Bazar günü günü, 15 noyabr 2026
     

Milli Kulinariya Mərkəzindən xəbərsiz kulinariya proqramları teleefirlərdə sağa-sola fırladılır...

Image


Tahir Əmiraslanov: “Hətta bəyanat vermişik ki, bizim o proqramlarla heç bir əlaqəmiz yoxdur”

“Ziyanlı işlər görən kulinariya proqramlarına heç vaxt tanınma sertifikatı, lisenziya verə bilmərik”

 

Azərbaycan televiziyalarında kulinariya verilişlərinə böyük üstünlük verilir. Hətta elə televiziya kanalı var ki, bir yox, bir neçə mətbəx proqramı təqdim edir. O proqramların səviyyəsi isə mütəxəssisləri qətiyyən qane etmir. Peşəkar kulinarlar hesab edirlər ki, TV-lərdə nümayiş olunan kulinariya verilişləri standartlara cavab vermir və bu proqramlar lisenziyasız yayımlanır.

Milli Kulinariya Mərkəzinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov isə müsahibələrindən birində qeyd edib ki, mərkəz tərəfindən cəmi 2 kulinariya verilişinə lisenziya verilib, qalan verilişlər isə standartlara cavab vermədiyi üçün qurum tərəfindən onlara lisenziya verilməyib.

Bu gün Milli Kulinariya Mərkəzinin məsləhəti, icazəsi olmadan efirə çıxan kulinariya, mətbəx verilişləri ictimaiyyət tərəfindən geniş müzakirə edilir. Orada təqdim edilən xörəklər, bişmişlər, onları bişirən, hazırlayan kulinarlar mütəxəssisləri qane etmir.

Milli Kulinariya Mərkəzi TV-lərdə fəaliyyət göstərən kulinariya verilişlərinə lisenziyanı hansı şərtlər daxilində verir? TV proqramları mərkəzdən fəaliyyət lisenziyası almağa hansı səbəbdən cəhd göstərmirlər?

Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov “Bakı-Xəbər”ə bildirdi ki, bu gün telekanallarda təqdim edilən kulinariya verilişləri milli kulinariya standartlarına cavab vermədiyi üçün onlar lisenziya ilə təmin olunmayıblar. T.Əmiraslanovun sözlərinə görə, mərkəz mütəmadi olaraq bu proqramları izləyir və standartlara cavab verən proqram varsa, onların özlərinin də xəbəri olmadan lisenziya təqdim edilir: “Biz iki proqrama lisenziya vermişik. O biri proqramlar bizə lisenziya üçün müraciət etməyiblər, etsələr belə, bilirlər ki, onlar lisenziya ala bilməzlər. Çünki onların təqdim etdiyi verilişin səviyyəsi çox aşağıdır. “Xəzər” televiziyasında yayımlanan “Ləziz səyahət” və “Nuş olsun” proqramlarına tanınma seritifikatı vermişik. Deyim ki, sertifikat almaq üçün heç o proqramlar özləri bizə müraciət etməmişdilər. Biz özümüz o verilişləri izlədik və səviyyəsi bizi qane etdiyi üçün, onlara tanınma sertifikatı, lisenziya verdik. Əgər hansısa bir verilişin seritifikatı yoxdursa, demək, tamaşaçı ona baxmağa vaxt sərf etməməlidir. Seritifikat üçün pul, vəsait tələb olunmur. Biz bu məsələdə heç bir maddi maraq güdmürük. Biz indi S.Xankişiyevin “Lider” kanalında təqdim etdiyi “Azərbaycan mətbəxi” proqramına lisenziya, tanınma sertifikatı verməyi planlaşdırırıq. Milli Kulinariya Mərkəzi o proqramı dəstəkləyir, bəyənir. İnternetdə də olan bəzi mətbəx verilişlərini bəyənirik, dəstəkləyirik. Ancaq bununla belə, bu sahədə ciddi problemlər mövcuddur. Özünə “usta” adı verib efirə çıxıb və xoşagəlməz işlərlə məşğul olan şəxslərə hər hansı bir dəstək vermirik. Belələri efirdə ağızlarına gələni danışır və sonra bundan ermənilər bizə qarşı istifadə edirlər. Televiziyalarda və internetdə yayımlanan bir çox veriliş ziyanlı fəaliyyətlə məşğuldur. Ziyanlı işlər görən kulinariya proqramlarına heç vaxt tanınma sertifikatı, lisenziya verə bilmərik. Bilirsiniz, bütün bu neqativ hallar cəmiyyəti çox ciddi narahat edir, biz də o proqramlara qarşı etirazımızı bildirmişik. Hətta mərkəz adından bəyanat vermişik ki, bizim o proqramlarla heç bir əlaqəmiz yoxdur. Onu da deyim ki, nə mən, nə də mənim mütəxəssislərim o proqramlara qatılmır. Bəzi işsiz-gücsüz, kulinariyaya aidiyyəti olmayan adamlar xaricdən veriliş adı oğurlayıb efirə çıxır, ziyanlı işlər görürlər. Yadınıza gəlirsə, cənab Prezident də dedi ki, kulinariya verilişlərinin səviyyəsi məni narahat edir. Amma, görünür, bir çox televiziya rəhbəri Prezidentin nə dediyini anlamayıb. O, açıq şəkildə dedi ki, bu proqramlar məni incidir və onlar mənim xoşuma gəlmir. Prezidentin sözü bütöv bir xalqın sözüdür, yeganə şəxsdir ki, ona bütün xalq səs verib. Bəzi televiziya rəhbərləri bundan nəticə çıxarmadı. Bu halda bəs biz nə edək? Biz bəzi proqramların yayımının qarşısını məhkəmə yolu ilə ala bildik, bəziləri ilə bağlı bəyanat verdik, ondan sonra fəaliyyətlərini dayandırdılar. Düzdür, televiziyalar bizə qarşı müəyyən qara təbliğat apardılar, ancaq ondan razı qaldıq ki, ermənilərin əlinə fakt verən bəzi proqramlar qapadıldı. Küçədən keçən adamları efirə çıxaranda, aşpaz kimi təqdim edəndə vəziyyət belə pis olacaq. Televiziyalar istəyir ki, heç bir pul ödəmədən kulinarları efirə dəvət etsinlər. Yaxşı aşpazın isə gündə televiziyada nə işi var? Çünki o hardasa işləyir, heç vaxt işini buraxıb verilişə gəlməz. Televiziyalar peşəkarlarla işləməlidirlər. “Xəzər” TV-də gedən “Ləzzət ovçusu” proqramına qarşı etiraz bəyanatı yaydıq və bu bəyanatı televiziyaya təqdim etdik. Təəssüf ki, onlar buna reaksiya vermədilər. Ancaq “Xəzər”də yayımlanan iki proqrama tanınma sertifikatı verdik. Sözümün canı odur ki, televiziyalar sertifikat üçün bizə müraciət etməsələr belə, biz keyfiyyətli verilişlərə özümüz qiymət veririk”. 

T.Əmiraslanov qeyd etdi ki, televiziyaların kulinariya proqramları ilə bağlı xüsusi standartların qəbul edilməsi vacibdir. O, hesab edir ki, bu standartların qəbul edilməsi zəruridir, lakin televiziyalar bu işə dəstək olmurlar.

Milli Kulinariya Mərkəzinin televiziyalara təsir gücünün zəif olduğunu deyən T.Əmiraslanovun bildirdiyinə görə, mərkəz tərəfindən dəfələrlə televiziyalardakı neqativ kulinariya proqramları ilə bağlı Milli Televiziya və Radio Şurasına müraciət edilsə də, nəticəsi olmayıb: “Şura deyir ki, televiziyalar müstəqildir və biz onlara təsir edə bilmirik. Ancaq biz onları məhkəməyə verəndə istəyimizə nail oluruq. Qanunvericiliyə görə, istehlakçıların hüquqları qorunmalıdır və eyni zamanda da hər bir kəsin doğru-dürüst informasiya almaq hüququ var. Bu proqramlar bizim illərlə qurub yaratdıqlarımızı yerlə-yeksan edirlər. Özlərini mətbəx biliciləri kimi təqdim edənlər, əslində, çox ziyanlı işlərlə məşğul olurlar”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ