Bazar günü günü, 15 noyabr 2026
     

Saç bazarımızda oğlan, qız saçları, hətta at quyruğu da satılır…

Image


Zeynəb Nəbiyeva: “Bu gün kiçik yaşlı qız uşaqlarının saçına daha çox tələbat var”
Ülviyyə Qənbərova: “Bu gün Azərbaycanda saçın 1 kiloqramının qiyməti 400-600 dollar arasında dəyişir”

 

Saç qızın, qadının gözəlliyidir. Belə olmasaydı, qədim dövrlərdən indiyə qədər xanımlar uzun, gözəl, parlaq saçlara sahib olmaq üçün əllərindən gələni etməzdilər. Dünən də, bu gün də qadın və qızların gözəlliyini şərtləndirən amillərdən biri gözəl saçlardır. Sirr deyil ki, illər əvvəl qızlar, qadınlar heç bir müdaxilə olmadan, müxtəlif şampun, təbii və kimyəvi saç maskalarından istifadə etməməklə də gözəl saçlara sahib olurdular. Ancaq son illər müəyyən səbəblər üzündən qızlar, qadınlar saçlarını istədikləri səviyyədə qorumaqda çətinlik çəkirlər. O da gizlin deyil ki, qalın və parlaq saça malik olmayan qadınlar müxtəlif üsullardan istifadə etmək yolu ilə problemlərini aradan qaldırmaq istəyirlər.

Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da saç satışı bazarı mövcuddur. Qadın və qızların bir qismi saç əkdirməklə problemdən yaxa qurtarmağa çalışırlarsa, bir qismi şinyondan, qaynaqdan istifadə etmək məcburiyyətində qalırlar. Əvvəlki dövrlərdə xanımlar daha çox süni saçlardan yararlanırdılarsa, son illər təbii saçlardan istifadə edirlər. Yəni onların şinyonları, saç qaynaqları, parikləri təbii saçdan hazırlanır.

Məlum olduğu kimi, hazırda istənilən gözəllik salonunda təbii saça rast gəlinir və o saçlar müştərinin marağına, zövqünə uyğun olaraq onun qısa saçlarına əlavə edilir. Bu gün təbii saç qaynağından istifadə edənlərin sayında xeyli dərəcədə artım müşahidə edilir.

Ekspertlər bildirirlər ki, son illər saç alıcılarının sayı artdığından, artıq bu sahədə bazar da formalaşıb. Hazırda xüsusi insanlar var ki, onlar sırf saç satışı ilə məşğul olurlar. Verilən məlumata görə, müştəriyə təklif edilən saçlar heç zaman rənglənməməli, sağlam və parlaq olmalıdır. Hazırda əsasən azyaşlı qızların saçlarına daha çox tələbat olduğunu deyən ekspertlər bildirirlər ki, o saçlar daha baha qiymətə satılır. Bundan başqa, oğlanlar arasında da saç bazarına işləyənlərin olduğunu vurğulayan ekspertlər qeyd edirlər ki, bugünkü uzun saçlı oğlanların bir qismi öz saçlarını satanlardır. Müştərilərə öz saçlarını təklif edən oğlanlar da saçlarına qazanc mənbəyi kimi baxırlar.

Bakıda bir neçə gözəllik salonunun sahibi olan Zeynəb Nəbiyevanın sözlərinə görə, bu gün saç bazarında böyük canlanma var. O bildirdi ki, saç satışının qiyməti hər yerdə eyni deyil. “Salonlar saçı kiloqramla alır. Bizə müştərinin təklif etdiyi saçı santimetrlə almaq sərf etmir. Ona görə də saçı kiloqramla alırıq. Saçın kiloqramının qiyməti illərə görə dəyişir. 2010-2011-ci illərdə Azərbaycanda saçın kiloqramı 300-400 dollar idisə, bu gün qiymət 400-500 arasında dəyişir. Elə saç var ki, çox keyfiyyətli olduğu üçün onu daha baha qiymətə alırsan. Təbii, sonra da həmin saçı müştəriyə də baha qiymətə satırıq. Deyim ki, salonların çoxunda saçın 10 santimetri təxminən 100-150 manat arasındadır. Bizim xüsusi müştərilərimiz var ki, onlar dəbi sevən xanımlar olduqları üçün, vaxtaşırı saçlarını dəyişirlər. Bəzən isə aldıqları saçları müxtəlif rənglərdə boyadıb yenidən istifadə edirlər. Bu gün kiçik yaşlı qız uşaqlarının saçına daha çox tələbat var. Təbii, bu saçların qiyməti artıq fərqli olur. Demək olar ki, bəzi analar qızlarının saçlarını uzadaraq salonlara satırlar. Dediyim kimi, salon qiymətləri ilə fərdi şəxslərin təyin etdiyi qiymətlər fərqlidir. Yəni elə olur ki, xanım, bəy özü müştəri tapıb saçını satır. Bu halda, onlar qiymətlə bağlı özləri razılığa gəlirlər. Müştəri onlardan saçı kiloqramla almır, santimetrlə alır. Saç satana saçını santimetrlə satmaq daha çox sərf edir, nəinki kiloqramla”.

Z.Nəbiyevanın sözlərinə görə, əvvəllər Azərbaycanda təbii saç satanlar nadir olduğu üçün, daha çox Çindən və başqa ölkələrdən saç alınırdı, bu gün isə başa ölkələrdən saç idxalına o qədər də ehtiyac yoxdur.

Z.Nəbiyevanın dediyinə görə, hazırda bazarda qadın, qız, oğlan saçları ilə yanaşı, at quyruğu da satışdadır. Onun bildirdiyinə görə, şinyon və qaynaq kimi at quyruğundan da istifadə edən müştərilər var. At quyruğunun daha ucuz qiymətə olduğunu deyən Z.Nəbiyeva onun kilosunun qiymətinin 20-50 manat arasında dəyişdiyini qeyd etdi. “Olur ki, rayonlardan at quyruğu da gətirib satırlar. Bəzi salonlar at quyruğu da alıb müştəriyə təklif edirlər. Elə müştəri var ki, ucuz başa gəlsin deyə, saçına at quyruğu əlavə edilməsini istəyir. Bu halda, müştərinin istəyi yerinə yetirilir. Bilirsiniz ki, at quyruğu da təmizdir. Atın insanlara vəfalı dost olduğunu nəzərə alsaq, at quyruğundan bu məsələdə istifadə edilməsinə pis baxmaq olmaz. O hər baxımdan süni saçlardan yaxşı və keyfiyyətlidir. Başda təbii görünür. Süni saç belədir ki, nə qədər boyasan da, düzüm versən də, yenə süniliyi üzə çıxır” - deyə müsahibimiz bildirdi.

Paytaxtda fəaliyyət göstərən “Fidan” gözəllik salonunda çalışan saç ustası Ülviyyə Qənbərovanın sözlərinə görə də bu gün saça gəlir mənbəyi kimi baxan xanımların sayında artım var. Ü.Qənbərovanın dediyinə görə, çox zaman onlar özləri uzun saça malik olan müştərilərindən saçlarını satmasını xahiş edirlər.

O qeyd etdi ki, xanımlar gözəl görünmək və kişilərin diqqətini cəlb etmək üçün gözəllik salonlarına daha çox müraciət edirlər. “Son illərə qədər onlar daha çox süni saç elementlərindən istifadə edirdilər. Bu gün isə təbii saçlara sahib olmaq üçün salonlara müraciət edirlər. Salonlar onların saçlarına təbii saç əlavə edərək onları daha da gözəlləşdirirlər. Bilirsiniz ki, saçlarını qısa zamanda uzatmaq istəyən xanımlar bu arzularını gözəllik salonlarında gerçəkləşdirirlər. Onlar salonlarda saçlarına uzun saç qaynaq etdirməklə istəklərinə nail olurlar. Qaynaq olunan saçlar isə təbii insan saçı olmalıdır. Bu gün Azərbaycanda saçın 1 kiloqramı 400-600 dollar arasında dəyişir. Bəzən deyirlər ki, dünyada saçın qiyməti çox ucuz olsa da, Azərbaycanda çox bahadır. Əvvəllər hər bir insanın saçı ayrı-ayrı alınsa da, amma hazırda kilo ilə alınır. Burada oğlan və qız saçı olmasının fərqi yoxdur. Əsas odur ki, saç uzun olsun. Satılan saçın uzunluğu ən azı 50 santimetr olmalıdır. Saç heç vaxt rənglənməmiş olmalıdır. Saçını satan şəxsin yaşının neçə olması əsas deyil. Bəzən Azərbaycana Çindən də saçlar gətirilir ki, bunun da heç bir fərqi yoxdur” - deyə qeyd edən Ü.Qənbərova nəzərə çatdırdı ki, bu gün saça maddi gəlir mənbəyi kimi baxanlar çoxalıb. Burada heç bir mənfi halın olmadığını deyən gözəllik salonu əməkdaşı hesab edir ki, saç insanın özünə aiddir və onu sata bilər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ