çərşənbə günü, 30 sentyabr 2026
     

Əli Mahmud -70

Image


Ötən il əziz dostum Əli Mahmudun doğum gününə həsr etdiyim yazımı nöqtələrlə bitirmişdim. Elə o nöqtələrdən başlamaq istəyirəm. O nöqtələr həsrətin, ayrılığın zərrələri kimi yadımda qalıb. Şuşadan, Qarabağdan ayrı düşmüş şairlər var. Onlardan biri də Əli Mahmuddu. O Əli Mahmud ki, qələmini həmişə döş cibindən vətəndaşlıq cəsarətilə çıxarıb. Elin, obanın, bütövlükdə xalqın təəssübünü çəkə-çəkə yazıb-yaradıb.

Əli Mahmud 1948-ci il mayın 1-də Laçın rayonunun Piçənis kəndində doğulub. Bu mayda onun 70 yaşı tamam olur. Və beləcə, Əli Mahmudun 70 illik  həyat və 50 ilə yaxın da keşməkeşli yaradıcılıq yolu gözlərim önündə canlanır. O, iki fərqli dövrdə fəaliyyət göstərib, yazıb-yaradıb  - həm siyasi-ideoloji basqıların, təzyiqlərin insan ruhuna hakim olduğu bir dövrdə, həm də sözün azadlığa, günəş işığına çıxdığı bir zamanda-müstəqillik illərimizdə. Onun ədəbi taleyi sınaqlardan keçə-keçə zamanımıza öz saflığı, duruluğu ilə birgə gəlib çıxıb. Biz indi onu həm sovet dövrünün, zamanının şairi, həm də çağdaş, müstəqil Azərbaycanın şairi kimi tanıyırıq. Postsovet ədəbi mühitinə məxsus müsbət əlamətləri də bir şair kimi özündə qoruyub- saxlayıb. Eyni zamanda sözün müasir ruhunda da özünəməxsus koloritilə zəngin yaradıcılıq nümunələrilə seçilən yazarlarımızdan biridir. Ədəbi yaradıcılığı Qarabağ tabloları, parçalanmış Vətənin ayrılıq, həsrət dolu əzabları ilə çulğalaşıb. Nəticədə, onun yazdığı bütün poetik örnəklər canında, qanında təpər olan hər bir soydaşımızın milli mənliyinin, milli özünüdərkinin formalaşmasına təsirsiz ötüşmür. Əli Mahmudun yaradıcılığı ilə nə vaxt baş-başa qalıramsa, o zaman sanki XIX əsr ədəbi mühiti də yaddaşımdan bir-bir gəlib keçir. O dövrün düşüncəsi, şifahi yaddaşı, hər cür tərənnüm vasitələri Əli müəllimin şeirlərində milli-mənəvi yaddaşımızın bir guşəsi kimi əzizlənir, nazlanır. Bir sözlə, şair bu günə, sabaha olduğu kimi, dünənə, ötən çağlara da  böyük sevgilə yanaşır. Dedik ki, Əli Mahmud Şuşadan, Qarabağdan ayrı düşmüş, lakin qəlbi doğma yurd eşqi ilə çırpınan şairlərimizdəndir. Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli bu məqamda çox doğru qeyd edir:

“...Əli Mahmud mənim üçün Qarabağın mənəvi təcəssümüdür. Tale elə nəhs gətirib ki, iki dəfə Şuşaya getmək istəmişəm, amma gedə bilməmişəm. Bax, Əli Mahmud mənim üçün həmin Şuşadır -bütün şanlı tarixilə, indisilə. Qarabağdan, o cümlədən Şuşadan çoxlu tanışım var. Amma onların hamısı bir yerdə - bütün gözəl xüsusiyyətlərilə birgə Əli Mahmud obrazında cəmlənir. Yəni mən əsl qarabağlıdan və əsl şuşalıdan danışıram...”

Bəli, sözün gerçək mənasında Əli Mahmud, Piçənisdə doğulmasına baxmayaraq, həm də təpədən-dırnağa bir şuşalı, qarabağlıdır. Çünki Şuşa ağrısı onun dilinin ucunda bitib. Və istər-istəməz bu ağrını heç bir misrasında, heç bir beytində gizlədə bilmir.

...Şuşa şəhərlərin baş şəhəriydi,
Yaddaş şəhəriydi, daş şəhəriydi-

deyən şairin içində, ruhunda tüğyan edən Vətən yaralarını gözündən, alnının qırışlarından, sözünün hərarətindən, od-alovundan oxumaq olur:

Para meşə paradımı?
Qara daşım qaradımı?
Dağlar məni aradımı?
Kimə dedi gileyimi?

Saçlarımda mehi qalıb,
Əllərimdə şehi qalıb,
Bu dağların nəyi qalıb,
Çalınmayan bir neyimi?

Məncə, o ney təcavüzə məruz qalmış insan taleyinin ən kədərli nəğməsini çalmaq istəsəydi, yenə də şairlərə üz tutardı. O şairlərdən biri də elə haqqında danışdığım müəllifin özüdür. İçində həm də millətin ağrı-acısını gəzdirən, ruhu etiraflarla dolu bir şairin özü.

Ürəyimiz dağlı hələ,
Yollarımız bağlı hələ,
Bir qılıncam zağlı hələ,
Bəs niyə qoruyammadım,
Quzeyimi, güneyimi?

Bu yerdə yenə də cəfakeş tənqidçimiz Vaqif Yusiflinin şair haqqında dedikləri yadıma düşür: “Əli Mahmudun haqqı var deməyə ki, “bu Vətən oğulsuz imiş”. Əli Mahmudun haqqı var qışqırmağa ki “Vətən, haram olsun bizə çörəyin””.

Elə şairlər var ki, onların bu və ya digər misraları buz üstdə yeriyən poeziyanı xatırladır. Əli Mahmudun da elə misraları var ki, onu təkar-təkrar yada salmaqdan, misal gətirməkdən çəkinmirsən. Yada salacağım həmin misralar da şairin poeziyasının baş tacı hesab etdiyi Şuşa haqqındadır: 

Dan yeri qanla
Sökülən şəhərim.
Kişnərtisi qızıl qayada
boğulub itən,
tövləsi, axuru sökülmüş,
yüyəni, yəhəri yandırılmış,
inadı sındırılmış
Kəhərim.

Bax, həmin inadı sındırılmış kəhərin- Şuşanın da işğal günü yaxınlaşmaqdadır. Düşmən tarixin elə bu günlərində Əli müəllimin doğma kəndini- Meşəlini, Kərkicahanı, Malıbəylini, Quşçuları, Xocalı qəsəbəsini viran qoyaraq Şuşaya doğru irəliləyir. Amma Şuşanın süqut edəcəyinə kimsə inanmırdı. Və beləliklə, Şuşanın işğalı günü Azərbaycan xalqının mənəviyyatına, düşüncəsinə endirilən böyük zərbə, hər bir yurdsevər azərbaycanlının bağrını qana döndərən fəlakət daim ürəyimizdə, gözlərimizdə sızlayan yaraya çevrildi. O yara artıq vücudumuzda üçüncü onilliyini yaşayır. Amma eyni zamanda, bətnimizdə bir qeyrətin, şücaətin formalaşıb doğulması ərəfəsini də yaşamaqdayıq. Bu ruhu bizə dövlətimizin, hökumətimizin tutduğu Azərbaycançılıq, türkçülük yolu ilə bərabər, şair-yazıçılarımızın-  təkcə silahın yox, həm də sözün qələbəsinə inanan yaradıcı insanlarımızın mənəvi əzəməti aşılayır. Biz mübariz şairlərin şeirlərini oxuduqca, içimizdə bir dirçəliş dalğası ləngərlənir. Bu baxımdan, Əli Mahmudun da şeirləri hər zaman bir qayda olaraq mübariz əhvali-ruhiyyə ilə bitir. Yəni o, bir az əvvəldə də dediyim kimi, heç vədə sözün bədii məğlubiyyətilə barışmır, yəni dekadent şair deyil. Məsələn, Məhəmməd Hadi yazırdı ki, ölüm, eyvah, o bir nemət, o bir şanlı səadətdir.

Çıxış yolunu yalnız ölümdə görən şairlər ən pis halda intihara məhkumdurlar.  Bax, dediyim poetik-bədii keyfiyyət də Əli müəllimə Sovet poeziyasının ənənələrindən yadigar qalıb.

Fikirlərimi əsaslandırmaq üçün özümü çox da zora salmaq istəmirəm. Elə şairin yaddaşımda ilişib qalmış misralarını dilə gətirirəm.

Var-yoxu talanım mənim,
Düzlərdə qalanım mənim.
Yüzüm mənim, minim mənim,
Ay imanım, dinim mənim.

İnsan dinə- imana sahiblənəndə həm də çox güclü, qüdrətli olur. Şair demək istyəir ki, insanın üzləşdiyi bütün kritik məqamlarda çıxış yolu var. Yetər ki, o özünə, ağlına, ədalətinə güvənsin. Onda bir yüzə, yüz minə çevrilir.

Əli Mahmudun çox sevdiyim poetik obrazlarından biri də “dağ” obrazıdır. Dağları vəsf edən şairin dağlardan ayrı düşməsinin qüssəsini yaşadan çoxlu şeiri var. Bu silsilədən “dağlara bahar gələr” şeiri özəl poetik duyğular yaratmasıyla fərqlənir.

İnsanlar qayaların
məxmər, mamır telləri.
Burum-burum burular
dərələrin selləri.
Şimşəklər çaxar gələr.
dağlara bahar gələr.

Vətəni talan edilmiş, yurdu yağmalanmış şairin dağlara mütəmadi üz tutması da təbiidir. O, dağlara bir əyilməzlik simvolu, təbiətin nizamını qoruyan, yerin ləngərini saxlayan güc-qüdrət mənbəyi kimi baxır.

Əli Mahmud obyektiv və təmənnasız bir ziyalı, sakit və təmkinli bir insandı. Elə yaradıcılığı da özünə bənzəyir. Şeirləri öz təmkini və sanbalı ilə göz oxşayır.

Bu yaxınlarda yüz on illiyi respublika səviyyəsində qeyd ediləcək Mir Cəlal Paşayevə həsr etdiyi şeiri yadıma düşür. Bu şeir həm də müəllifin öz obrazını xatırladır.

Xırdalanıb bölünməmək,
Yaddaşlardan silinməmək,
Ələklərdə ələnməmək,
Şax yaşamaq ölənədək,
Müdriklikdi.

Bulaqlardan duru olmaq,

Min-min gözün nuru olmaq,

Qaranlığa işıq salmaq,

Əbədi zirvədə qalmaq

Müdriklikdi.

Şairin əqidəsindən, xarakterindən doğan bu müdrikliyinə, onun milli-mənəvi yaddaşımızı daim ayaqda saxlayan ədəbi və işgüzar fəaliyyətinə dövlətimiz və müxtəlif ədəbi təşkilatlar həssaslıqla yanaşaraq, onu yüksək qiymətləndirib. Belə ki o, “Qızıl qələm”, “Məmməd Araz”, “Dan Ulduzu” mükafatlarına layiq görülüb və prezidentimiz İlham Əliyevin Sərəncamı ilə bu ilin əvvəlində “Tərəqqi” medalı ilə təltif edilib.

Mənim düşüncəmə görə isə, onun adı qarşısına yazılan şair titulu bütün  rəsmi və mənəvi adlardan ucada dayanır. Əsası odur ki, şair millətimizin məğlubiyyətilə barışmır. Daim milli qürurumuzu, soydaşlarımızın əqidə və amalını qələbə uğrunda inama kökləyir. Doğrudur, onun şeirlərinin əsas qəhrəmanı Vətəni talan olmuş, yurdu yandırılmış, ocağı söndürülmüş Azərbaycan övladlarıdır. Lakin bu övladların, şeirlərində poetik məni canlandırılan bu qəhrəmanların gözündən bir ümid işığının boylandığını da görürük. Şair özü də etiraf edir ki, ruhu məğlubiyyətə uğramayan bir millət, bir xalq nə vaxtsa öz haqqını tələb edərək, öz ədalətini bərpa edəcək. Əsası odur ki ruhumuzun işğalı baş verməyib. Şair ən adi təbiət təsvirlərində də bu qəbildən olan sarsılmazlığı poetik fikir kimi ortaya qoyur. Zərifliyi, nəcibliyi Allah da qoruyur. Yetər ki, varlığın, insanın içərisindəki inam qırılmasın, itməsin. İşıq nə qədər gur olsa da, gözlərini qırpmadan işıq selinə baxa bilmək üçün insanın mənəvi ləyaqəti büdrəməməlidir. Təbiətdəki bənövşələr yağı ağzından, qəfil tufandan, seldən-sudan və s. necə qorunur? Bu poetik fikri də ədəbiyyata gətirən Əli Mahmuddu və mən bu fikri həqiqətən poetik kəşf hesab edirəm.

Qoxlanmamış bənövşələrə

Keşik çəkən

Qaratikan kolu.

Yaxud:

Yağı əlinə düşməmək üçün

Özünü qayadan atan

Qız şəlalələrim.

Qarabağın Araza doğru millənən son ətəklərində, yamaclarında - doğulduğum Cəbrayıl torpağında da bənövşələr adətən qayaların sığınacaqlarında, daş taxçalarda və qaratikan kollarının dibində qorunardı. Bir qədər geniş sferadan yanaşnda, bu üç-dörd sətirə bütöv bir həyatın fəsləfəsi sığışdırılıb. Həm də təkcə fəlsəfəmi? Diqqət etsəniz, bu misraların arasında böyük bir tarix də uyuyur- qanlı-qadalı bir tarix. Xocalıda, laçında, Şuşada, külli Qarabağda əsir düşən, qanı axıdılan, qətlə yetirilən, ruhuna və məninə təcavüz edilən qan qardaşlarımız, bacılarımız, analarımız yada düşür. Şeirdə o da xatırlanır ki,  sən demə, zərifliyi qorumaq üçün tikanlar da gərəkmiş. Və düşmən bizim zəriflyiimizə susasa da, tikanlarımızı da görməlidir.

...Düşüncələrimi şairin sevdiyi poetik obrazlardan biri olan dağa müraciətlə yazdığı misralarla bitirmək istəyirəm.

Uca dağ,

Bütün dağlardan

Qoca dağ!

Gəlmişik,

Bir ürək sevgi

Gətirmişik sənə.

Övlad məhəbbətiylə

Qorunacaqsan yenə.

 Bu da Əli Mahmudun özünəməxsus poetik vüqarı və gələcək qələbəmizə inamı işarələyən zəfər nidası...

Amma təəssüf, min təəssüf ki, hələ də həsrət, hicran, ayrılıq onun başı üzərində amansız cəllad kimi dayanır. Şairin öz ifadəsiylə desək, əlində də zağlı qılıncı. Klassik düşüncədə deyildiyi kimi, başım cəllad əlində - nə kəsər, nə bağışlar...

Fariz ÇOBANOĞLU



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ