Bazar günü günü, 15 noyabr 2026
     

Canlı tarix olan insanların sırası ilbəil azalır...

Image


Zaman öz işindədi. İllər bir-birini əvəz edir, yaş üstünə yaş gəlir. Təbii ki, canlı tarix olan insanların sırası ilbəil azalır. Amma buna baxmayaraq, tarix o azalan insanları, o döyüş yolu keçmiş qəhrəmanları unutmur. Çünki onların göstərdiyi rəşadət insanlığı xilas edib, bəşəriyyəti faşizmin cəngindən qoparıb.

Düz 73 il bundan öncə dünyamızın başı üzərini almış qara buludlar bu gün bir acı xatirə kimi vərəqlənir. Həmin o vərəqlənən səhifələrin özündə yaşatdığı adların sırasında Abbas müəllimin də adı var. O da həmin tarixin canlı şahidi olmuş və böyük döyüş yolu keçmişdi. Təbii ki, keçmiş SSRİ məkanında bu müharibəni olduğu kimi xatırlayan, olduğu kimi yaşayan və olduğu kimi də qiymətləndirən kifayət qədər insanlar var və bu insanların hər biri yaxşı bilir ki, onda Sovetlər İttifaqında birləşən 15 respublikanın hamısı birgə silaha sarılmışdı, birlikdə səngərə sinə gərib düşmənlə üz-üzə dayanmışdı. Onların hamısı da SSRİ adlanan o böyük vətən uğrunda döyüşürdü. Digər respublikalar kimi, həmin müharibəyə Azərbaycanın 600 mindən çox oğul və qızı öz canı və qanı ilə, göstərdiyi qəhrəmanlıqları ilə adını yazaraq o tarixin, yəni müharibə tarixinin əfsanələrinə çevrilə bildi.

İndi sizə barəsində söhbət açdığım Abbas İbrahim oğlu Məmmədov 1923-cü il may ayının 9-da Laçın rayonunun Böyük Seyidlər kəndində dünyaya gəlib. Bəlkə də bu bir xoş təsadüfdü, bəlkə də alın yazısı. Amma hər nədisə, hər iki halda bu doğum tarixi Abbas müəllim üçün ikiqat önəmli, dəyərlidi. Ona görə ki, həyatınınmı, yoxsa tale yazısındanmı məhz mayın 9-u təkcə onun doğum günü yox, həm də onun bayram etdiyi Qələbənin tarixidi.

Artıq arxada qalan həmin o uzaq illəri xatırlayan Abbas müəllim deyir ki, onun doğulduğu kənddə bütün həmyaşıdları kimi o da həmin illərin qayğılarını yaşamış, ağırlıqlarını, yükünü çiynində daşımışdı. Sovet hökumətinin o ağır illərində Abbas müəllimin və eləcə də yaşıdlarının bəxtinə sovet-alman müharibəsinin bütün gərginliklərini, əzablarını yaşamaq da düşdü. O, orta məktəbi bitirəndə müharibə başladığından kəndin bütün ziyalıları, xüsusilə də müəllimləri orduya səfərbər olmuşdular.

Savadını, diribaşlığını görüb, məktəbi bitirən kimi onu elə orta təhsillə də məktəbdə müəllim kimi işə qəbul etdilər. Bu zəruri addım uşaqların savadlanması, təhsildən geri qalmaması üçün atılmışdı. Ancaq bir il müəllim işləsə də, onun fikki, xəyalı orduya səfərbər olunmuş qəhrəman oğullarımızın yanında idi. Müəllimə böyük ehtiyac olmasına baxmayaraq, Abbas müəllim israrla hərbi komissarlıqdan onu müharibəyə göndərməyi xahiş etdi. Nəhayət. Abbas müəllimin könüllü müraciətləri nəzərə alındı və o döyüşə səfərbər olundu.

Müharibədə hər bir kəsin, hər bir döyüşçünün öz silahı olduğu kimi, öz sinə gərdiyi səngər də olur. Bu mənada Abbas İbrahim oğlu Məmmədovun döyüş yolu məşhur 402-ci Azərbaycan Atıcı Diviziyasından başladı. Diviziyanın ağır döyüşlərdə göstərdiyi rəşadət barədə təkcə Azərbaycanda deyil, eləcə də keçmiş SSRİ məkanında qəhrəmanlıq əfsanələri dolaşırdı. Həmin qəhrəmanların sırasında təbii ki, qısa müddətdən sonra onun da adı öz yerini tutdu. Abbas müəllim diviziyanın 839-cu alayının 38-ci briqadasının 88-ci, sonra isə 134-cü, bir qədər sonra isə 90-cı əlahiddə atıcı alaylarında xidmətini şərəflə davam etdirdi.

Nəvə-nəticələrinə, eləcə də keçdiyi döyüş yolu ilə maraqlanan hər kəsə bu gün də həmin xatirələrini, yəni döyüş yolunun hər dəqiqəsini necə deyərlər, anbaan söyləyən Abbas müəllim bildirir ki, addımbaşı ölümlə üz-üzə dayanırdıq. Amma heç birimiz bir an da olsun geri çəkilmək barədə düşünmürdük. Ona görə ki, biz təkcə sovet əskəri yox, həm də Azərbaycan oğlu idik.

Döyüşlərdə təkcə əsgər kimi yox, həm də cəsur bir döyüşçü kimi fərqlənən Abbas müəllim qısa bir müddətdən sonra əvvəl bölük, sonra isə tağım komandiri təyin olunur. Hər döyüşdən öncə əsgərləri ilə üzbəüz söhbət edən və hər kəsi mərdliyə, Azərbaycanın adına layiq olmağa çağıran Abbas müəllim təkcə özünü düşünmürdü. O, atılan hər güllədən sonra əsgərlərinə göz yetirir, həlak olan hər bir döyüş yoldaşı, dostu üçün ürəkdən narahat olurdu, təəssüflənirdi, kövrəlirdi, lakin bunu büruzə vermirdi. Çünki o, komandir kimi hamının gözləri qarşısında idi, hamıya nümunə idi.

Həmin döyüşlərdə həlak olan gənc əsgərlərin, xüsusilə onun özünün dediyi kimi, həyata yeni atılan yeniyetmə oğlanların taleyi onun qəlbinə ağır izlər həkk edirdi. Bununla belə dövrün böyük inamı, yəni bu döyüşlərin vətən üçün, Azərbaycan naminə aparıldığını hər kəs özü üçün amala çevirmişdi. Ona görə də əsl qəhrəmanlıq nümunələri göstərirdilər. Abbas müəllimin dediyinə görə, bu müharibə onları çox sınağa çəkdi, çox bərkdə-boşda yoxladı və onlar faşizmi durdura, dayandıra bildilər. Onlar dünyaya göstərdilər ki, faşizmi məhv etməyə qadirdilər.

Döyüşə bir ədəd zirehli texnika ilə başlayan Abbas müəllimin tağımı Qafqazm müdafiəsi uğrunda gedən döyüşlərdə xüsusilə fərqləndi, düşmənin Bakını ələ keçirməsinə imkan vermədi. Həmin qəhrəmanlıqlara görə tağımın döyüşçülərı yüksək mükafatlara layiq görüldülər və onların döyüş yolu Vladiqafqaz, Mozdok, Nalçik və digər şəhərlər uğrunda gedən döyüşlərdən keçdi.

Müharibəni qələbə ilə başa vurub vətənə dönən Abbas Məmmədov özünün və döyüş yoldaşlarının qəhrəmanlıqları barəsində ürəklə danışır, xatirələrini çözələyir:”Səngərdə qazandığımız qələbənin davamı olaraq ilk dövrdə xalqa, vətənə xidmətdə də fərqlənməyə çalışdım, təhsilimi davam etdirdim. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək əmək fəalliyyətimə başladım...”

Hələ tələbəlik illərində ictimai işlərə maraq göstərən Abbas müəllim 1952-ci ildən 1986-cı ilədək respublika prokurorluğu orqanlarında siravi müstəntiqdən rayon prakuroru vəzifəsinə qədər şərəfli bir yol keçdi, qanunçuluğun keşiyində dayandı.

Bu gün böyük  bir nəslin ağsaqqalı olan 95 yaşlı Abbas müəllim 4 övladın atası, 9 nəvənin babasıdı. Onun döyüş yolunu Qarabağ savaşında iki oğlu – Adil və Nadir atalarına layiq bir şücaətlə keçib. İndi onlar da müharibə veteranıdır. Böyük nəvəsi Arzu isə babasının sənət yolunu davam etdirir. O da Respublika Prokurorluğunda çalışır. İndi fəxri təqaüdçü olan, ömrünün gözəl günlərini yaşayan Abbas müəllimin bircə arzusu var. O da torpaqlarımızın düşməndən azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsidir. Abbas müəllim inanır ki, biz Qarabağda da qələbə çalacağıq. Çünki bizim buna hər cür imkanımız və gücümüz var. Ali Baş Komandanın rəhbərliyi altında biz bayrağımızı Şuşada dalğalandıracağıq.

Son olaraq Abbas müəllimi həm doğum günü münasibətilə, həm də 73 ilini qeyd etdiyimiz 9 May Qələbə günü münasibətilə ürəkdən təbrik edirik!

Arzu edirik ki, hamımız kimi Abbas müəllim də Qarabağdakı qələbəmizin canlı şahidi olaraq o zəfəri Laçında qeyd etsin!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ