Bazar günü günü, 15 noyabr 2026
     

Ölümdən keçən ömür... - FOTO

Image


Nə yazacağımızı, necə yazacağımızı bilmirik. Elə bil bütün xatirələr yoxa çıxıb. Elə bil bütün xatirimizdəkilər onunla gedib. Bircə üzündən heç zaman əskik olmayan o işıq qalıb yadımızda.

İşıqlı adam idi. Həm də kövrək, ucu keçmişə bağlı olan bu yaşda bir insan itirmək ağrısını yaşamaq ömrün qalanına elə sitəm edir ki...

İl elə tez keçdi ki... Doğrudan da insan ömrü bir göz qırpımı qədərmiş - açdın, yumdun və hər şey bitdi. Bitdimi?

Bugünün dünənə çevrilməsinin illər ötdükcə fərqinə varırsan. Vaxt möhləti, cansağlığı qırmızı xətti keçəndə yada düşür...

Sözlə, taleylə oynamaq olmaz. Bilirsiniz niyə? Çünki ikisi də müqəddəsdir. O da bunun fərqindəydi. Mütailəsi qədər də mühakiməsi güclüydü. Füzulidən Cavidə, o tərəfli-bu tərəfli-bütün ədəbi dəyərlərə, fəlsəfi görüşlərə bələd idi. Bədii zövqü, ədəbi, fəlsəfi düşüncələri ünsiyyətdə olduğu hər kəsi yaxşı mənada təəccübləndirirdi.

Hər gün azı bir insan taleyi ilə üzbəüz, iç-içəydi. Hər gün bir narahat insan ömrü yaşayırdı polis general-mayoru Sərvər Mehrəliyev. Günahı, təqsiri olanı, yaxud da boynuna şər-böhtan atılanı, adına ləkə yaxılanı ayırd etmək, heç olmasa ona toxtaqlıq vermək üçün savad və təcrübə ilə bərabər səbr, böyük ürək də gərək idi.

Adamın bu dünyadakı əməlinə görə cəzasını yerdə istintaqçılar kəsir. Kim necə fikirləşir-fikirləşsin, kim bu işə nə ad qoyur-qoysun, gerçək olan budur.

Amma gərək cəza verən öz vicdanını da unutmasın, ürəyinin səsinə qulaq assın. Həm də dünənini və sabahını göz önünə gətirsin.

O, istintaqını apardığı suçlu və ya suçsuz-hər kəsin taleyini yaşayırdı...

Çətinliyin üstünə gedən adamıydı generalSərvər Mehrəliyev. “Bu günün işini sabaha qoymaq” ona yad idi. Çalışırdı ki, həmişə kömək eləsin, könül qırmasın, qəlb incitməsin. Onu hirsli, qəzəbli gördüm,deyəni xatırlamırıq. Öyrənməkdən, öyrətməkdənyorulmurdu. Həyalıydı, abırlıydı. Ürəkdən inanırdı, ürəkdən sevirdi, ürəkdən bağlanırdı, nə deyirdisə, ürəkdən deyirdi. Bəlkə də elə buna görə də ürəyi dözmədi bu qədər yükü çəkməyə.

Dostlarını, ona xidmətdə kömək edənləri, müəllimlərini heç zaman unutmazdı. Generallığa gələn yol nə əzablardan, çətinliklərdən keçmişdi. Amma bu yolda ona dəstək olan insanlar vardı. Taleyi onu yaxşılarla yoldaş, dost, həmkar etmişdi. Yaxşı kişilərin məktəbində dərs alırdı. Yaxşılığı, etibarı, ehtiramı, diqqəti və lap elə qayğını, köməyi heç zaman unutmadı, ömrünə, taleyinə həmişə şükr etdi Sərvər müəllim.

Qısa bir xatırlatma: Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsində təhsil almışdı.1981-ci ilin fevralında müstəntiq kimi onun Bakıda deyil, Naxçıvanda xidmətə başlaması da təsadüfi deyildi. Azərbaycanımızın bu sərt, bir o qədər də münis olan bölgəsində keçirdiyi illər ömür kitabına parlaq bir imza qoydu.

Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.

Dövlətçiliyimizə, polis andına sədaqətliydi. Cinayətkarlığa qarşı mübarizədə qətiyyəti, xidməti uğurları ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilirdi, mükafatlandırılırdı. Polis general-mayoru ali xüsusi rütbəsi, “Azərbaycan bayrağı” ordeni ona çox yaraşırdı...

Bir il nə tez keçdi. Bir il nə uzun oldu. “Torpağın üzü soyuqdur”,- deyirlər. Amma Sərvərsiz ailə, Sərvərsiz dostları, yaxınları üçün bir ömür boyu nə onun işıqlı siması unudulacaq, nə də torpaq Ona olan sevgini soyuda biləcək...

Nəvələri, nəvəsi Sərvər hələ də babanın səfərdə olduğunu bilir, qayıdacağını gözləyirlər...

Hər insan xoşbəxt doğulmur. Hər insan dünyadan sevərək, sevilərək getmir. Hər oğul həyatdan xoşbəxt polis kimi ayrılmır. Və hər insan ölümdən güclü ola bilmir. Sərvər müəllim ölümdən güclüymüş. Onsuz keçən hələ neçə illər bu gerçəyi də yaşadacaq...

Cavid XASPOLADOV
Hafiz TƏMİROV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ