Həmsöhbətim - polis mayoru Elçin Əliyev bir neçə il əvvələ nəzər salaraq, arxada qalan günlərdən danışdı. İştirak etdiyi ən uğurlu əməliyyatı isə belə xatırladı:
2008-ci il idi. Qusarda, Həzrə kəndində olan meşəlik ərazidə “Meşə qardaşları” adlı qruplaşmanı zərərsizləşdirmək üçün əməliyyat keçirilirdi. Gecələr ərazisə postlar qurulur, xidmət apalırdı. Mən də əməliyyatlarda iştirak edirdim. Avqust ayı idi. Gecə növbəsində idik. Birdən meşənin qaranlığından ayaq səsləri gəldi. Qaranlıqdan orta yaşlı bir kişi çıxdı. Bir az keçmişdi ki, onun tək olmadığını bildik və yaxınlığımızda qizlənən ikinci bir şəxsi saxladıq. Biz saxladığımız şəxsləri rəhbərliyə məruzə edərək aidiyyəti üzrə təhvil verdik. Bir neçə gün sonra aydın oldu ki, həmin şəxslər “Meşə qardaşlarının” ərzaq və digər ehtiyaclarını təmin edən şəxslər imiş...
Polis mayoru Elçin Əliyev daxili işlər orqanlarında xidmətə 18 il əvvəl başlayıb. İlk iş yeri Nəsimi Rayon Polis İdarəsində PPX-də polis nəfəri olub. Təhsilini artırmaq üçün 2005-ci ildə Polis Akademiyasına daxil olub. Xidmətdə olduğu kimi, təhsildə də fərqlənən Elçin DİN rəhbərliyi tərəfindən vaxtından əvvəl “polis kiçik leytenantı” rütbəsilə Xaçmaz RPŞ-nə sahə inspektoru təyin olunub. Sonralar Sumqayıt ŞPİ 2 və 4-cü Polis Bölmələrində müxtəlif vəzifələrdə çalışan polis zabiti, Xaçmaz RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub. 2015-ci ildə isə Siyəzən RPŞ-nin İTB-nin rəisi, daha sonra Şəxsi Heyətlə İş üzrə Rəis Köməkçisi işləyib. Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin rəisi vəzifəsində çalışan E.Əliyev xalqa xidmət etməyi özünə müqəddəs borc bildiyini deyir. Yaşlı və əlil insanların evlərinə gedərək onların sənədlərinin toplanmasında və vəsiqələrlə təmin olmasında əlindən gələni əsirgəmir.
Qüsursuz və nümunəvi xidmətə görə müxtəlif mükafatlara layiq görülüb.
Nizam Həmidov polis leytenantı