“AQTA küçələrdə, binaların həyətyanı sahələrində, kəsim üçün uyğun şəraiti olmayan şəxsi dükanlarda və digər uyğun olmayan yerlərdə heyvanların kəsiminin qarşısının alınması üçün müvafiq qurumların qarşısında təkliflə çıxış edib”
Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyi bir müddət öncə qanunsuz ət kəsiminin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdə xüsusi ət kəsim məntəqələrinin yaradılacağını bildirmişdi. Bunu “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə agentliyin sədri Qoşqar Təhməzli media nümayəndələrinə açıqlamasında demişdi.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi hazırda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi məqsədilə qida məhsullarının təhlükəsizliyinə dair normativ-hüquqi bazanın hazırlanmasını həyata keçirir.
Qida Təhlükəsizliyi Agentliyinin (QTA) qanunsuz ət kəsimi ilə bağlı hansı işlər gördüyünü və ya görəcəyini öyrənmək məqsədilə adıçəkilən quruma sorğu ünvanladıq. Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən sorğumuza cavab olaraq bunlar bildirilib: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi küçələrdə, binaların həyətyanı sahələrində, kəsim üçün uyğun şəraiti olmayan şəxsi dükanlarda və digər uyğun olmayan yerlərdə heyvanların kəsiminin qarşısının alınması üçün müvafiq qurumların qarşısında təkliflə çıxış edib. Bununla əlaqədar olaraq, ətraflı tədbirlər planı hazırlanıb və uyğun görüldüyü halda müvafiq addımlar atılacaq”.
Günel CƏLİLOVA