“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) “Qafqaz Islam Ordusunun qəhrəmanlıq tarixinin tədqiqi və təbliği” adlı layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində 2 seminar və rəy sorğuları keçirib.
Univesitetdən “Bakı-Xəbər”ə verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə baş tutub. Seminar iştirakçıları qarşısında çıxış edən, layihənin rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı Qafqaz Islam Ordusunun şərəfli tarixi haqqında geniş məlumat verib. Bundan başqa mövzu ilə bağlı son iki ildə assosiasiyanın apardığı tədqiqat işləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda məruzə ətrafında çıxışlar olub, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bundan əlavə 1918-ci ildə baş vermiş hadisələrlə 1920-ci ildə baş verənlər müqayisəli təhlil edilib.
Tədbirdə ATMU “İnsan resursları” şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov, “İctimai fənlər” kafedrasının müduri, tarix elmləri namizədi dosent İbrahim Əliyev, “Biznes idarəçiliyi” fakültəsinin dekanı, i.ü.f.d., dosent Anar Mirzəyev, tutor İlahə Əliyeva və universitetin digər rəhbər şəxsləri iştirak edib.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidməti