“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihəyə yekun vurub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 8 rəy sorğusu və seminar keçirilib.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, layihə çərçivəsində keçirilmiş tədbirlərdə Azərbaycan Turizm və Menecment Universitetinin 240 nəfər professor-müəllim və tələbə heyətinin nümayəndələri iştirak edib.
Layihənin rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı Qafqaz İslam Ordusunun keçdiyi şərəfli qəhrəmanlıq yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin, keçən il nəşr olunmuş “Azərbaycan xalqının qəhramanlıq tarixi – Göyçay döyüşləri” və yaxın günlərdə işıq üzü görəcək “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” kitabları barədə də tədbir iştirakçılarını məlumatlandırılıb.
Növbəti mərhələdə keçirilimiş rəy sorğularının cavabları təhlil edilərək ümumiləşdiriləcək və layihənin yekun hesabatı hazırlanacaq.
Keçirilmiş tədbirlərdə, digər iştirakçılarla yanaşı, ATMU“İnsan resursları” şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov, , “İctimai fənlər” kafedrasının müduri, tarix elmləri namizədi, dosent İbrahim Əliyev, “Biznes idarəçiliyi” fakültəsinin dekanı, i.ü.f.d., dosent Anar Mirzəyev, tutor İlahə Əliyeva, “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı, c.ü.f.d.,dosent Rəhman Səfərov, dekan müavini, i.ü.f.d, dosent Flora Əsgərova və universitetin digər rəhbər şəxsləri iştirak edib.
Baki-xeber.com