Bazar günü günü, 15 noyabr 2026
     

Cəhridən Lələtəpəyə gedən yol... - FOTO

Image


Rasim Məmmədovun həyat hekayəsi...

 

Cəhri Naxçıvan Muxtar Respublikasının Babək rayonunun iri yaşayış məntəqələrindəndir. Ziyalılar ocağı kimi də tanınır. Neçə-neçə elm fədailəri yetişdirib, bir də Vətən fədailəri. Cəhri kənd qəbiristanlığında yan-yana iki məzar elə yoldan keçərkən uzaqdan da diqqəti çəkir.

Yüksək təpəlikdə uyuyan hər iki Vətən aşiqinin məzarı yanında şəhid qanıyla azadlıq rənginə boyanan, gücümüzün, birliyimizin, müstəqilliyimizin rəmzi olan bayraq dalğalanır. Bayrağın kölgəsində uyuyanlardan biri atadır, biri oğul. Əbdül Cəlal oğlu Məmmədov, Rasim Əbdül oğlu Məmmədov. Şir ürəkli, iti baxışlı bu doğmaları erkən torpağa qovuşduran da elə vətən sevgisidir. Ata Sədərəyə düşmən ayağı dəyməsin deyə öz ayaqlarından oldu, oğul Lələtəpədən düşmən ayağını kəsdi. Budur Vətənin fədaisi olmaq, budur torpağa  bağlılıq, budur şəhidlik-əbədiyyət! Bu kiçik torpaqda dünyaya göz açan Rasim Məmmədov Lələtəpə yüksəkliyinə qalxanacan 39 illik məsafə qət elədi. Qəhrəmanımızı Cəhridən Lələtəpəyə qədər aparan gənclərə örnək ömür yoluna nəzər salacağıq.

Rasim Əbdül oğlu Məmmədov 1977-ci il may ayının 20-də anadan olub. 1983-cü ildə Cəhri 1 nömrəli kənd tam orta məktəbinin I sinfinə gedib, 1994-cü ildə həmin məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər məktəbinə daxil olub, 2000-ci ildə məktəbi tank qoşunları komandiri  ixtisası üzrə bitirib. Mayor rütbəsinədək yüksələn Rasim Məmmədov  tank taborunun komandiri idi. 2016-cı il aprelin 4-də Füzuli istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid oldu. Ailəli idi. İki övladı qaldı...

Kənddə Rasimin ata ocağını tapmaq elə də çətin olmur. Darvaza qapısından asılan bayraq qəhrəmanımızın ünvanının göstəricisidir. Divarları Rasimlə atasının şəkilləri bəzəyir. Anası Bəsti xanımla həmsöhbət oluruq. 4 oğul anası olan Bəsti ana üçün bu itki ağırdır. Bu ağırlığı onun zərif çiyinlərində görmək mümkündür. Lakin Azərbaycan qadınına xas dəyanəti, dözümü onu daşıdığı ağırlıq altında əzilməyə qoymur. “Döyüşdə hər şey ola bilər. Kişi cəsur olar, canından da keçər, qanından da keçər, amma torpağından keçməz. Vətəni qorumaq lazımdı. Oğlum da, yoldaşım da özləri seçdilər bu yolu. Peşman deyiləm. Atası, balası vətəni sevdi, torpağı sevdi, qanından canından keçdi, ailəsindən üstün tutdu hər şeyi”. Qəhrəman bir oğulun anası deyir bu sözləri...

Torpağın hər qarışı uğrunda...

Ağır illər idi o illər. Kiçikdən tutmuş böyüyə hər kəs bir qarış torpağını qorumaq üçün can atırdı. 1990— 1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum etmişdilər. Arasıkəsilməz hücumlar nəticəsində Sədərəkdə 500-ə yaxın ev, məktəblər, inzibati binalar dağıntılara məruz qaldı. Oğullar sipər olub torpağı qorudular, geri çəkilmədilər. Çətin bir zamanda, silahın, texnikanın çatışmadığı, nizami ordunun olmadığı bir şəraitdə Sədərək müdafiə olundu. Ürəklərindəki vətən sevgisini silaha çevirən oğullar son damla qanlarına qədər döyüşdülər. Vətən uğrunda kimisi şəhid oldu, kimisi qazi. Həmin döyüşlərdə iştirak edənlər arasında Əbdül Məmmədov da vardı. Naxçıvan torpaqlarının müdafiəsi üçün ilk özünümüdafiə batalyonları yaradanlardan biri olan Əbdül Məmmədov 1992-ci ilin mayında komandiri olduğu taborla düşmən hücumunun qarşısını alarkən ağır güllə yarası alır və hər iki ayağı iflic olur.

Torpaq uğrunda şəhid və yaralıların olması gəncləri qorxutmurdu, əksinə, düşmənə nifrətlə silahlanan gənclərin əksəriyyəti həmin dövrdə  sənədlərini  hərbi məktəblərə verdi. Peşəkar bir zabit kimi Vətən torpaqlarının keşiyində durmaq naminə, atalarının, qardaşlarının, yaxınlarının qisasını almaq naminə. Atasını əlil arabasına məhkum olunmuş görən Rasimin də qarşısını artıq heç bir qüvvə ala bilməzdi. Qarşısına qoyduğu məqsədi onun yolunu Cəhridən Bakıya salır.

Anası Bəsti xanımın dediklərindən: “Rasim 9-cu sinifdə oxuyanda məktəbdə eşitmişdi ki, Sədərəkdə döyüş gedir.  Gəldi ki, maşın olsa getsəm, atama kömək edərəm. Atası vuruldu, yenə də qorxmadı bu hadisədən. Hərbini seçdi. Mən atamın yolunu gedəcəm dedi. Atası da dəstəklədi, dedi kişi işidi, gedin torpağınızı qoruyun. Düşmən əlindədi torpağımız, qaytarmaq lazımdı”.

Beləcə, Rasim atasının da xeyir-duası ilə Bakı Ali Birləşmiş Komandirlər məktəbinə daxil olur. O, hər şeydən əvvəl təhsil almaq, hərbi biliklərə yiyələnməyi qarşısına məqsəd qoymuşdu. Yaxşı döyüşçü olmaq üçün yalnız fiziki güc yetmirdi, həm də biliklə silahlanmaq lazım idi. Orta məktəbdə aldığı təlim-tərbiyə və biliyi ali məktəbdə də özünü büruzə verirdi. Nümunəvi bir kursant kimi müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanmışdı. Əynində kursant formasını qürurla daşıyırdı, çünki artıq məqsədinin astanasında idi.  Kursant yoldaşları kimi o da yaxşı anlayırdı ki, vətən torpaqlarının qorunması ən müqəddəs vəzifə kimi qarşıda durur. 2000-ci ildə ali hərbi məktəbi bitirib leytenant kimi ordu sıralarına daxil olduqda məqsəd də bəlli idi, vəzifə də. Ilk gündən vəzifəsinin icrasına şərəf və ləyaqətlə başlayan Rasim Məmmədov öz zabit yoldaşları və əsgərləri arasında da nüfuz qazanır. Ömrünün son günlərinə qədər ön cəbhədə xidmət edən Rasim Məmmədov mayor rütbəsinədək yüksəlir.

Həyat yoldaşı Samirə xanım Rasimlə bağlı xatirələrini bizimlə bölüşür: “Rasim evdə həmişə internetdən vətənpərvər mahnılar yüklədirdi. Hərbi hissəyə gedəndə həmin mahnıları əsgərlərinə dinlədirdi. Bütün hər yerə səs yayılırdı. Deyirdi qoy düşmən eşidib bağrı çatlasın. Rasimin telefonunda “Çırpınırdı Qara dəniz” mahnısı  vardı. Çox sevərdi bu mahnını. Rasim başqa məsləkdə ola bilməzdi, təsəvvür edə bilmərəm. Ancaq hərbçi”.

Masada Rasimin şəkilləri var. Samirə xanım bizimlə söhbət etsə də, gözü şəkillərdədi. Hər biri müxtəlif illərin, yaşanan günlərin xoş xatirəsi. Şəkillərə baxdıqca çöhrəsinə gah təbəssüm qonur, gah qürur, gah da iki il öncə aldığı xəbərin kədəri.

“Biz axırıncı dəfə Horadizdə olanda döyüşlər başlamışdı. Qonşulardan eşitdim. Narahat olmayaq deyə Rasim mənə təhlükə olduğunu deməmişdi. Nəsə narahatçılıq olduğunu soruşduqda da, qorxma deyib təskinlik verdi. Aprelin 1-dən 2-nə keçən gecə atışmalar başladı və biz gecəni səhərə kimi zirzəmidə qaldıq. Sonuncu danışığımızda “hər şey yaxşıdı, düşmənin anasını ağlatdıq” dedi. Aprelin  4-ü Rasimə zəng vuranda artıq telefona kimsə cavab vermədi.  Bununla da bizim həyat hekayəmiz bitdi. Bu gün biz burda yaşayırıqsa, belə vətən oğullarının sayəsindədir. Mən çox qürur duyuram ki, Rasimin həyat yoldaşıyam”.

Tarixin Aprel zəfəri

20 ildən artıqdır ki, erməni qəsbkarları torpaqlarımıza hücum edib. 1990-cı illərdə  ölkə daxilində yaşanan böhrandan, nizami ordunun olmamasından istifadə edən ermənilər torpaqlarımızın 20 faizini işğala məruz qoydular. Atəşkəsi pozmaqda davam edən ermənilər 2016-cı ilin aprel ayının 1-dən  2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutdu. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.

“B?y?k Ermənistan” yaratmaq xülyasından əl çəkməyən düşmən bu dəfə böyük məğlubiyyətə düçar oldu. Düşmən məğlub olacağını gözləmirdi. Əks halda 320-dən artıq canlı qüvvəsini itirməzdi. 4 günlük döyüşdə 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçdi. Lələtəpəyə 3 rəngli bayrağımız sancıldı.  

Ordumuzun igid zabit və əsgərləri aprel döyüşlərini tarixə şanlı qələbəmiz kimi yazdırdı.  Böyük qələbə idi. Bu qələbə düşmən ordusunu sarsıtdı. Ermənistan ordusunun gücü ilə bağlı yaranan mifləri darmadağın etdi.

Son nəfəsədək...

4 günlük bu qanlı döyüşlərdə Vətən uğrunda şəhid olanlardan biri də mayor Rasim Məmmədov olur. Rasim məqsədinə yetmişdi. Hələ məktəb yaşlarından qəlbində, ruhunda gəzdirdiyi müqəddəs bayrağı müqəddəs torpaqlara sancmışdı, həm də atasının qisasını almışdı. Lələtəpə yüksəkliyində şəhidlik zirvəsinə ucalmışdı, düşmən tapdağından azad etdiyi torpağı qucaqlayaraq. O zirvəyə yüksələndə də son gördüyü 23 illik həsrətdən sonra Lələtəpəyə sancılan azadlıq rəmzi –bayrağımız olmuşdu. Nə böyük xoşbəxtlik!

Naxçıvan camaatı şəhidini qarşılamaq üçün hava limanına axışmışdı. Vətən fədaisini elə adına layiq qəhrəman kimi də qarşıladılar. Əbədiyyətə qovuşmuş qəhrəman son mənzilə yola salındı.

Bəsti ana o günləri belə xatırlayır: “Hələ bir elə əhali olmayıb. Cəhriylə Naxçıvan arasındakı yollarda maşınlar düzülüb. İndi də kəndimizin camaatı mənə deyir ki, hələ də qulağımızdan o səs getmir. “Şəhidlər ölməz, vətən bölünməz” şüarını oxuya-oxuya Rasimi son mənzilə yola saldılar.  Rasim Cəhridən Bakıya gedəndə Əbdülün oğlu kimi getmişdi, Bakıdan Cəhriyə qayıdanda isə Azərbaycanın qəhrəman oğlu kimi qayıtdı. Mən oğlumla fəxr edirəm. O 4 günlük müharibədə itirmədi, canını fəda etdi, amma son damla qanınadək vətənini qorudu, torpağını aldı. 23 ildir Cocuq Mərcanlıda əkin əkilmirdi, həyat yox idi, insanlar elindən-obasından didərgin düşmüşdülər. Lakin bu gün Cocuq Mərcanlının büsatı bizim də qəlbimizi fərəhləndirir”. 

Necə deyərlər, ot kökü üstə bitər. Babası Cəlal Məmmədov Böyük vətən müharibəsinin iştirakçısı olmuş, orden və medallarla vətəninə qayıtmışdı. Atası Əbdül Məmmədov üçün isə oğul düşmən çəpəri idi. Əbdül Məmmədovun Vətən qarşısındakı xidmətləri yalnız Sədərəkdəki döyüşlərdə iştirakı ilə bitmirdi, o həm də özü kimi Vətən aşiqi yetişdirmişdi. Özündən sonra güclü və peşəkar zabit vermişdi vətənə. Ona Rasimin şəhid kimi geri dönməsi ilə bağlı sual verirlər. Əbdül kişi verilən sualı özünəməxsus tərzdə belə cavablandırır: “Lazım gəlsə, 3 oğlumu da Vətən torpaqlarının müdafiəsinə göndərərəm”.

24 il və 24 gün

24 il, düz 24 il müharibənin acısını daşıdı əlil arabasında, oğlunun ölümünə isə yalnız 24 gün dayana bildi. Əbdül Məmmədov ruhən güclü insan idi, fiziki sağlamlığı imkan versəydi, 24 gün nədir, daha 24 il də dayanardı əldə silah Vətən torpaqlarının keşiyində, düşmənin ayağı işğal olunmuş torpaqlardan kəsilənəcən. Lakin ayaqları sözünə baxmırdı. Yarımçıq qalan arzularının ümidgahı olan oğlu uğrunda qanını tökdüyü üçrəngli bayrağa bükülərək geri dönmüşdü. Alnıaçıq, üzüağ, mərdcəsinə, qəhrəmancasına. Adını vətən tarixinə əbədiyyən həkk etdirmişdi: Rasim Əbdül oğlu Məmmədov. Əbdülün ürəyi köksünə sığışmırdı, qəhrəmanı ilə fəxr edirdi.  Eloğlu ilə son vida mərasiminə gələn qonaqlarını yola salandan sonra ata  qəhrəmanının yanına tələsdi. Onunla bu qələbənin sevincini paylaşmaq üçün. 23 illik həsrətdən sonra azad edilən o müqəddəs torpaqların ətrini özü ilə gətirən, qələbə ruhunu daşıyan bayrağın kölgəsində uyuyan oğlunun məzarı yanında ikinci bir məzar qazıldı. Əbdül qəhrəmanının yanında dəfn edildi.

İki ildir ki, müqəddəs bayrağın kölgəsində iki Vətən aşiqi uyuyur. Ata və oğul.

Vətən uğrunda...

Xidməti dövründə Rasim Məmmədov bir sıra fəxri fərman və medallara layiq görülmüşdü. Ölümündən sonra isə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur. Həmçinin şəhidin ailəsi  Naxçıvan şəhərindəki Gənclər şəhərciyi yaşayış kompleksində  3 otaqlı mənzillə təmin olunur.

“Mən vətəni ata bildim”

İlk övladı Aysu 9-cu sinifdə oxuyur. Çox ağıllı və təmkinlidir. Dərslərini yaxşı çalışır, atasının arzusuna görə ağ xalat geyəcəyinə israrlıdır. Yaşadıqları hərbçi həyatı onları da bərkidib. Bizimlə söhbətə qoşulur: “Aprelin 3-ü anama mesaj yazmışdı ki, oğluma da, qızıma da deyin, mənimlə fəxr etsinlər. Atamın son sözləri bu olub. Qürur hissi keçirirəm ki, belə bir qəhrəmanın, belə bir igidin qızıyam. Hamı deyir ki, vətən ana deməkdi, mənsə vətəni ata bildim. Çünki atamdan öyrəndim vətəni necə qorumağı, bayrağı sevməyi. Biz özümüz də uşaqlıqdan vətən sevgisi ilə, vətənpərvərlik mahnıları ilə, vətən laylası ilə böyümüşük”.

Oğlu Asim 5-ci sinif şagirdidir. Böyüyəndə atam kimi olacağam deyir. “Onu hərbi formada görəndə həm qürur duyurdum, həm də özüm2 onun yerində hiss edirdim. Anam mənə hərbi forma trikdirib. Gündə ən azı 15 dəfə geyinib çıxarıram. (çöhrəsinə qürur qarışıq təbəssüm qonur) Geyinib güzgü qabağında özümə baxıram. Anama deyirəm ki düşmənlərdən gec tez qisasımızı alacağıq. Atamın da, bütün şəhidlərin də”.

Biz qayıdacağıq

Samirə xanım da Asimin seçimi ilə razıdır. Onun atası kimi peşəkar hərbçi olacağına inanır: “Rasim bizi Horadizdə bayraq meydanına aparardı . O hündürlükdən işğalda olan torpaqları göstərib deyirdi ki, biz gec-tez o torpaqlara qayıdacağıq. Bizim bayrağımız orda dalğalanacaq, düşmən baxıb bağrı çatlayacaq”.

Hər qarış torpaq belə müqəddəsdi, müqəddəs,
Canımızdan əzizdir bizə bu ana torpaq.
Yolumuzu gözləyir  Laçınım, Kəlbəcərim,
Şuşada dalğalansın gərək üçrəngli bayraq.
Çingizlər, Mübarizlər böyüdən bu millətin
Bir qarış torpağı da düşməndə qalmayacaq!

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ