Avropa Birliyi (AB) ölkələrinin müəyyən məhdudiyyətlər ilə bağlı fikir ayrılıqlarına görə bu dəfə Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlməsi çətin görünür.
Euractiv portalı xəbər verir ki, səfirlər Rusiyaya qarşı sanksiyalar məsələsində daha bir çətin kompromisə hazırlaşırlar.
Mübahisəli məsələlərdən biri Rusiya hərbçilərinin AB-yə girişinə qoyulan qadağa idi. Baltikyanı ölkələr tərəfindən təklif edilən təşəbbüs digər üzv dövlətlər tərəfindən dəstəklənmədi. Fransa, İtaliya və Yunanıstan məhdudiyyətlərin yumşaldılmasını müdafiə ediblər və bu da nəticədə bütün döyüşçülər üçün qısamüddətli viza qadağasının daha məhdudlaşdırıcı tədbirlə dəyişdirilməsi təklifinə yol açdı.
AB ölkələri enerji məhdudiyyətlərini də müzakirə edirlər. Paketə Rusiya neftinin mövcud qiymət həddinin dondurulması daxil ola bilər, lakin ölkələr hələlik belə bir tədbir üçün vaxt çərçivəsi barədə razılığa gəlməyiblər. Bundan əlavə, Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının AB xaricindəki ölkələrə nəql edilməsi imkanını qoruyub saxlamağa tərəfdardır.
Tahir TAĞIYEV