Bazar günü günü, 15 noyabr 2026
     

Dünya universitetlərində Azərbaycan dil və mədəniyyət mərkəzlərinin sayı çoxalır

Image


Buludxan Xəlilov: “Xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərməsi Azərbaycan dövlətinin xarici siyasətinin uğurudur”
Vaqif Zamanoğlu: “Bu, dövlətimiz, xalqımız, mədəniyyətimiz üçün böyük nailiyyətdir”

 

Milli müxtəlifliyin mövcud olduğu Azərbaycanda müxtəlif xalqların dillərinə, mədəniyyətinə böyük dəyər verilir. Bununla yanaşı, ayrı-ayrı xarici ölkələrin dilləri, ədəbiyyatı və mədəniyyəti də ölkəmizdə təbliğ edilir. Sözsüz ki, bu gün ölkəmiz bütün cəhətlərinə, göstəricilərinə görə dünya üçün əhəmiyyət kəsb edir.

Son illər Azərbaycan mədəniyyətinin, dilinin beynəlxalq səviyyədə təbliğatı həyata keçirilir. Artıq Rusiya, Çin, Serbiya, Türkiyə və digər ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Əsas diqqətçəkən məqamlardan biri odur ki, bu mərkəzlər sözügedən ölkələrin ali məktəblərində, elm-tədris qurumlarında da yaradılıb. Azərbaycan dilinin incəlikləri, mədəniyyətimizin unikallığı, bənzərsizliyi öyrənilir, tədqiq edilir.

Xarici ölkələrdə açılan Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin ölkəmizin, xalqımızın, respublikamızda olan mövcud münbit şəraitin təbliğində rolunun danılmaz olduğunu deyən kulturoloqlar və dilçilər hesab edirlər ki, bu qurumlarda xarici azərbaycanşünaslar yetişdirilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, tanınmış dilçi-alim, professor Buludxan Xəlilov bizimlə söhbətində bildirdi ki, xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması dövlətimizin xarici siyasətinin uğurudur: “Bu istiqamətdə atılan addımları uğurlu addımlar kimi dəyərləndirmək lazımdır. Xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması Azərbaycan xalqının həmin ölkələrdə təbliği deməkdir. Çünki o mərkəzlərdə dilimizlə, mədəniyyətimizlə bağlı tədqiqatlar aparılmaqla yanaşı, həm də müxtəlif tədbirlər keçirilir.Bu tədbirlərdə Azərbaycan dili səslənəcək, mədəniyyətimiz haqqında danışılacaq. Bu mərkəzlərdə dilimizin, mədəniyyətimizin tədrisi də həyata keçiriləcək. Bu gün dünyanın 60-dan çox ölkəsində azərbaycanlılar yaşayırlar və onların ailələri var. Yəqin ki, onların öz ana dilini, mədəniyyətini unutmaması üçün onlara həmin mərkəzlərdə həftədə bir dəfə Azərbaycan dili və mədəniyyəti tədris edilir, yaxud ediləcək. Bu təkcə xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini və mədəniyyətini yaşatması deyil. Həm də bu mərkəzlərə həmin ölkələrin yerli əhalisi də gəlir və onlar da Azərbaycan dili və mədəniyyəti ilə tanış olurlar. Hətta mədəniyyətimizi, dilimizi öyrənənlər də tapılır. Məlumdur ki, xarici ölkələrdəki səfirliklərimiz, konsulluqlarımız, daimi nümayəndəliklərimiz o mərkəzlərlə sıx əlaqə quraraq əməkdaşlıq edirlər. Xaricdəki Azərbaycan dili və mədəniyyəti mərkəzləri ilə əlaqələrin qurulması ölkəmizin təbliği deməkdir. Açıq deyim, bəzən bir sıra məsələləri özümüz deyib özümüz eşidirik. Ancaq hesab edirəm ki, bu mərkəzlər bizim sözümüzü, dünyaya çatdırmaq istədiyimiz mesajları xarici ölkələrdə yayacaqlar”.

B.Xəlilov bildirdi ki, o mərkəzlərin xətti ilə Azərbaycanla bağlı kitablar nəşr ediləcək və o nəşrlər müvafiq qurumlara təqdim ediləcək, həmçinin də bu, dünyada müsbət əks-səda yaradacaq. “Bu mərkəzlər tərəfindən Azərbaycan dili və mədəniyyəti ilə yanaşı, tariximizin, coğrafiyamızın, elmimizin öyrənilməsinə şərait yaradılacaq. Azərbaycanda multikulturalizmin yüksək səviyyədə olduğu məlumdur. Cəmiyyətimiz multikultural bir cəmiyyətdir və burada müxtəlif xalqların dili və mədəniyyəti də yaşadılır. Bu mərkəzlərdə Azərbaycanı öyrənənlər bu məqama da ciddi diqqət yetirəcəklər ki, yalnız Azərbaycan türkləri deyil, burada yaşayan qeyri-millətlərin mədəniyyəti də yaşadılır. Məlumdur ki, Azərbaycanda başqa xalqların da milli və dini dəyərlərinə hörmətlə yanaşılır. Bu mərkəzlərdə bu da təbliğ ediləcək. Xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması, fəaliyyət göstərməsi Azərbaycan dövlətinin xarici siyasətinin uğurudur. Çünki dövlətimizin xarici siyasəti çox düzgün istiqamətdə qurulub. Bu səbəbdən də Azərbaycan dövlətinin dünyadakı təbliğatı müsbət nəticələr verir”- deyə B.Xəlilov bildirdi.     

Kulturoloq Vaqif Zamanoğlunun sözlərinə görə, hələ qədim və orta əsrlərdən Azərbaycan dili və mədəniyyəti Avropanın öyrənməyə can atdığı dil, mədəniyyət olub. Bu gün də dünya dövlətlərinin öz elmi mərkəzlərində, ali məktəblərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasına şərait yaratması bu amildən və digər məsələlərdən qaynaqlanır. Ekspertin sözlərinə görə, mədəniyyətlərarası dialoqun formalaşmasında, inkişafında və dünyaya yayılmasında müstəsna nümunə göstərən Azərbaycan bu baxımdan da dünyada maraqla qarşılanır. Hazırda dünyanın bir sıra mərkəzlərində Azərbaycanın öyrənilməsi istiqamətində işlər görüldüyünü qeyd edən ekspert bildirdi ki, son illər yaradılan dil və mədəniyyət mərkəzləri də ölkəmizin dövlət dilini, mədəniyyətini öyrənməyə hesablanıb: “Bu gün dünyanın müxtəlif ölkələrində açılan məlum mərkəzlər Azərbaycan dövlətinin xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinin xətti ilə açılır. Bu mərkəzlərdə Azərbaycan dili və mədəniyyəti tədqiq edilir, öyrədilir. Son illər xarici ölkələrdə yeni azərbaycanşünaslar nəsli yetişir. Bu, ölkəmiz və xalqımız üçün böyük əhəmiyyətə malik olan bir işdir. Xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması təqdirəlayiq haldır və dövlətimiz, xalqımız, mədəniyyətimiz üçün böyük uğurdur. Bu, dövlətimiz, xalqımız, mədəniyyətimiz üçün böyük nailiyyətdir. Gələcəkdə bu mərkəzlərin sayının daha da artacağına ümid edirəm. Çünki artıq bu istiqamətdə məqsədyönlü işlər aparılır”.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ