Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı təqdim olunub.
APA-nın məlumatına görə, daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazov təqdim etdiyi hesabat qəbul edilib.