Mayın 24-də Bakı şəhəri, Nizami rayonu, 251 nömrəli tam orta məktəbdə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün xanım Əzizova açaraq deyib ki, ölkə prezidenti cənab İlham Əliyev 2018-ci ili Cumhuriyyət ili elan edib. Bu sərəncama əsasən, Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil idarəsinin tədbirlər planı üzrə məktəbdə silsilə tədbirlər keçirilib. Tədbirdə Nizami rayon İcra başçısının müavini Əli müəllim, 70 nömrəli məktəbin direktoru Nazim Qasımov, 250 nömrəli məktəbin direktoru Xalidə xanım İbrahimova, 277 nömrəli məktəbin direktoru Nigar xanım Hüseynova, 220 nömrəli məktəbin direktoru Tural Mirzəliyev iştirak edib. Sonra məktəb şagirdlərinin C.Məmmədquluzadənin "Kamança"əsərindən hazırladığı tamaşa göstərilib. Şagirdlərin ifasında Azərbaycan haqqında müxtəlif şeirlər söylənib. Sonda Aygün xanım qonaqları səhnəyə dəvət edib və onların tədbirlə bağlı ürək sözləri dinlənib. Aygün xanım Əzizova tədbirin hazırlanmasında əməyi olan müəllimlər Gülnarə Bədəlova və Afət Zamanovanı "Fəxri Fərman"la təltif edib.