Bazar günü günü, 15 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Həmidə xanım Cavanşir

Image


Həmidə xanım Cavanşir 1873-cü il yanvar ayının 19-da Şuşa qəzasının Kəhrizli kəndində anadan olub. Atası görkəmli maarifçi, tarixçi Əhməd bəy Cavanşir, anası Mülkicahan xanımdır. Atası Əhməd bəy deyirdi: “Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin”. Qızını kişi qeyrətli görmək istəyən Əhməd bəy onun mükəmməl təhsil almasına çalışıb. Atasının sayəsində Həmidə xanım hələ yeniyetmə yaşlarından rus dilini öyrənib, yüksək intellektə, geniş dünyagörüşünə malik olub.

Əhməd bəyin vəfatından sonra Həmidə xanım Qarabağın Kəhrizli kəndində ata mülkünü idarə edib. O nəinki Kəhrizli kəndinin, hətta bütün Qarabağın ona pənah gətirən insanlarından kömək əlini heç vaxt əsirgəməyib. Aclıq və qıtlıq illərində Həmidə xanım Qarabağ əhalisinə əl uzadar, onlara yardım edərdi. Bu da bir həqiqətdir ki, Həmidə xanım xeyriyyəçilik fəaliyyəti ilə də yaddaşlarda əbədi qalıb. O, Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və ən fəal üzvlərindən olub. Həmidə xanım Cavanşir xatirələrində 1907-ci ilin yayında Şuşada keçirilən mədəni tədbirlər haqqında maraqlı məlumatlar verərək, yığılan pulun imkansız tələbələr arasında bölüşdürüldüyünü yazır.

Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, XX əsrin 30-cu illərinin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həlimə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim” memuar əsərini artıq yazmağa  başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidmət maşını, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Fəqət bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmayıb. Həmidə xanımın isə cavabı o zaman kimsənin ifadə edə bilməyəcəyi sözlərlə qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm”. Bununla da Həmidə xanım Cavanşir repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək, “yalançı tarix” yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Nəticədə ona verilən bütün imtiyazlar əlindən alınır, kitab isə çap olunmur. Fəqət uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrim” kitabının tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapıb.

Dövrünün görkəmli ictimai xadimi, zadəgan-ziyalı zümrəsinin ən ünlü qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin “Xatirələrim” əsəri oxuculara ilk dəfə təqdim edilir. Müəllif burada atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı, Qafqaz-İslam ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş məlumat verir, sovet hakimiyyəti gəlincə ailənin necə məşəqqətlə Təbrizə köç etməsini, Bakıya döndükdən sonra ailənin ağır vəziyyətini və başqa hadisələri cəlbedici dillə təsvir edir. Bu da bir həqiqətdir ki, Həmidə xanımın saxtakarlıqdan, riyakarlıqdan uzaq “Xatirələri” tariximizin önəmli bir parçasıdır.

İlk sahibkar xanımlardan olan Həmidə xanım Cavaşir Azərbaycanda qadınların çalışdığı ilk sənaye müəssisəsinin qurucusudur. O, 1919-cu ildə Tiflisdən xüsusi dəzgahlar gətizdirərək Şuşada toxuculuq arteli açmış, qadınları işə cəlb etmişdi. Həmidə xanım öz xatirələrində yazır ki, həmin dönəmdə Şuşaya gələn hərbi nazir Səməd bəy Mehmandarov emalatxananı gəzərək çox bəyənib, hətta ordu üçün geyim sifariş edəcəyinə söz verib.

Tarixi şəxsiyyət Həmidə xanım Cavanşiri həmvətənlərinin maarifdən kənarda qalması hər zaman narahat edib. O, atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək bir məktəb açıb. Mirzə Cəlil də həyat yoldaşının bu fəaliyyətini bəyənərək məktəbin avadanlıqla təmin olunmasında yaxından iştirak edib. Ümumiyyətlə, Mirzə Cəlil - Həmidə xanım cütlüyü nəsillərə nümunə ola biləcək bir ailə olub. Tale həyat yollarını birləşdirənəcən onları çətin sınaqlardan keçirmişdi. Unudulmaz ədiblə 25 illik birgə həyatları boyu bütün varidatını, sərvətini Mirzə Cəlilin yaradıcılığına sərf edən Həmidə xanım böyük ədibin ağır və xoş günlərinin şəriki, əsl silahdaşı, fədakar, dözümlü, mübariz dostu olub, məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Bu illər ərzində Mirzə Cəlil Məmmədquluzadə kəskin zərbələrə, ittihamlara, iftiralara, təzyiqlərə, təqiblərə məruz qalıb. Həmidə xanım ona mənəvi dayaq olaraq çalışıb ki, Mirzə Cəlili nikbin ovqata kökləsin, onun ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərə bilsin. O, Mirzə Cəlili sevdi, millətini xurafatdan, nadanlıqdan xilas etmək üçün bu ziyalı ilə əl-ələ verərək çox xeyirxah, nəcib işlərə imza atdı. Qoçaq, mərd qadınlar haqqında biz dastanlarda, nağıllarda oxumuşuq, amma Həmidə xanım real varlıq idi. Qarabağda doğulmuşdu, xan nəslindən idi, mükəmməl təhsil görmüşdü, var-dövlətinə görə deyil, hünərinə, şücaətinə görə seçilirdi. Bununla bahəm həssas qəlbə, dərin duyğulara, təfəkkürə, müdrikliyə, uzaqgörənliyə malik xanımlar xanımı idi.

Həmidə xanım, xeyriyyəçilik tədbirləri ilə yanaşı, bu işi həyat idealına çevirən mərd, mübariz bir qadın olub. O, Azərbaycan maarifinin inkişafında müstəsna əhəmiyyəti olan “Molla Nəsrəddin” jurnalını himayə edib, bu yolda bir an belə maddi dəstəyini kəsməyib. “Molla Nəsrəddin”çilərdən olan hər bir ziyalını, o cümlədən böyük şair Mirzə Ələkbər Sabiri Tiflisə gətirdib müalicə etdirib. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında Azərbaycanın tarixi şəxsiyyəti Üzeyir Hacıbəyov xüsusi məqalə yazıb. Məqalə bu sözlərlə bitir: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti üçün, milyonçu kişilərin olmasına baxmayaraq, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”.

Həmidə xanımın xatirələrindən məlum olur ki, Tiflisdə qızlar məktəbi olan “Müqəddəs Nina” məktəbində Azərbaycan dili müəllimi olmadığına görə dərslərin keçirilməməsindən narahat olan Həmidə xanım məktəbə müəllim təyin etdirib, maaşını da özü verib. Daha sonralar, 1909-cu ildə Həmidə xanım Kəhrizlidə öz vəsaiti hesabına tibb məntəqəsi, toxuculuq emalatxanası və məktəb açdırıb. Bu yorulmaz fədakar qadın burada işə cəlb etdiyi müəllimlərlə bir sırada özü də dərs deyib. Yenə xatirələrindən məlum olur ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurulma ərəfəsində Qarabağda baş verən milli qarşıdurmada vətəninin pərvəri Həlimə xanım Cavanşir öz vəsaiti hesabına yerli döyüşçü dəstələri təşkil edib.

Bu hadisə Həmidə xanım Cavaşirin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir. Şair Ənvər Əhməd Həmidə xanımın malik olduğu yüksək insani keyfiyyətlərin ona genetik keçdiyini deyib: “Pənahəli xan kimi əsilzadə zadəganın nəslindən, Əhməd bəy kimi böyük maarifçi ziyalının ailəsindən olan Həmidə xanım məhz belə ləyaqətli və nümunəvi ömür sürməli idi. Sevindirici haldır ki, Azərbaycan xalqının adını yüksəklərə qaldıran ismətli xanımlarımız – Sara xatun, Həcər və digərlərinin sırasında Həmidə xanımın da adı hörmətlə çəkilir. Tarixdə və yaddaşlarda bu qadının xalqına olan bağlılığını əks etdirən yüzlərlə fakt var. Bunların hər biri sübut edir ki, Həmidə xanım Cavanşir Mirzə Cəlilə sadiq ömür-gün yoldaşı və ən yaxın silahdaş olmaqla bərabər, həm də onun adını zirvələrə qaldıran, böyük ustadın bənzərsiz yaradıcılığını öz yüksək şəxsi xarakteri ilə tamamlayan insan idi. Ötən əsrin əvvəllərində Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq, kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə olub. O öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayıb. Tauna və qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurub. Başqa müalicəvi vasitələri tətbiq edib. O dövrdə yüzlərlə insanı aclığın və ölümün cəngindən xilas edən bu nəcib xanım həm də saysız-hesabsız körpənin, yeniyetmənin savadlanmasını, beləliklə də, onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarını təmin edib. Həmidə xanım qadınların problemlərinin həllində də xüsusi səy göstərib. Onların savadlanmasına, problemlərinin həllinə çalışaraq, hətta gəlin köçən qızlara da xüsusi cehiz ərmağanı ayırıb. Həmidə xanım Cavanşir öz xeyirxahlığı, alicənablığı, mərhəməti ilə Azərbaycan tarixində əbədi yaşamaq haqqı qazanıb”.

Hamidə xanım atası Əhməd bəyin miras qoyub getdiyi torpaqlara, mülklərə, bağlara, baxçalara, zəmilərə, var-dövlətinə sahib çıxdı, qorudu, inkişaf etdirdi. Atasının vəsiyyətini və özünün arzusunu həyata keçirdi. Kəhrizlidə ilk olaraq oğlan və qızların birlikdə oxumalarını həyata keçirən məktəb açdı. Yoxsulların, kimsəsizlərin balaları təhsilə cəlb edildi. O zaman tibbi yardımdan söhbət belə gedə bilməzdi. Həlimə xanım bu işin də öhdəsindən gəldi, xalqın yaralarına məlhəm oldu. İlk olaraq Şuşada, sonra isə Kəhrizlidə xalça emalatxanası açdırdı, müxtəlif Qarabağ xalçaları toxutdurdu, bayram şənliklərində hamıya sovqatlar paylayır, əl tuturdu.

Millətin qabaqcıl maarifçilərindən olan Həmidə xanım ömür-gün yoldaşının vəfatından sonra da xalqının mədəni, ədəbi və ictimai intibahında yorulmaz əmək sərf edib. Ədəbiyyat tariximizdə böyük ürəyə sahib olan bu nəcib xanımın fədakar əməyini və el-obasının qayğısına qalmasını sübut edən çoxlu faktlar var. O, sadiq ömür-gün yoldaşı və ən yaxın silahdaşı olmaqla bərabər həm də həyat yoldaşının vəfatından sonra onun adını uca tutan, böyük ustadın bənzərsiz yaradıcılığını yüksək şəxsi xarakteri ilə tamamlayan əsl Azərbaycan xanımı idi. “Ot kökü üstə bitər” deyib babalarımız. Qarabağ xalqının layiqli törəmələrindən olan Həmidə xanım Cavanşir həyatı boyu öz keçmişinə, əzəli kökünə minnətdar olub, bu müqəddəsliyi şərəflə daşıyıb, ləyaqətlə yaşayıb.

Səksən iki il ömür sürən, el-obasıyla ünsiyyət yaradan, əsilzadə, zəhmətsevər Həmidə xanım əsl el anası, ağbirçək bir sima idi. Həmidə xanım Cavanşir 6 fevral 1955-ci ildə vəfat edib.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ