çərşənbə günü, 30 sentyabr 2026
     

Həkim məsləhəti olmadan botoks əməliyyatlarının tibbi fəsadları...

Image


Leyla Əliverdiyeva: “Bir də görürsən ki, naşı adamın əli ilə edilən botoks müştəriyə faciələr yaşadır”
Aynurə Həsənova: “Hansısa bir insanın xəstəliyi varsa və müayinə nəticəsində o xəstəliklər təsdiq olunarsa, onlara botoks edilməməlidir”

 

Yaşından asılı olmayaraq, hər bir qadın gözəl görünmək istəyir. Bu tamamilə təbii qəbul edilməlidir. Qadınlar üz dərilərini cavan, təravətli saxlamaq üçün bütün vasitələrdən istifadə edirlər. Əvvəllər daha çox təbii maskalara üstünlük verirdilərsə, estetik əməliyyat etdirirdilərsə, bu gün daha çox botoks etdirirlər.

Hazırda botoks etdirənlərin sayı estetik əməliyyat keçirənlərin sayını kölgədə qoyur desək yanılmarıq. Çünki hazırda 25-30 yaşdan başlayaraq qadınlar, qızlar, hətta kişilər, oğlanlar da botoks etdirirlər. O da gizlin deyil ki, öncəki illər daha çox səhnə adamları bundan istifadə edirdilərsə, bu gün evdar qadınlar da bu məsələdə üstünlük təşkil edirlər. Sadə ev qadınları müxtəlif gözəllik salonlarında, mərkəzlərdə botoks etdirərək daha gözəl görünməyə çalışırlar.

Hazırda cəmiyyətimizdə botoks etdirənlərin səviyyəsi yüksələn xətt üzrədir. Bir sıra yerli və xarici mütəxəssislər bildirirlər ki, botoksun xeyri ilə yanaşı, ziyanlı tərəfləri də çoxdur. Ekspertlər qeyd edirlər ki, Azərbaycandan fərqli olaraq, dünya ölkələrində botoks etdirmək istəyən şəxslər ciddi şəkildə tibbi müayinədən keçirilir və əgər botoks etdirməyə onların sağlamlığı yol verirsə, həmin şəxslər bu xidmətdən yararlana bilir, əks halda, müraciət edənlərə mənfi cavab verirlər. Azərbaycanda isə bu xidmət əsasən gözəllik studiyalarında, salonlarda həyata keçirildiyi üçün, müraciət edənlər heç bir tibbi müayinədən keçirilmir. Bu da sözsüz ki, müxtəlif problemlərin yaranmasına səbəb olur. Sanki bəzi insanlar öz sağlamlığını risqə ataraq botoks etdirirlər. Botoks etdirmə prosesi çox zaman həkim-kosmetoloqların nəzarətindən kənarda həyata keçirildiyi üçün, müəyyən xəstəliklərin yaranmasına səbəb olur.

Həkim-kosmetoloq Leyla Əliverdiyeva bizimlə söhbətində bildirdi ki, botoks qadınların üzünü qırışdan azad edir, onların yaşlarından bir neçə qat gənc görünməsinə səbəb olur. O hesab edir ki, bu iş həkim nəzarəti olmadan gözəllik salonlarında həyata keçirilirsə, fəsadları qaçılmazdır.

L.Əliverdiyeva bildirdi ki, son illər elm və texnologiyanın inkişafı, bütün sahələrdə olduğu kimi, kosmetologiyada da özünü göstərir. “Bu gün insanların bir çoxu kosmetologiyanın yeniliklərindən istifadə edir. Ancaq bu yeniliklərin müsbət tərəfləri ilə yanaşı, fəsadları ilə qarşılaşanlar da var. Əhalinin üstünlük verdiyi kosmetik proseslərdən biri də botoksdur ki, əsasən yaşlı və orta yaşlı qadınlar buna üstünlük verirlər.

Məlum olduğu kimi, bu gün botoksun kosmetologiyada tətbiqi daha geniş yayılıb. Kosmetoloqlar ondan istifadəni təbii ki, hər kəsə məsləhət görmürlər. Məlumdur ki, bu gün tibbi kosmetologiyanın son nailiyyətləri kimi insanların gəncləşməsində, qırışların ləğv olunmasında çoxlu çeşiddə iynədən istifadə olunur. Ancaq bu taktikanı seçənlər həm kosmetologiyanı çox ciddi bilməlidirlər, həm də təcrübələri olmalıdır.

Hər bir yeniliyin xeyri ilə yanaşı, ziyanını da yaxşı bilməlidirlər və ola bilsin ki, bu elə bir yenilikdir ki, onun 95 faiz ziyanı var, amma haradasa 5 faiz istifadə oluna bilər. Belə yeniliklərə üzdə istifadə olunan gel, silikon, dəri altına yeridilən implantlar, eləcə də botoks daxildir”.

O qeyd etdi ki, botoksla mezoterapiya fərqlidir. Onun sözlərinə görə, bunlar lazım olan polivitaminlərdir və ustalıqla istifadə edilərsə, çox xeyri var: “Botoksun kosmetologiyada tətbiqini qadınlar vacib sayır. Çünki insanların üzündə bəzi qırışlar var ki, onlar bunun qarşısını ala bilmirlər. Buna xüsusilə emosional, güclü hissiyyatlı, aqressiv insanlarda rast gəlinir. Əgər digər müalicələr kömək etmirsə, bu zaman botoksdan istifadə edilir. Bir də bu qrupa aktyorlar daxildirlər ki, onlar emosionaldırlar, səhnədən çıxdıqdan sonra rolu öz ürəklərində yaşadırlar, alınlarının ortasında, göz ətrafında qırışlar, iki qaşın ortasında düyünlər əmələ gəlir”.

Müsahibimiz qeyd etdi ki, bəzi sənət sahələrində çalışan insanlarda üz qırışması hallarına daha çox təsadüf edilir. Həkim-kosmetoloqa görə, bu onların fəaliyyəti ilə bağlıdır. “Belə adamlar, xüsusilə də aktyorlar qırışlarla bacarmayanda, çox nadir hallarda botoksdan istifadə etmək olar. Ancaq bu işi peşəkarlar görməlidirlər ki, başqa bir fəsad yaranmasın.

Kosmetoloq mütləq dəri həkimi olmalıdır, indi 5-6 günlük kurslarla kosmetoloq olurlar. Son 15-20 ildir dünyada botoksdan istifadə edilir” - deyə bildirən həkim-kosmetoloqun sözlərinə görə, botoks edən insan dəri haqqında məlumata malik olmalıdır. Bu gün kosmetoloqların çox olduğunu deyən müsahibimiz bildirdi ki, onların da çoxunun mükəmməl təhsili və təcrübəsi yoxdur: “Sovet dövründə olan, seçilən kosmetoloqlar indi çox azdır. Bu gün peşəkar həkim-kosmetoloqlar dərslər keçir, gənclər o dərslərdə iştirak etməlidirlər ki, öyrənə bilsinlər. Botoksun kosmetologiyada yeri çox azdır, bunu da bilmək lazımdır”.

L.Əliverdiyeva təəssüflə bildirdi ki, bu gün bu sahəni bilən də, bilməyən də gözəllik studiyaları açar və xidmət göstərir. “Gizlin deyil ki, bu studiyalar biznes və gəlir əldə etmək məqsədi daşıyır. Belə olmalı deyil. Bu işlə məşğul olan studiyalar çalışmalıdırlar ki, bura peşəkarları dəvət etsinlər. Peşəkarlar isə heç vaxt müştəriyə zərər vurmurlar. Bilmək lazımdır ki, insan dərisi çox həssasdır. Xüsusən də üz dərisinə yanaşma həssaslıq tələb edir. Bir də görürsən ki, naşı adamın əli ilə edilən botoks müştəriyə faciələr yaşadır. Müştərinin üzü pis vəziyyətə düşür, əsəbləri korlanır, aylarla həkimlərdə qalır. Elə hallar olur ki, səhv edilən botoks insanlarda xərcəng, əsəb gərginliyi və digər xəstəliklər yaradır” - deyə bildirən müsahibimiz dedi ki, uğursuz botoks insanlarda ən çox narahatlıq, əsəb gərginliyi yaradır.

Müsahibimiz qeyd etdi ki, botoks yanlış tətbiq edilərsə, bu, iflic və digər xəstəliklərə də səbəb ola bilər: “Görürsünüz, bəzən botoks etdirən insanlar gülə bilmirlər, yaxud güləndə göz qapaqları örtülmür. Bu da ondan irəli gəlir ki, göz ətrafı düzgün botoks edilmir. Eləcə də insanın baxışında dəyişiklik olur. Əgər təkrar-təkrar 6-7 aydan bir iynə vurulursa, sonralar həmin insanda sürətlə qocalma prosesi gedir. Baxın, bu probelmlər də var. Botoksu peşəkar etməlidir ki, insanları heç bir fəsad, xəstəlik, problem təhdid etməsin”.

Məlumatlara görə, botoks xüsusi flakonlarda gəlir və onların daşınma şərtləri var. Bəzi həkim-kosmetoloqlar bildirirlər ki, onlar müəyyən mənfi dərəcədə konteynerlərdə gəlməlidirlər. Biri açıldıqda bir neçə insana vurulur və 2-3 saat içində həll olunmalıdır, hamısı vurulmalıdır. Kosmetoloqlar 30 nəfəri bir yerdə haradan tapırlar ki, hamısını istifadə etsinlər? Demək, soyuducuda saxlayırlar. Bu özü bir qüsurdur.

Həkim-kosmetoloqlar onu da qeyd edirlər ki, botoksun tətbiqi zamanı həyati vacib bir orqana toxunularsa, mənfi təsiri ola bilər

Onu da vurğulayaq ki, botoksdan əsasən nevroloji və kosmetoloji sahədə istifadə edilir. Elmi-tədqiqat Tibbi Bərpa İnstitutunun klinik nevrofizioloji laboratoriyasının direktoru, tibb elmləri doktoru Sədaqət Hüseynova mətbuata bildirib ki, botoks preparatının nevroloji sahədə istifadəsi zamanı ümumi qan dövranına düşmür və digər orqanlarda dəyişiklik əmələ gətirmir. Ancaq onun tətbiqi zamanı həyati vacib bir orqana toxunularsa, mənfi təsiri ola bilər. O, həmçinin, deyib ki, bundan başqa, ümumi təsirləri, yəni hər bir preparata olduğu kimi, ona qarşı da allergiya ola bilər. Direktorun sözlərinə görə, botoksun istifadəsi çox sadə olduğu üçün, bu gün o elə bir həddə çatıb ki, hər bir kosmetoloq onu rahat istifadə edə bilər: “Bu preparat Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Onu ölkəyə gətirən distribüterlərin həm özləri, həm də preparatları SN də qeydiyyatdadırlar. Bu preparat xüsusilə də uşaq nevrologiyasında, ifliclərdə bir çox ölkələrin müalicə proqramına daxil edili. Mənfi təsiri isə əsasən dərmanın dozası düzgün seçilməyəndə və tətbiqi düzgün aparılmayanda ola bilər”.

Trixoloq-həkim Aynurə Həsənova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün botoks etdirənlərin sayı az deyil. A.Həsənovanın bildirdiyinə görə, bu gün Azərbaycanda botoksla bağlı maarifləndirmə işi zəifdir. Onun dediyinə görə, hazırda insanların botoks haqqında məlumatı elə də çox deyil: “Bu gün, əslində, botoks haqqında bilgilər çox azdır. İnsanlar məlumatları olmadığı şeylərdən qorxub çəkinirlər. Botoks bizə xaricdən gəlib. Mən Almaniyada təhsil aldığım üçün, Almaniyada botoksa yanaşma haqda bir-iki kəlmə demək istəyirəm. Orada düşünürlər ki, botoksun insanlara xeyri daha çoxdur. Ümumiyyətlə, botoksun tətbiqi həssas yanaşma tələb edir. Bizə müraciət edirlər. Görürsən ki, iflic keçirmiş adamdır və gözünün biri böyük, o biri isə kiçikdir, yaxud ağzı əyilib və s. Botoks onu qaydaya salır. Hədsiz dərəcədə tərləyən insanlar var ki, onların tərləməsinin çarəsi botoksdadır. Botoksda hələ heç bir əks göstərici sübut olunmayıb. Təbii ki, söhbət peşəkarın gördüyü işdən gedir. Yəni botoks edən həkimdirsə, o, dozaları düzgün təyin edir və nəticə də müsbət olur. Bir də ki, bəzən görürsən, sintetik gellərlə də botoksu qarışdırırlar. Beləliklə, üzdə hər hansı bir fəsad görəndə onu botoksla əlaqələndirirlər. Əslində isə elə deyil. Botoks əsasən qırış açmaq, əzələni qaldırmaq məqsədilə istifadə edilir. Botoks hər nahiyədə istifadə edilə bilər, lakin daha çox gözətrafı qırışların açılmasında istifadə olunur”.

A.Həsənova qeyd etdi ki, son illər botoksa müraciət edən kişilərin də sayında artım müşahidə edilir. “Avropanı bir kənara qoyaq, bizim özümüzdə də botoks etdirən kişilər çoxdur. Onlar üçün bu prosedur çox rahatdır. Onlar qırışların dərinliyini hamarladıb daha rahat olurlar. Kişilər üçün hər gün kosmetoloqa gəlməyə ehtiyac yoxdur. Bilirsiniz, botoksu bir dəfə vurmaq o demək deyil ki, hansısa bir fəsad yaranacaq, xeyr, belə deyil. Botoks 4 aydan 6 aya qədər öz təsirini saxlayır. Sonra yoxa çıxır. Hətta belə bir deyim də var ki, bu sonradan asılılıq yaradır. Deyim ki, heç bir asılılıq yaratmır. Elə olur ki, mənim yanıma bir dəfə botoks etdiyim şəxs 8 aydan, iki ildən sonra gəlir, onda da heç bir fəsad olmur” - deyə müsahibimiz bildirdi.

Botoksun fəsadlarına gəlincə, A.Həsənova qeyd etdi ki, bəzi insanlara botoks tövsiyə olunmur: “Hamilə qadınların botoks etdirməsi düzgün deyil. Hamiləlik dövründə hər hansı prosedurlardan uzaq olmaq lazımdır. Onkoloji xəstələr də botoksdan uzaq olmalıdırlar. Gözündə katarakta və digər xəstəliklər olan insanlara da botoks məsləhət görülmür. Bilirsiniz, hansısa bir insanın xəstəliyi varsa və müayinə nəticəsində o xəstəliklər təsdiq olunarsa, onlara botoks edilməməlidir”.     

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ