Bazar günü günü, 15 noyabr 2026
     

Orta ümumtəhsil məktəblərimizdə psixoloq otaqları problemi…

Image


1 nömrəli orta ümumtəhsil məktəbi: “Məktəbimizdə xüsusi psixoloq otağı var və psixoloq şagirdlərlə öz kabinetində məşğul olur”
3 nömrəli orta ümumtəhsil məktəbi: “Əvvəllər məktəbimizdə ayrıca psixoloq otağı vardı, indi isə yoxdur”
19 nömrəli orta ümumtəhsil məktəbi: “Hələ məktəbin psixoloq otağı yoxdur”
22 nömrəli tam orta ümumtəhsil məktəbi: “Psixoloqumuzun xüsusi otağı var və o, şagirdlərlə həmin otaqda məşğul olur”
25 nömrəli tam orta ümumtəhsil məktəbi: “Məktəbimizdə ayrıca psixoloq otağı da yaradılıb”

 

Müasir məktəblinin psixologiyası, hadisələrə, ətraf mühitə yanaşması tamamilə fərqlidir. İllər əvvəl çox nadir hallarda uşaqların, şagirdlərin psixikasında, yanaşmasında fərqliliklər olardı, bu gün isə hər bir uşaq özünü öz istədiyi kimi ifadə etməyə çalışır.

O da faktdır ki, bu gün məktəbə gedən uşaqların 50-60 faizi dərs ilinin ilk aylarında məktəb psixoloqunun xidmətindən istifadə edir. Bu da əsasən uşaqların məktəbə çətin adaptasiya olunması ilə bağlıdır. Bundan başqa, uşaqlar yaşla əlaqəli keçid dövründə də psixoloqla ehtiyac duyurlar. Bu gün ancaq uşaqlar deyil, orta ümumtəhsil məktəblərində çalışan müəllimlər də şagirdlərlə hansı şərtlər əsasında ünsiyyət qurmalı olduqları ilə bağlı məktəb psixoloqlarına üz tururlar. Bir sözlə, indiki dövrdə psixoloq şagirdlərin, eləcə də ibtidai sinif müəllimlərinin yaxın dostuna çevrilib.

Məlum olduğu kimi, kurikulum təhsil sistemi orta ümumtəhsil məktəblərində oturuşduqdan sonra məktəblərə psixoloq müəllimlər cəlb edilməyə başlandı. Bu gün qanunvericiliyə əsasən, həm kənd, həm qəsəbə, həm də şəhər məktəblərində psixoloq müəllimlər çalışmalıdırlar. Məlumatlara görə, bəzi ucqar kəndlər istisna olmaqla, demək olar ki, məktəblər psixoloq müəllimlərlə təmin edilib.

Ancaq mütəxəssislər bildirirlər ki, orta ümumtəhsil məktəblərinin çoxunda psixoloq olsa da, onların böyük bir qismi ayrıca psixoloq otağı ilə təmin olunmayıb. Qeyd edilənə görə, çox zaman məktəb rəhbərləri problemin mövcudluğunu məktəblərdə yaşanan otaq problemi ilə izah edirlər. Biz özümüz də bununla bağlı araşdırma apardıq. Əlaqə saxladığımız orta ümumtəhsil məktəblərinin bir qismində xüsusi psixoloq otağı olsa da, bir hissəsində yoxdur.

1 nömrəli orta ümumtəhsil məktəbindən “Bakı-Xəbər”ə verilən məlumata görə, bu məktəbdə psixoloq müəllim var: “Bizim məktəbdə psixoloq var və o, uşaqlarla lazımi səviyyədə çalışır. Psixoloqumuz Zemfira Qurbanova yaxşı mütəxəssisdir. O, şagirdlərlə fərdi iş aparır, müxtəlif psixoloji testlər, təlimlər həyata keçirir. Məktəbimizdə xüsusi psixoloq otağı var və psixoloq şagirdlərlə öz kabinetində məşğul olur. Psixoloqun işləməsi üçün hər cür şərait yaradılıb”.

3 nömrəli orta ümumtəhsil məktəbinin laborantı Sevinc Əhmədova bizimlə söhbətində bildirdi ki, təmsil etdiyi məktəbdə peşəkar psixoloq müəllimə işləyir. Hələlik məktəbdə psixoloq otağının olmadığını deyən S.Əhmədovanın sözlərinə görə, əvvəl psixoloq otağı olub, sonra isə onun otağı “məktəblinin dostları”na verilib: “Bizim çox yaxşı psixoloqumuz var. Taciyə İmanova məktəbimizin psixoloqudur. Əvvəllər məktəbimizdə ayrıca psixoloq otağı vardı, indi isə yoxdur. Hazırda psixoloqun otağında “məktəblinin dostları” yerləşdirilib. Sentyabr ayında xüsusi psixoloq otağı açılacaq. Bilirsiniz, bizim məktəb böyükdür, şagirdlərimiz çoxdur, ona görə də dərslər 2 növbəlidir. Yəni məktəbimizdə otaq çatışmazlığı var. Ancaq üzümüzə gələn dərs ilindən psixoloqun otağı olacaq”.

Nəsimi rayonu 19 saylı orta ümumtəhsil məktəbinin dərs hissə müdiri bildirdi ki, məktəbin psixoloqu Rəna Abdullayevadır: “Bizim məktəbin psixoloqu var, o, şagirdlərlə mütəmadi olaraq işləyir. Ancaq hələ məktəbin psixoloq otağı yoxdur”.

Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərov isə bizimlə söhbətində dedi ki, rəhbərlik etdiyi məktəbdə xüsusi psixoloq kabineti var və məktəbin psixoloqu Güləbətin Cavadova şagirdlərlə öz kabinetində məşğul olur: “Məktəbimizdə psixoloqun fəaliyyət göstərməsi üçün bütün şərait yaradılıb. Psixoloqumuzun xüsusi otağı var və o, şagirdlərlə həmin otaqda məşğul olur. Psixoloqumuz tam potensialı ilə şagirdlərlə işləyir”.

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən 25 nömrəli tam orta məktəbdən bizə verilən məlumata görə, bu məktəbin psixoloq müəlliməsi var: “Bizim məktəbin psixoloqu İradə Rzayevadır və şagirdlərlə çox yaxşı işləyir. Məktəbimizdə ayrıca psixoloq otağı da yaradılıb”.

Qeyd edək sorğu keçirdiyimiz məktəblərin bəzilərində psixoloq otağı olsa da, bəzilərində yoxdur.

Tanınan təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün məktəblərin çoxunda psixoloq otağı yoxdur. N.İsrafilovun sözlərinə görə, məktəblərdə psixoloq otaqlarının olmamasının iki səbəbi var. Mütəxəssisə görə, səbəblərdən biri kadr çatışmazlığı, digəri isə məktəb direktorlarının bu məsələyə səhlənkar münasibətidir: “Şübhəsiz ki, orta ümumtəhsil məktəblərində psixoloqlar üçün xüsusi otaq ayrılmalıdır. Çünki psixoloq şagirdlərlə işləyir, onlarla bağlı müxtəlif tədbirlər, psixoloji testlər keçirir, hər uşaqla fərdi məşğul olur. Bu baxımdan, onun işləməsi üçün hər cür şərait yaradılmalıdır. İnanmıram ki, məktəblərdə otaq qıtlığı olsun, məktəblərdə ayrıca psixoloq otağının olmaması əsasən məktəb direktorlarının psixoloq xidmətinə səhlənkar münasibətinin nəticəsidir. Məktəblərdə otaq çatışmazlığı olması səbəb deyil. Bilirsiniz, məktəblərdə həkim otağı, psixoloq otağı, idman zalı və s. olmalıdır. Məktəblərdə əlavə sinif otaqlarının olması nəzərdə tutulmalıdır. Ümumiyyətlə, məktəblərdə psixoloq xidmətinə münasibət elə də yaxşı deyil. Bu sahə nəzərdən qaçıb. Bununla bağlı son dövrlər psixoloqlar özləri də narazılıq edirlər. Məlumdur ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilir, onların maaşı qaldırılır. Direktor və dərs hissə müdirlərinin də maaşında artımlar olur, lakin məktəb psixoloqlarının maaşı qalxmır”.

Məktəb psixoloqları üçün diaqnostik qiymətləndirmənin keçirilmədiyini deyən N.İsrafilovun sözlərinə görə, məktəb psixoloqlarına münasibət dəyişməlidir. N.İsrafilovun sözlərinə görə, bir qisim mütəxəssis qeyd edir ki, məktəblərdə psixoloji xidmət istənilən səviyyədə deyil. “Bu gün məktəb psixoloqlarının səviyyəsini qaldırmaq lazımdır. Bu məsələni diqqətdən kənar saxlamaq olmaz. Kurikulum qaydalarında tarif cədvəli var. O cədvələ psixoloq yerinə sosial pedaqoq salıblar. Belə mülahizə və fikirlər var ki, guya yaxın vaxtlarda məktəblərdə psixoloqlar sosial pedaqoqlarla əvəz ediləcək. Hər halda, onların da funksiyaları məktəb psixoloqlarının funksiyasıdır. Bir məsələ də var. Bu gün bizim elə məktəblərimiz var ki, orada 2-3 min nəfər şagird təhsil alır. Həmin məktəblər üçün 1 psixoloq azdır. Çünki məktəblərdə cəmi 1 psixoloq ştatı var. Ümumiyyətlə, böyük məktəblərdə psixoloqların sayını artırmaq lazımdır. Bu gün psixoloqları qınayırlar ki, onlar bütün şagirdlərlə fərdi qaydada işləyə bilmirlər. Onları qınamaq yox, işləmələri üçün şərait yaratmaq lazımdır. Onu da bildirim ki, məktəb psixoloqlarının çoxu 3-6 aylıq kurs bitirənlərdir. Onlar qeyri-ixtisas sahibləri olduqları üçün, vaxtilə yenidən hazırlanma kurslarına göndərilmişlər. Bu müəllimlər müvafiq hazırlıq keçəndən sonra qeyri-ixtisas psixoloq oldular. Bu gün Pedaqoji Universitetdə və Bakı Dövlət Universitetində psixologiya fakültələri var və oranı bitirənlər orta məktəblərdə psixoloq işləyirlər. Hazırda məktəblərdə ali təhsilli və kurs bitirən psixoloqlar çalışırlar. Hesab edirəm ki, psixoloqların sayının artırılması, onların daha mükəmməl hazırlanması istiqamətində işlər görülməlidir”- deyə N.İsrafilov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ