Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun qonağı olub.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, görüşdə İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit bələdiyyəsinin digər nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədri, rayonun ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə qonaqları salamlayan rayon İcra Hakimiyyətinin başçısı əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan - Türkiyə arasında ikitərəfli əlaqələrinin daha da möhkəmlənməsi və inkişafı yönündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətlərindən danışıb, hazırda ölkələrimiz və xalqlarımızın tərəqqisi üçün zəruri tədbirlərin uğurla həyata keçirildiyini vurğulayıb.
Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc çıxış edərək Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Bakı şəhər Nəsimi bələdiyyəsi arasında mövcud olan qardaşlıq münasibətləri zəminində son illər əlaqələrin genişlənməsindən söz açıb. 2015-ci ilin sentyabr ayında ikitərəfli niyyət protokolunun imzalanması xatırlanıb, 2016-cı ilin iyul ayında İzmit Bələdiyyəsinin Bakı səfəri, 2017-ci ilin fevral ayında Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı, 2017-ci ilin dekabr ayında Heydər Əliyevin anım tədbirlərində İzmit Bələdiyyəsi nümayəndə heyətinin iştirakı məmnunluqla yad edilib.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Baki-xeber.com