliği istiqamətində çox mühüm işlər görür. Onun rəhbərlik etdiyi ali məktəb də öz gözəl cəhətlərinə görə örnəkdir”.

Ş.Bağırovun sözlərinə görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan böyük elmi mərkəzlə qurulan əlaqə mədəniyyətimizə, elmimizə böyük töhfədir.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də  hesab edir ki, professor Nərgiz Paşayevanın və Oksford Universitetinin vitse-kansleri Luiz Riçardsonun imzaladıqları müqavilə Azərbaycanın və Qafqazşünaslığın öyrənilməsində, təbliğində böyük rol oynayan hadisədir: “Zəngin  mədəniyyətə malik olan Azərbaycan dövləti Cənubi Qafqazın mühüm dövlətlərindən biri kimi həmişə dünyanın diqqətində olub. Bu da sirr deyil ki, Azərbaycan qədim mədəniyyətə malikdir. Məlumdur ki, neçə-neçə əsrdən başlayaraq ölkəmiz Şərqin mühüm elmi mərkəzlərindən biri olub və bu gün də o statusu qorumaqdadır. Nərgiz xanımın iştirakı ilə belə bir mühüm sənədin, müqavilənin imzalanmasını Azərbaycan mədəniyyətinə, elminə, humanitar irsinə dəyərli töhfə hesab edirəm. Düşünürəm ki, bu kontrakt Azərbaycan elmi, mədəniyyəti, humanitar əlaqələri sahəsində mühüm addımların atılmasına səbəb olacaq. Artıq kontraktın bəndlərindən də məlumdur ki, bu sahədə genişmiqyaslı işlər görüləcək. Əlbəttə, müqaviləyə qədər tarix, ədəbiyyat, mədəniyyət, elm və digər sahələrdə də işlər aparılıb. Yaxın gələcəkdə isə bu sahənin daha çox uğurlarına şahidlik edəcəyik”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı da bu mühüm hadisəni təqdir edir. Alim hesab edir ki, dünyada ən anlaşılan dil mədəniyyət dilidir və mədəniyyətin yaratdığı körpü zamanların sınağından vüqarla çıxa bilir: “Hər bir görülən işin, həyata keçirilən layihənin arxasında böyük bir zəhmət durur. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği, tanıdılması, öyrədilməsi istiqamətində görülən bütün uğurlu işlər də təmənnasız zəhmətin nəticəsidir. Avropanın mərkəzində, dünyanın ən məşhur ali təhsil ocağı olan Oksford Universitetində fəaliyyətə başlayan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin daimi movcudluğu haqqında kontrakt imzalanmasını humanitar sahənin inkişafında mühüm addım hesab edirəm. Azərbaycan müxtəlif xalqların yaşadığı, azad, sərbəst şəkildə öz mədəniyyətini qoruduğu, inkişaf etdirdiyi tolerant və multikultural bir ölkədir. Azərbaycanda mövcud olan multikulturalizm ənənəsinin kökü qədimdir. Bizdə olan multikulturalizm özünəməxsusdur və onun başqa xalqlar, dövlətlər tərəfindən nümunə götürülməsi vacibdir. Professor Nərgiz Paşayevanın Azərbaycan mədəniyyətinin, elminin, eləcə də humanitar düşüncəsinin inkişaf etdirilməsi, təbliği, tədrisi ilə bağlı həyata keçirdiyi işlər təqdirəlayiqdir. Fikrimcə, bu, Azərbaycan və İngiltərə arasında mədəni, humanitar, elmi əlaqələrin  daha da möhkəmlənməsi sahəsində atılan mühüm addımlardan biridir. Bu addım bizim hər birimiz üçün böyük dəyərə malikdir”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ