Bazar günü günü, 15 noyabr 2026
     

Qədim əlyazmalarımızın elektronlaşdırılması işi necə gedir...

Image


Aybəniz Əliyeva-Kəngərli: “Mütəxəssislərimiz vaxtaşırı kurslar keçir, öz bilik və təcrübələrini daha da genişləndirirlər”

 

Qədim əlyazmalar xalqların tarixinin, ədəbiyyatının, elminin, mədəniyyətinin minilliklərdən bu günə daşınan nadir dəyərlərindəndir. Bildiyimiz kimi, Azərbaycan alimlərinin, şairlərinin, təbib və səyyahlarının, sənətkarlarının əlyazmaları da mövcud olub. Tariximizə, folklorumuza, ədəbiyyatımıza aid olan əlyazmaların xeyli hissəsi xarici ölkə muzeylərində, kitabxana və arxivlərində qorunur, qalan qismi isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda toplanıb.

Son illər bütün dünyada əlyazmaların elektronlaşdırılması həyata keçirilir. Dünyanın ən qədim, nadir əlyazmalarının elektron variantları hazırlanır. İnformasiya texnologiyalarının verdiyi fürsətdən yararlanaraq dünyada bu proses həyata keçirilir.

Sözsüz ki, dünyanın bir parçası olan Azərbaycanda da bu işin həyata keçirilməsi olduqca vacibdir.

Yeri gəlmişkən, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da bu məsələnin aktuallığı qeyd edilib. Dövlət Proqramının bəndlərindən birində Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması, əlyazmaların elektronlaşdırılmasının vacibliyi qeyd olunur.

AMEA-nın  Əlyazmalar İnstitutunda əlyazmaların elektronlaşdırılması sahəsində nə kimi işlər görülür?

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru  Aybəniz Əliyeva-Kəngərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İnstitutun Elektron resurslar şöbəsində əlyazmaların və çap kitablarının elektronlaşdırılması işi ilə məşğul olunur.

O qeyd etdi ki, əlyazmaları elektronlaşdıraraq multimedia disklərinə köçürür, müvafiq proqramlara yerləşdirib internetdə yayırlar. Burada türkdilli, ərəbdilli, farsdilli əlyazmaların və əski çap kitabların müasir informasiya vasitələrinin tətbiqi yolu ilə elektron kataloqu yaradılıb. Direktor müavininin sözlərinə görə, türkdilli, ərəbdilli, farsdilli əlyazmaların elektron kitabxanası formalaşdırılıb. Elektronlaşdırılmış əlyazmaların mühafizəsi, uzun müddət saxlanması və istifadəsi üçün multimedia disklərinə köçürüldüyünü deyən müsahibim bildirdi ki, institutun veb saytının optimal kontentinin formalaşması, onun aktuallığının təmin edilməsi və qorunması həyata keçirilib.

Aybəniz Əliyeva-Kəngərlinin sözlərinə görə, bu işin həyata keçirilməsi sahəsində heç bir çətinliklə üzləşmirlər: “Bizim bununla bağlı Elektron resurslar şöbəmiz var və biz orada əlyazmaları elektronlaşdırırıq. Birinci işimizi Azərbaycandilli türk əlyazmasının elektronlaşmasından başladıq. Bilirsiniz ki, institutumuzda ərəb, fars və türk dillərində olan əlyazmalar saxlanır. Artıq türkdilli əlyazmalarla iş başa çatıb, hazırda ərəbdilli əlyazmaların elektronlaşdırılması ilə məşğuluq. Bu əlyazmaların həm kataloqunu hazırlamışıq, həm də elektron tam mətnli kitabxana yaradırıq ki, bütün dünya ondan istifadə edə bilsin. Kataloqlaşdırma işini başa çatdırmışıq. Əlyazmaların elektronlaşdırılmasına gəlincə, 40 mindən artıq əlyazmanın tam mətnini elektronlaşdırmışıq”.

Əlyazmaların elektronlaşdırılmasını həyata keçirərkən hansı ölkənin təcrübəsindən istifadə edildiyinə gəlincə, müsahibimiz bildirdi ki, Rusiyanın İRBİS 64 proqramından yararlanıblar. “Mən o vaxt Mərkəzi Elmi Kitabxananın direktoru olarkən Rusiyanın İRBİS 64 proqramını almışdıq. Bu əlyazmalar da həmin proqram əsasında eyni mütəxəssislər tərəfindən işlənildi, bu gün də o iş davam edir. Deyim ki, bu işə sırf peşəkar yanaşma olduğundan və gərəkli texnoloji vasitələrlə təmin olunduğumuzdan, heç bir çətinliklə üzləşmirik. Mütəxəssislərimiz vaxtaşırı kurslar keçir, öz bilik və təcrübələrini daha da genişləndirirlər. Deyim ki, heç bir çətinlik hiss etmirik, bu hətta çox zövqverici bir işdir” - deyə bildirən müsahibimiz nəzərə çatdırdı ki, bu işin həm dünya, həm də özümüz üçün əhəmiyyəti danılmazdır.

Aybəniz xanım qeyd etdi ki, əlyazmaların elektronlaşması dünya mütəxəssisləri və öz mütəxəssislərimiz üçün o əlyazmaların daha əlyetən olmasına şərait yaradır: “Bunun əhəmiyyəti çoxdur. Ən vacibi isə əlyazmaların qorunmasıdır. Bilirsiniz ki, hər dəfə əlyazmalara əl dəyəndə o nadir nəşrlər təhlükəyə düşə bilir. Ancaq indi belədir ki, əlyazmanı sifariş verən oxucu, mütəxəssis onu elektron variantda əldə edəcək. Bizim institutda 250-dən artıq əməkdaş çalışır, onların hamısı kompyuteri bilir, onda yazmağı bacarırlar. Yəni əlyazmaların elektronlaşması dövrün tələbidir və biz də bu işi həyata keçiririk. Əlyazmaların elektronlaşdırılması işi hələ tam başa çatmayıb və bu sahədə fəaliyyətimizi davam etdiririk”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ