Bazar günü günü, 15 noyabr 2026
     

Cadugər və qara magiyaçılar yenə telekanallarda “at oynatmağa” başlayıblar

Image


Nərgiz Allahverdiyeva: “İntellektual bir cəmiyyətə cadugəri “qüdrət sahibi” kimi təqdim etməyin özü anormallıqdır”
Aydın Xan Əbilov: “Falçı və cadugərlərə qanun çərçivəsində xüsusi qadağalar tətbiq edilməlidir”

 

Cəmiyyət onu düşündürən, qayğılandıran məsələlərin ekranda işıqlandırılmasını istəyir. Ancaq çox zaman bunun əksini görür. Bəzi televiziyalar insanların qayğılarına fərqli yanaşır və elə hesab edirlər ki, təqdim etdikləri hər bir mövzu onların ürəyincədir.

Son vaxtlar bəzi televiziyalar cəmiyyətin, ictimaiyyətin marağına zidd olan proqramlar hazırlamaqda davam edir və o proqramlara müxtəlif insanları çıxarırlar. Məsələn, axır aylar verilişlərə ən çox dəvət edilənlər sırasında falçılar, cadugərlər üstünlük təşkil edir. Bu azmış kimi, efirlərdə cadugərlərlə ziyalılar arasında qarşıdurma yaradılır ki, veriliş daha baxımlı olsun.

Cadugərlərin, falçıların, cindarların efirlərdə meydan açması, keyfi istəyən sözü səsləndirməsi, hətta ziyalıları təhqir etməsi üçün münbit şərait yaradılıb.

Qeyd edək ki, illər əvvəl də bəzi televiziya kanallarında mövcud vəziyyət vardı və falçılar, cadugərlər, qara magiya ilə məşğul olanlar verilişlərin davamlı qonağı olurdular. Falçılığa, cadugərliyə “elm” donu geydirib onları “hikmət” sahibi kimi təqdim etməyin özü yaxşı hal deyil.

Bəzi efirlərə cadugərlərin yenidən ayaq açmasının neqativ hal olduğunu deyən ziyalıların fikrincə, bu qəbildən olan insanları geniş təbliğ etmək olmaz.

Televiziyalarda falçı və cadugərlərə geniş meydan verilməsinin əleyhinə olan ziyalılar qeyd edirlər ki, bu cür insanların cəmiyyətə söz deməsinə şərait yaradılmamalıdır. Bu gün falçılıqla, cadugərliklə məşğul olan şəxslərin özlərini cəmiyyətə tanıtmaq istədiyini deyən psixoloq Nərgiz Allahverdiyevanın sözlərinə görə, onlar tanınmaq yolu ilə özlərinə daha çox müştəri toplaya bilirlər. “Bir vaxtlar müxtəlif falçılar, ekstrasenslər, cadugərlər, qara magiya ilə məşğul olanlar,  demək olar ki, hər gün efirlərə dəvət edilirdilər. Belə deyək, onlar bir verilişdən çıxıb o biri verilişə gedirdilər. Lakin sonradan onların çoxunun fırıldaqçı, yalançı, dələduz olduğu məlum oldu, hətta bəziləri haqqında cinayət işi də qaldırıldı, onlar həbs edildilər. Bu adamların külli miqdarda pul alıb aldatdığı insanlar onları ifşa etdilər. Bir müddət falçılar, cadugərlər, ekstrasenslər efirdə görünmədilər. Ancaq son vaxtlar onlar yenidən efirə ayaq açıblar. Bu da olduqca mənfi haldır. Bəzi televiziyalar efirə intellektli adamları, ziyalıları dəvət etmirlər ki, onların söhbəti xalq üçün maraqlı deyil, xalqın tələbatı cadugərlərədir və s. Bu cür yanlış rəy yaratmaq olmaz. Azərbaycan cəmiyyəti get-gedə daha da savadlanır, biliklərə yiyələnir, texnologiya yeniliklərini tətbiq etməyi bacarır. İntellektual bir cəmiyyətə cadugəri “qüdrət sahibi” kimi təqdim etməyin özü anormallıqdır. Bizim buna ehtiyacımız yoxdur. Cadugərlər danışanda açıq görürsən ki, onların böyük əksəriyyəti savadsız, biliksiz, eyni zamanda da psixi cəhətdən sağlam olmayan adamlardır. Savadı, biliyi, dünyagörüşü olan adam çıxıb efirdə tərbiyəsizlik edərmi? Sözsüz ki, etməz.

Çox təəssüf edirəm ki, bəzi televiziyalar cadugərlərə bu cür meydan verir. Sözsüz ki, indi proqramların çoxu ödənişlidir. Olsun. Ancaq bu o demək deyil ki, falçılar pulunu ödəyib efirə çıxmalı və cəmiyyətə mənfi enerji, neqativ fikirlər ötürməlidirlər. Efirə səviyyəli insanlar çıxarılmalıdır. Unutmayaq ki, televiziyalar cəmiyyəti başqa cəmiyyətlərdə, ölkələrdə tanıdan mühüm vasitədir. Televiziyalar mənəvi-əxlaqi məsələdə həssas olmalı olduqlarını unutmamalıdırlar” - deyə bildirən N.Allahverdiyeva qeyd etdi ki, bəzi falçılar efirdə özlərini Tanrının nümayəndəsi kimi aparmaq iddiasını göstərirlər.

Onun sözlərinə görə, cadugərlərdənsə efirlərə elm adamları dəvət edilsə, daha yaxşı olar. Ekspert onu da bildirdi ki, efirlər maarifçilik missiyasını layiqincə yerinə yetirməlidirlər, lakin onlar bunu etmək istəmirlər: “Bəzən deyirlər ki, filan falçını efirə çağırdım ki, onun saxtakarlığını ifşa edim. Sən onu ifşa etmirsən, əksinə, reklam edib daha çox adama tanıdırsan”. 

N.Allahverdiyeva, həmçinin, onu da qeyd etdi ki, televiziya proqramlarının reytinqi heç bir real rəy sorğusu nəticəsində formalaşmadığı üçün, onlar cadugərləri efirə dəvət etməklə reytinq qazanmaq istəyirlər: “Cadugərə isə baxanlar çox azdır və onlar heç vaxt kütləvi tamaşaçı cəlb edə bilməzlər”.

Kulturoloq Aydın Xan Əbilov da bizimlə söhbətində bəzi TV-lərin cadugərləri, falçıları geniş reklam etməsindən narahat olduğunu dedi. Onun sözlərinə görə, bəzən ziyalılarla onların arasında qarşıdurmalar da yaradırlar. Hər bir intellektual adamın falçıları, cadugərləri ifşa etməli olduğunu deyən müsahibimiz bildirdi ki, o, mütəmadi olaraq onları ifşa edir: “Mən özüm də verilişlərdə cadugərlərlə, falçılarla rastlaşıram və dərhal da onları ifşa edirəm. Xalq bilməlidir ki, onlar fırıldaqçılardır və xalqın cibini soymaqla məşğuldurlar. Hesab edirəm ki, onlara inanmaq lazım deyil. Nə qədər ki, cəmiyyət elmə, təhsilə maraq göstərmir, bir o qədər belə fırıldaqçılar meydan sulayacaq. Bilirsiniz, bu məsələni taleyin ümidinə buraxmaq olmaz. Falçılarla, parapsixilogiya ilə məşğul olan adamların fəaliyyətinə nəzrət edilməlidir. Mənə belə gəlir ki, falçı və cadugərlərə qanun çərçivəsində xüsusi qadağalar tətbiq edilməlidir. Bu insanlar fırıldaqçıdırlar. Düzdür, onların bəziləri dələduzluq maddəsi ilə həbs ediliblər. Ancaq bununla belə, yenə də cəmiyyətdə o cür fırıldaqçılar fəaliyyət göstərirlər. Onların efirlərə dəvət edilməsinə də qadağalar olmalıdır ki, camaatı aldatmasınlar. Ziyalılar falçılara qarşı həmişə mübarizə aparmalıdırlar”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ